Month: October 2021

  • Sabahın hava proqnozu AÇIQLANDI: Yağış yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

    Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə olacaq. Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

  • Kollec “Azərsu” ASC-ni məhkəməyə verdi

    Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci “Azərsu” ASC-ni məhkəməyə verib.

    “Report”un əldə etdiyi məlumata görə, kollec Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

    Belə ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ASC-yə qarşı kommunal xərclərlə bağlı tələb irəli sürüb.

    İddia hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

  • Bakıda qeyri-adi fırıldaqçılıq: Özünü maşınların altına atıb pul alan adam peyda olub – VİDEO

    Bakı küçələrinin birində kişinin özünü qəsdən maşınların qarşısına ataraq pul tələb etdiyi iddia edilir.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

    Həmin görüntülərdə şəxs sürücüyə bildirir ki, polisə şikayət etməməsi üçün ona pul versin.

    Yayılan video barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.

    Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında yayılan videonun köhnə olduğunu, amma bu cür vəziyyətdə belə şantajlara və qanunsuz yanaşmalara alət olmamaq üçün qanunvericiliyin tələblərini və atılmalı olan hüquqi addımları izah edib:

    “Yol-nəqliyyat hadisəsi baş verdikdə, xüsusən də xəsarət halı olduqda, sürücü yol polisini hadisə yerinə çağırmalı və polisə verdiyi ilkin məlumatda xəsarətin olması vurğulanmalıdır. Əgər zərurət varsa, əraziyə təcili tibbi yardım maşını çağırmalı, yaxud da zərərçəkmişi təxirə salınmadan xəstəxanaya aparmalıdır.

    Bu, gələcəkdə aparılacaq prosessual araşdırmada sürücünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Daha sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılan araşdırma prosesinin istiqaməti müəyyən edilir.

    Ekspertizanın rəyinə uyğun olaraq – dərəcəsi təyin olunmayan, yüngül, az ağır və ağır xəsarət qeyd edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, az ağır və ağır xəsarət cinayət məsuliyyəti ilə tənzimlənir. Yüngül xəsarət İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq 200 manat cərimə və yaxud məhkəmə tərəfindən bir ilədək sürücülük vəsiqəsindən məhrum olunmasını nəzərdə tutur.

    Dərəcəsi təyin olunmayan xəsarət yerinə yetirilibsə, o zaman məsələyə yol hərəkəti əleyhinə edilən hər hansı qayda pozuntusu edilibsə, ona uyğun olan maddə ilə barəsində inzibati tənbeh tədbiri seçilir. Misal üçün, piyada keçidində piyadaya yol verməyibsə, sürücü 330-cu maddə ilə 50 manat cərimə olunur.

    Bütün bunlarla bağlı isə əvvəlcədən hadisədə xəsarətlə bağlı verilən məlumata əsasən ibtidai istintaq araşdırılması aparıldıqdan sonra qərar verilir. Yəni vaxtında polisdən gizlədilməyən informasiya sürücünü, eləcə də piyadanı əlavə söz söhbətdən və lüzumsuz hərəkətlərdən bir növ sığorta edir”.

    O qeyd edib ki, zərərçəkmiş şəxs şikayətçi olmasa belə, bunun üçün sürücü hadisə ilə bağlı məlumatı polisə aidiyyəti üzrə ərizə yazmaqla bildirməlidir:

    “Bu, sürücünü gələcəkdə heç bir mənəvi və hüquqi dəyərlərə hörmət etməyən şantajçıların şər və böhtanından qoruyur. Mülki qanunvericilikdə o da qeyd olunub ki, həqiqətən hadisə baş veribsə, zərərçəkmiş dəymiş ziyanla bağlı təqsirkar tərəfdən pul tələb edə bilər.

    Lakin zərərin dəyəri sübuta yetirilməlidir, sığorta öhdəliyi olduqda bu zərər sığortanın ayırdığı vəsaitlə zərərçəkmişi qane etmədikdə isə mülki qaydada məhkəmə mübahisələndirilməsi aparılmaqla edilə bilər. Bu proses isə sırf məhkəmələrin səlahiyyətindədir”.

    A.Əsgərli qeyd edib ki, bu kimi hallarda sürücülər DİN-in “102” Zəng Mərkəzinə təxirə salmadan zəng etsin və məsələ barədə dərhal məlumat versin ki, araşdırmanın “isti izlər”lə aparılması polis tərəfindən təmin edilsin:

    “Bir sözlə, sürücülər videodan da göründüyü belə mənəviyyatsız addımlar atan işbazların oyununa inanmasınlar, hadisə baş verən kimi dərhal hadisə yerinə polis əməkdaşlarını dəvət etsinlər!”

  • Prokuror DTX tərəfindən həbs edilən sabiq icra başçısına cəza istədi

    Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası davam etdirilib.

    “Report”un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Daha sonra dövlət ittihamçısı çıxış edib.

    O, İ.Vəliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

    Toplanmış materiallarla rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

    Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

    İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

    Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

    İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.

    Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.

  • Qida məhsullarının satışı bazarında nöqsanlar aşkarlandı

    Tərtər rayonu, H.Əliyev prospekti 52 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Zülfüqaroğlu” MMC-yə məxsus qida məhsullarının satışı bazarında yoxlama keçirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bazarda qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulduğu, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib.

    Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb edilib.

    Araşdırmalar davam etdirilir.

  • Bakıda əl qumbarası tapıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

    Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası olduğu müəyyən edilib.

    Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə aparılan əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Ильхам Алиев направил Эрдогану поздравительное письмо

    Президент Азербайджана Ильхам Алиев направил турецкому коллеге Реджепу Тайипу Эрдогану письмо по случаю национального праздника Турции – Дня Республики.

    Текст послания опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyevdən Ərdoğana təbrik məktubu

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

    Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.

    Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir.

    Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.

    Əminəm ki, “Bir millət iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Суд постановил забрать внуков Метанет Искендерли у их матери

    В Бинагадинском районном суде состоялось очередное заседание по спору о детях между сыном заслуженной артистки Метанет Искендерли Керимом и ее бывшей невесткой Джананой.

    На процессе под председательством судьи Этибара Мустафаева было принято решение передать троих детей разведенной пары под опеку отца.

  • Mətanət İsgəndərlinin nəvələri anasından alındı

    Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasında uşaqlarla bağlı mübahisəyə dair növbəti məhkəməsi olub.

    Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyilə keçirilən prosesdə boşanmış cütlüyün üç övladının qəyyumluğu ilə bağlı qərar verilib.

    Qərara əsasən, uşaqlar atalarında qalacaq.