Month: October 2021

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 49 294 человека.

    При этом 35 859 из них получили первую дозу препарата, 13 435 – вторую.

    Об этом 28 октября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день было введено 9 518 912 доз вакцины от COVID-19.

    При этом 5 154 936 человек получили первую дозу препарата, 4 363 976 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

  • В Азербайджане за минувшие сутки 2 420 человек заразились коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 420 новых случаев инфицирования коронавирусом, 1 358 человек вылечились и были выписаны домой.

    Об этом 28 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 29 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 524 788 человек, 6 995 – скончались, 489 032 – вылечились, 28 761 – продолжает лечение.

    В республике проведены 5 158 035 тестов на COVID-19 (за последние 24 часа – 13 827).

  • Azərbaycanda daha 2420 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub.

  • Noyabrda toylara qadağa qoyulacaq? – AÇIQLAMA

    “Əgər yoluxmanın artmasına səbəb toylardırsa, o zaman toylara qadağa qoyula bilər”.

    Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

    Deputat toyların bağlanmasının əleyhinə olduğunu, amma zərurət yaranarsa, toyların da bağlanmalı olduğunu vurğulayıb:

    “İndi yoluxmada sürətli artım gedir. Gündəlik müşahidə edirəm, testdən keçənlərin 20 faizə qədəri xəstələnir. Yoluxmanın artmasının da bir sıra səbəbləri var. Amma mən həmişə toyların bağlanmasının əleyhinə olmuşam. Çünki insanlar toy etməlidirlər. Toya gələnlər də vaksini olanlardır. Vaksinsizləri buraxmırlar. Polis yoxlanış da keçirir, vaksinsizləri tutulur, cərimələnir. Hətta toyda bəyin özünü də cərimələyiblər.

    Deputat deyib ki, yoluxmanın əsas səbəbi araşdırılır:

    “Hər halda artımın səbəbləri axtarılır, indi səbəb toy olsa, yəqin ki, toyları, iri tədbirləri dayandıracaqlar. Əgər toylar yoluxmanın artmasına çox təsir etmirsə, bağlamağa ehtiyac olmayacaq. İndi buna da Operativ Qərargah qərar verəcək. Amma onu bilmək lazımdır ki, sağlamlıq hər şeydən öndədir. Can sağlığığ toydan irəlidədir. Ona görə də, qərar verərkən sağlamlığı düşünmək lazımdır”.

    Qeyd edək ki, bu həftənin sonları Operativ Qərargahın brifinqi gözlənilir.

  • Ölkədə 10 sığorta agenti fəaliyyətini dayandırdı – SİYAHI

    Azərbaycanda 10 sığorta agenti fəaliyyətini dayandırıb.

    Könüllü müraciətlər əsasında Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə siyahıda adı qeyd edilən fiziki şəxslərə sığorta agenti fəaliyyətinə görə verilmiş lisenziyalar ləğv edilib.

    “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə əsasən ləğv olunan lisenziyaların siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla şəklini paylaşdı – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla fotosunu paylaşıb.


    Dövlət başçısının rəsmi “Twitter” hesabından paylaşılan fotoya qeyd edilib:

    “Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

    Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.

  • В Мингячевире из-за коронавируса закрылся лицей

    В Мингячевирском технико-гуманитарном лицее приостановлено очное обучение.

    Об этом сообщили в Управлении образования города.

    В данном образовательном учреждении 8 учителей, 10 старшеклассников и 5 учеников начальных классов заразились коронавирусом.

    В связи с этим в течение двух недель занятия будут проводиться в дистанционной форме.

  • Lisey koronavirusa görə bağlandı

    Mingəçevir Texniki Humanitar Liseyində dərslərin distant formada keçirilməsi ilə bağlı qərar verilib.

    Bu barədə Oxu.Az-a Mingəçevir Şəhər Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, liseydə 8 müəllim, 10 yuxarı sinif şagirdi, 5 ibtidai sinif şagirdi koronavirusa yoluxub.

    Bununla bağlı olaraq dərslər iki həftəlik distant formada davam etdiriləcək.

  • Четверо армянских военных получили ранения в результате взрыва гранаты

    Четверо армянских военнослужащих получили ранения в результате взрыва гранаты.

    Инцидент произошел в четверг на одном из приграничных с Азербайджаном участков.

    Согласно данным, военные получили легкие ранения, они госпитализированы.

    Обстоятельства происшествия выясняются.

    Источник: Sputnik Армения