Month: October 2021

  • Bitkoin 10 %-dən çox bahalaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 47 min ABŞ dollarını keçib.

    Kriptovalyuta son 24 saat ərzində 10,39 % bahalaşaraq 47,38 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 892,22 milyard dollara çatıb.

    Bazar dəyərinə görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 9,58 % artaraq 3,23 min dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər qazanan “Solana”dır.

    Kriptovalyuta bazarının toplam dəyəri 2,07 trilyon dollara kimi artıb.

    “СoinМarketСap”in Bakı vaxtı ilə saat 15:52-ə olan məlumatları aşağıdakı kimidir.

  • Gürcüstanın Baş naziri: “Saakaşvili saxlanılıb”

    “Mixeil Saakaşvili saxlanılıb”.

    Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.

    Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

  • “Taksim kebap” restoranı cərimələnib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 367 ictimai iaşə obyektində 628 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, ev 3A ünvanında yerləşən, fiziki şəxs Mövsümov Samir Vaqif oğluna məxsus kafe;

    2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 28 May küçəsində yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk Way” restoranı;

    3. Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən, fiziki şəxs Əliyev Müşviq Mehdi oğluna məxsus kafe;

    4. Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi 43 ünvanında yerləşən, fiziki şəxs Xalidov Tural Güləhəd oğluna məxsus “Çinar 6” restoranı;

    5. Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi 43 ünvanında yerləşən, fiziki şəxs Əsədova Təhminə Səməd qızına məxsus çay evi;

    6. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Nərimanov Saday İsrail oğluna məxsus dönər evi;

    7. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim Kebap” restoranı;

    8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 20 ünvanında yerləşən, fiziki şəxs Seyidov Şamil Sabir oğluna məxsus kafe;

    9. Sumqayıt şəhər, Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Qələndərov Namiq Abbas oğluna məxsus dönər evi;

    10. Göygöl rayonu, Zurnabad kəndində yerləşən, fiziki şəxs Məmmədova Samirə Ələkbər qızına məxsus yeməkxana;

    11. Gəncə şəhəri, Tağı Aranı və Kimyaçılar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Həndəmov Elçin Mirzə oğluna məxsus “Təndir” kafesi.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • Daxili Qoşunların şəhid hərbi qulluqçusunun il mərasimi keçirilib

    Vətən müharibəsində döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu baş çavuş Abdullayev Tural Şakir oğlunun bu gün il mərasimi keçirilib.

    DİN-dən verilən məlumata görə, mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Daxili Qoşunlar Komandanının müavini general-mayor Vidadi Əliyev, Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Əkbər İsmayılov, Xəzər və Sabunçu Rayon İcra hakimiyyətlərinin başçıları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.

    İştirakçılar əvvəlcə şəhid T.Abdullayevin Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə çiçək dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasimdə çıxış edən nzir müavini İ.Əliyev və digərləri T.Abdullayevin şərəfli, hər bir gənc üçün örnək olan ömür yolundan, Daxili Qoşunlardakı nümunəvi hərbi xidmətindən, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, hər bir şəhid ailəsinin, qazinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatələndiyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

    Şəhidin atası Şakir Abdullayev Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Abdullayev Tural Şakir oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Azərbaycan XİN Çini Milli Gün münasibətilə təbrik edib

    Azərbaycanın Xarici İşlər Nazirliyi Çini Milli Gün münasibətilə təbrik edib.

    Bu barədə “Report” Azərbaycan XİN-in rəsmi tviter səhifəsinə istinadən xəbər verir.

    “Milli Gün münasibətilə Çin Xalq Respublikasına səmimi təbriklərimizi çatdırırıq. Dost Çin xalqına və hökumətinə əmin-amanlıq və sülh arzu edirik. Müstəqillik günün mübarək, Çin!”, – paylaşımda deyilir.

  • Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir

    “Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq”.

    Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

    “Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar”, – nazir deyib.

  • Əfqanıstanda İŞİD silahlıları 4 “talib”i öldürüb

    Əfqanıstanın Pərvan əyalətində İŞİD silahlılarının hücumu nəticəsində “Taliban”ın 4 nümayəndəsi öldürülüb.

    Belə ki, İŞİD silahlıları Pərvan əyalətinin Çarıkar bölgəsində baş verən partlayışdan sonra silahlı hücum həyata keçirib.

    Hücum nəticəsində “Taliban”ın 4 nümayəndəsi öldürülüb, daha 2-i isə yaralanıb.

  • Həftəsonu avtobuslar necə işləyəcək? – AÇIQLAMA

    Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib.

    Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər.

    Tapşırıqda qeyd olunub ki, sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.

  • В Азербайджане на начальника отдела полиции подали в суд

    В Хачмазском районном суде состоится судебный процесс над начальником следственного отдела Уджарского районного отдела полиции капитаном Бадиршахом Велиметовым.

    Ему предъявлено обвинение по статье 529.3 (неисполнение без установленных законом оснований постановления о наложении взыскания в виде административного штрафа за совершение проступков против правил дорожного движения в течение 3 месяцев со дня вступления его в силу) Кодекса об административных проступках АР.

    Дело будет рассматриваться под председательством судьи Хыдыра Гулиева.

    Отметим, что лица, совершившие указанное правонарушение, наказываются лишением права управления транспортным средством на срок от шести месяцев до одного года.

    Напомним, что Б.Велиметов был назначен на нынешнюю должность всего несколько дней назад.

    Источник: unikal.org

  • Azərbaycanda yeni polis rəisi məhkəməyə verildi

    Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis kapitanı Vəlimətov Bədirşah Şakir oğlunun məhkəmə prosesi keçiriləcək.

    Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi – Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.

    İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla cəzalandırılır.

    Xatırladaq ki, B.Vəlimətov hazırkı vəzifəsinə bir neçə gün öncə təyinat alıb.

    //Unikal.org