Month: October 2021

  • “Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

    Gürcüstanın “Gürcü Arzusu” Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.

    “Report”un yerli bürosu xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.

    O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başalyır”.

  • Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb

    Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə oktyabrın 2-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

    “Report” DİM-ə istinadən xəbər verir ki, imtahan kompüterlər vasitəsilə 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilib.

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

    Xatırladaq ki, qeydiyyatdan keçmiş 280 namizəddən 7-si imtahana gəlməyib. İmtahan verən 273 namizəddən 130 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

    İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 4-7-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

  • Завершилось голосование на выборах в местные органы власти Грузии

    В Грузии завершилось голосование на выборах в местные органы власти.

    Как передает грузинское бюро Report, избирательные участки закрылись в 20:00 по местному времени.

    Члены избирательных комиссии начали подсчет голосов. После завершения процесса будут подписаны итоговые протоколы, которые затем направят в Центральную избирательную комиссию.

    В свою очередь, как только у ЦИК будет достаточное количество протоколов, начнется публикация предварительных результатов голосования.

  • Gürcüstanda yerli seçkilər başa çatıb

    Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

    Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb. Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

    MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.

  • “Keşlə” ilk qələbəsini qazandı – VİDEO

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur davam edir.

    Median.Az
    xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.

    “ASK Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.

    Bu mövsüm ilk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu – 8-ci yerdədir.

    İlk oyun günündə isə “Zirə” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.

  • “Sabah”ın baş məşqçisi: “Bugünkü hakimlik biabırçılıq idi”

    “Üçüncü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominantlıq edən tərəf idik. İkinci qolu isə başa düşmək olar. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə halların tez-tez təkrarlanması mənə çatmır. Biri var oynamırsan və məğlub olursan. Oynayıb uduzmağı isə başa düşə bilmirəm”.

    “Report”un məlumatına görə, bu fikirləri “Sabah”ın baş məşqçisi Ramin Quliyev səfərdə “Keşlə”yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyunundan sonra mətbuat konfransında deyib.

    40 yaşlı mütəxəssis hakimlə bağlı danışmaq istəmədiyini bildirib. “İlk turdakı “Səbai”lə matçda da baş hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la hansısa qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə göstərdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, leyhimizə təmiz penalti verilmədi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin? Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir”.

    Quliyev klub rəhbərliyi ilə ətraflı danışacaqlarını sözlərinə əlavə edib: “İstefadan çəkinmirəm və qorxmuram. Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir”.

  • Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında onlayn formatda iştirak edib – FOTO

    Dünyanın 50-dən çox ölkəsinin qatıldığı elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sı virtual formatda təşkil olunub.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə “Dəyirmi masa” cəmiyyətdə Elm və Texnologiya (STS) Forumunun yüksək səviyyəli iclası hesab olunur.

    Qeyd edək ki, ilk dəfə 2004-cü ilin noyabr ayında Yaponiyanın Kyoto şəhərində təsis edilmiş forum qeyri-rəsmi əsasda açıq müzakirələr üçün yeni bir mexanizm təmin etmək, elm və texnologiyanın tətbiqindən qaynaqlanan problemləri vaxtında müzakirə etmək məqsədi daşıyır.

    Elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında iştirak edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizədə istifadə edilmiş yeni texnologiyalar, yaradılmış rəqəmsal platformalar haqqında danışıb: “Bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir”.

    Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsindən sonra ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqları azad etdi. Ölkənin qarşısında uzun bir yenidənqurma prosesi dayanır və Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən birini “yaradıcı və innovativ cəmiyyət” qurmaq təşkil edir, bunun da tərkib hissəsi elm və texnologiyanın inkişafıdır. Bu, geniş araşdırma, startap ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi əsasında həyata keçiriləcək.

    Qeyd olunub ki, ancaq bu gün ölkələr beynəlxalq əməkdaşlığa qapılarını açmadan heç bir sahədə əsl sıçrayış əldə edə bilməzlər. Azərbaycan, böyük transmilli şirkətlərin yalnız infrastruktura deyil, insan kapitalına sərmayə qoyma, xüsusən də ölkədə istedadların inkişafı üçün tədqiqat laboratoriyaları qurma modelini alqışlayır.

    “Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir”, – deyə “dəyirmi masa”da vurğulanıb.

  • Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur

    “Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”.

    Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.

    Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib: “Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”.

    MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var: “Buna müvafiq olaraq, gələcəkdə Azərbaycanda da elektron səsvermənin tətbiqi nəzərdən keçiriləcək”.

    Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən yerli seçkilərdə ilk dəfə olaraq elektron səsvermə sistemi Tbilisinin Krtsanisi rayonunda pilot layihə kimi tətbiq edilib.

  • “Ermənistan sülh və əməkdaşlıq istəyini sözdə deyil, əməldə sübut etməlidir” – RƏY

    “Azərbaycan İkinci Qarabag müharibəsindən sonra regionda və bütövlükdə beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Postmüharibə dövründə ölkəmiz fəal siyasət həyata keçirir və regionun gələcək inkişafı üçün mühüm təşəbbüslərlə çıxış edir. Bu istiqamətdə Prezident İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edir. Dövlətimizin başçısının İspaniyanın nüfuzlu EFE İnformasiya Agentliyinə müsahibəsindəki məqamlar da bu baxımdan önəmlidir”.

    Bu fikirləri “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


    Deputat bildirib ki, hələ torpaqlarımızın işğal altında olduğu dövrdə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını qətiyyətlə bəyan edirdi: “Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən 18 ildə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar tarixi Qələbəmizə zəmin yaratdı. Tarixi Qələbəmiz təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir”.

    Millət vəkilinin sözlərinə görə, artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil: “Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. 44 günlük müharibədə Azərbaycanın qələbəsi erməni faşizmi üzərində qələbə idi. Bu gün hələ də Ermənistanda revanşist düşüncədə olanlar var: “Ermənistanda hakimiyyət dəyişikliyinə baxmayaraq, bu cəmiyyətin xisləti dəyişməyib. Ermənistanda azərbaycanofobiya, islamofobiya hələ də tüğyan edir. Bu ölkədə azərbaycanlılara qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib. Amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək”.

    Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolunun Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək konstruktiv və praqmatik mövqe sərgiləməkdən ibarət olduğunu vurğulayan Fatma Yıldırım qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Qələbə qazanmaqla həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı əməkdaşlıq imkanları yaratdı: “Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək, yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli, kommunikasiyaların açılmasını əngəlləməməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır. Bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından üçtərəfli razılaşmaların icrası çox önəmlidir”.

    Deputat diqqətə çatdırıb ki, Ermənistan sülh və əməkdaşlıq istəyini sözdə deyil, əməldə sübut etməlidir: “Məlumdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Bu dəhliz Ermənistanın inkişafı baxımından da faydalıdır. Ona görə də, regionun tərəqqisi naminə Ermənistan bu istiqamətdə konstruktiv mövqe sərgiləməlidir”.

  • Чемпионат мира: Азербайджанский борец вышел в полуфинал

    Трое борцов вольного стиля из Азербайджана вступили в борьбу на чемпионате мира в столице Норвегии, Осло.

    Как сообщает Report, Абубакр Абакаров (86 кг) одолел Ахмеда Дударова (Германия), Мухаммеда Алиева (Украина) и Сандро Аминашвили (Грузия) и вышел в полуфинал. В полуфинальной встрече соперником Абакарова станет Дэвид Тейлор из США.

    Джошгун Азимов (74 кг) в 1/16 финала одолел Матайо Махабила (Кения), но не смог победить Азамата Нурикова (Беларусь). В случае, если Нуриков выйдет в финал, Азимов завтра примет участие в утешительных встречах.

    Кянан Гейбатов (61 кг) проиграл Ярославу Хурскому (Украина) в первом раунде. Гейбатов прекратил поединок, так как его соперник потерпел поражение в следующем раунде.

    Отметим, что полуфиналы чемпионата начнутся в 18:30 по бакинскому времени.