Month: October 2021

  • В Баку произошло ДТП: есть пострадавшие

    В Низаминском районе Баку произошло ДТП.

    В результате столкновения автомобилей Azsamand и Kia Rio пострадали водители.

    Как сообщил Oxu.Az главный инспектор Управления государственной дорожной полиции города Баку майор полиции Араз Аскерли, инцидент произошел сегодня утром.

    “В ходе инцидента пострадали водители обеих машин. На место привлечены сотрудники Низаминского РУП. По данному факту проводится расследование”, – сказал он.

  • Bakıda ağır qəza: Xəsarət alanlar var

    Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, “AzSamand” və “KİA Rio” markalı avtomobillər toqquşub.

    Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

    “Qəza Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.

  • Пожар в частном доме в Гяндже: в огне погибли мужчина и двое его детей

    На горячую линию 112 МЧС Азербайджана поступила информация о пожаре в частном доме в Кяпазском районе города Гянджи.

    Как сообщили в ведомстве, первая пожарная машина прибыла на место происшествия в 04:27 и сразу же приступила к тушению огня.

    В результате пожара сгорели воспламеняющиеся конструкции одноэтажного 4-х комнатного дома общей площадью 160 кв.м.

    На месте происшествия были обнаружены тела Бахеддина Мамедова (1990 г.р.) и его детей Тургая (2007 г.р.) и Мелек (2012 г.р.).

    Близлежащие постройки защищены от огня. Пожар потушен.

    По данному факту ведется расследование.

  • Azərbaycanda dəhşət: Bir ailə yanaraq öldü

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumat qəbul edilən kimi nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

    Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • ABŞ-da beş yaşlı uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq

    ABŞ tibbi tənzimləyicisinin ekspert komissiyası 5-11 yaşlı uşaqlara koronavirus peyvəndini tövsiyə edib.

    ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) mütəxəssisləri böyük səs çoxluğu ilə bu qərarı qəbul ediblər. Onların fikrincə, “Pfizer” peyvəndinin vurdurulmasının faydaları risklərdən daha çoxdur.

    Peyvəndlər üzrə tənzimləyici orqanın rəhbəri Piter Marks bildirib ki, bu yaş qrupunda təxminən iki milyon insan koronavirusa yoluxub, onlardan 8300-ü xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya yerləşdirilənlərin üçdə birinin reanimasiyaya ehtiyacı olduğunu vurğulayıb.

    Bu qərar təxminən 28 milyon azyaşlıya təsir edəcək.

    Qeyd olunur ki, uşaqlar üçün peyvəndləmələr noyabrın əvvəlindən başlaya bilər.

  • Fransada ilin sonuna daha yeddi məscidin fəaliyyəti qadağan ediləcək

    Fransada cari ilin sonuna kimi daha yeddi məscidin bağlanmasına qərar verilib.

    Rəsmi qurumların məlumatına əsasən, bağlanan məscidlərdə “radikal islam” ideyaları təbliğ və müdafiə edilir.

    Fransanın daxili işlər naziri Jerald Darmanin isə açıqlamasında vurğulayıb ki, yaxın günlərdə qapadılan məscidlərdən birinin icma üzvlərinin bank hesabları dondurulub.

    Fransanın daxili işlər nazir həmçinin əlavə edib ki, prezident Emmanuel Makronun vəzifəyə başlamasından bu günə qədər ölkə ərazisində 13 islam dərnəyinin fəaliyyətinə xitam verilib.

    Mənbə: “Trthaber”

  • Belçikada “QR-kod” sistemi məcburi oldu

    Belçika hökuməti koronavirusla mübarizə tədbirlərini sərtləşdirib və bütün ölkədə restoranlara, əyləncə və idman obyektlərinə daxil olmaq üçün “QR-kod” təqdim etmək mütləqdir.

    Bu barədə məlumatı mətbuat konfransında Belçikanın Baş naziri Aleksandr De Kroo açıqlayıb.

    “Biz yoluxmaların sayında kəskin artım müşahidə edirik, son bir həftə ərzində onların sayı 70 fazi artıb. Vaksinasiya prosesini aparmasaydıq, xəstəxanalarımızda vəziyyət fəlakətli olardı. Bu şəraitdə federal səviyyədə antikovid tədbirlərini gücləndirmək lazımdır”, – deyə Belçikanın Baş naziri vurğulayıb.

    Rəsmi məlumata görə, Belçikada 18 yaşdan yuxarı vətəndaşların 74 faizi artıq iki doza peyvəndi qəbul edib.

  • В Кюрдамире выявлены недостатки в ряде объектов общепита

    В рамках рейда, организованного Агентством продовольственной безопасности Азербайджана (АПБА) в Кюрдамире были выявлены недостатки в ряде объектов общепита.

    Об этом сообщили в ведомстве.

    Отмечается, что осмотр был проведен в заведениях, расположенных вдоль автодороги Баку-Газах. Было проанализировано состояние кухонных помещений, а также правил приготовления и хранения пищи.

    В результате проверок были обнаружены нарушения требований технических нормативно-правовых актов в сфере продовольственной безопасности.

    Отмечается, что в рамках рейда был проведен осмотр пяти придорожных объектов общепита. В трех из них установлено грубое нарушение норм гигиены, а также отсутствие у работников документов о прохождении соответствующего медицинского обследования.

    В связи с обнаруженными недостатками были приняты меры в соответствии с требованием законодательства.

  • Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kürdəmirdə təşkil etdiyi reyd çərçivəsində yeməkxana kimi fəaliyyət göstərən bir sıra obyektlərə baxış keçirilib, nöqsanlar aşkar edilib.

    Bu barədə Agentlik məlumat yayıb.

    Bildirilib ki, agentliyin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsi boyunca yerləşən yeməkxanalara baxış keçirilib. Mətbəxlərin vəziyyəti, qidaların hazırlanma və saxlanma normaları analiz edilib.

    Yoxlamalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu aşkarlanıb. Yeməkxanalarda çiy və bişmiş qidaların eyni yerdə saxlanması, mətbəxlərdə isti və soyuq su şəraitinin olmaması, tullantı qablarının ağzı açıq saxlanılması əksər obyektlərdə müşahidə edilən hallardan olub.

    Ət və süd məhsullarının hansı təsərrüfata aid olması, həmin təsərrüfatın sağlam olması haqqında arayışlar yoxlamaya təqdim edilməyib.

    Qeyd edilir ki, reyd çərçivəsində yol kənarlarında fəaliyyət göstərən 5 yeməkxanaya baxış keçirilib, onlardan 3-də gigiyena qaydalarının kobud şəkildə pozulması, həmçinin işçilərin tibbi müayinəyə cəlb edilmədiyi müəyyən olunub.

    Reyd zamanı aşkar edilən nöqsanlar barədə qanunvericilik tələbləri daxilində tədbir görülüb.

  • Бывший сотрудник МИД АР назначен на высокую должность

    Ариф Мамедов назначен председателем правления Государственного морского и портового агентства при Министерстве цифрового развития и транспорта Азербайджана.

    Об этом сообщили в ведомстве.

    До этого назначения он возглавлял отдел транспортной политики министерства.

    A.Мамедов получил степень бакалавра и магистра в области международного права и международных отношений в Бакинском государственном университете, а также магистра в области международных отношений и европейских исследований – в Метропольном университете в Праге (Чехия) и управления бизнесом – в Telfer School of management университета Оттавы (Канада).

    В разное время он работал в Администрации Президента АР, Министерстве иностранных дел (МИД) и ряде посольств нашей страны за рубежом.