Month: October 2021

  • Стало известно число инвалидов войны, обеспеченных автомобилями

    Названо число граждан, обеспеченных за девять месяцев 2021 года в рамках социальной политики Азербайджана жильем и автомобилями.

    Данные показатели отражены в отчете Центра анализа экономических реформ и коммуникаций “Первые 9 месяцев 2021 года: восстановление экономического роста и постконфликтное строительство”.

    По данным Министерства труда и социальной защиты населения АР, за указанный период в стране были обеспечены жильем 3 000 человек, большинство из которых (1 600) – семьи шехидов и инвалидов войны.

    Кроме того, автомобили были предоставлены 160 гражданам, в том числе 144 инвалидам войны.

  • Avtomobillə təmin edilən müharibə əlillərinin sayı AÇIQLANDI

    2021-ci ilin doqquz ayı ərzində Azərbaycanda sosial siyasətin tərkib hissəsi kimi mənzil və avtomobil təminatı üzrə rəqəmlər açıqlanıb.

    Bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, illik planda nəzərdə tutulan 3000 şəhid ailəsi və müharibə əlillərindən böyük qismi – 1600 nəfəri mənzillə təmin olunub.

    Həmçinin illik plana əsasən 160 nəfərdən 144 nəfər müharibə əlili avtomobil əldə edib.

    //oxu.az

  • На освобожденной от оккупации территории АР обнаружены человеческие останки – ОБНОВЛЕНО + ВИДЕО

    В Агдамском районе обнаружены человеческие останки.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры АР.

    Было отмечено, что на освобожденной от оккупации территории во время проведения земляных работ ООО Körpü-Bina Tikinti были обнаружены останки двух человек.

    По данному факту в районном надзорном органе проводится расследование.

    * *  * * *

    На освобожденной от оккупации территории Агдамского района Азербайджана обнаружены останки мужчины и женщины.

    Как сообщает АПА, они были найдены во время проведения земляных работ на 37-м км дороги Барда – Агдам в Узундере.

    Сотрудники правоохранительных органов осмотрели место и провели эксгумацию.

    С 23 июля 1993 года территории, где были обнаружены останки, находились под армянской оккупацией и в течение 27 лет контролировались ВС Армении. Есть вероятность того, что останки принадлежат попавшим в заложники гражданам АР.

  • İşğaldan azad edilmiş ərazidə qolları məftillə bağlı kişi və qadın meyiti tapıldı – VİDEO

    Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

    Bərdə-Ağdam yolunun təxminən 37-ci kilometrliyində yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

    Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

    Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

    Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını ekshumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

    Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

    O da məlum olub ki, skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.

    Qeyd edək ki, Ağdam şəhəri və onun 7 kilometr yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 1,28 доллара (1,45%) и составила 86,89 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşdı

    Azərbaycan nefti bir qədər də ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin dəyəri 1,28 ABŞ dolları və ya 1,45 faiz azalıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 86,89 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • В Азербайджане скончался экс-депутат – ФОТО

    Скончался видный общественно-политический деятель Азербайджана Максим Мусаев.

    Об этом сообщил его сын Эмин Мусаев.

    По его словам, один из создателей партии “Ени Азербайджан”, бывший депутат Милли Меджлиса умер вчера вечером от инфаркта.

    М.Мусаев родился 18 августа 1938 года в селе Нариманлы Басаркечерского района Западного Азербайджана.

    В 1991-1992 годах занимал пост главы Исполнительной власти Хызынского района.

    В 1985 году был избран депутатом Верховного Совета Азербайджанской ССР, в 1990-м – народным депутатом, а в 1995-м – депутатом Милли Меджлиса Азербайджана. Был заместителем председателя постоянной комиссии по вопросам местного самоуправления ММ первого созыва и руководителем рабочей группы по межпарламентским связям Азербайджан – Китай.

  • Sabiq deputat vəfat etdi – FOTO

    Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Maksim Musayev vəfat edib.

    Bu haqda mərhumun oğlu Emin Musayev məlumat yayıb.

    O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

    Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

    1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

    Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

  • Минтруда обеспечило 157 участников войны высокотехнологичными протезами

    Министерство труда и социальной защиты населения Азербайджана с декабря прошлого года начало обеспечивать участников Отечественной войны высокотехнологичными протезами.

    Как сообщили в ведомстве, 157 ветеранов, потерявших нижние (144) и верхние (13) конечности в ходе боевых действий, уже обеспечены 166 приспособлениями последнего поколения.

  • Nazirlik 157 qazini yüksək texnologiyalı protezlərlə təmin edib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb.

    Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

    Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

    Digər 13 qazi isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar da yüksək texnologiyalı protezlərlə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır.