Month: October 2021

  • Belarusda azərbaycanlı iş adamı itkin düşüb

    Belarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ə.Akimov bir həftədir yaşadığı evdə çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur.

    Milis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur. Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.

  • Şabranda nərə balığını satan şəxs cəzalandırılıb

    Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub:

    “Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.

    H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir.

  • Арабские страны отозвали ливанского посла за недружественную реплику министра

    Правительство Саудовской Аравии приняло решение о высылке из страны посла Ливана в Эр-Рияде.

    Об этом сообщает ТАСС со ссылкой на информационное агентство SPA.

    Причиной стали недружественные высказывания министра информации Ливана Джорджа Кардахи по поводу конфликта в Йемене. Кроме того, саудовские власти объявили о полном прекращении импорта аграрной продукции из Ливана. Из Бейрута отозван также посол королевства Валид аль-Бухари.

    В свою очередь, руководство Кувейта отзывает своего посла из Бейрута для консультаций и требует от временного поверенного в делах посольства Ливана в эмирате, чтобы он покинул территорию страны в течение 48 часов. Об этом говорится в распространенном в субботу коммюнике кувейтского внешнеполитического ведомства. Аналогично, Бахрейн потребовал от посла Ливана покинуть страну в течение 48 часов.

    Премьер-министр Ливана Наджиб Микати и президент Мишель Аун выступили с заявлениями, в которых подчеркнули, что “реплика Кардахи не отражает официальную позицию Бейрута”.

    Отметим, что во вторник Кардахи сообщил в Twitter, что некоторые СМИ распространили отрывки из его интервью катарскому телеканалу Al Jazeera, записанного 5 августа, то есть за месяц до назначения на пост министра. В нем он выступил в защиту йеменских мятежников-хуситов из движения “Ансар Аллах” и осудил агрессию Саудовской Аравии и Объединенных Арабских Эмиратов против Йемена.

  • Üç ərəb ölkəsi Livan səfirini qovub

    “Livan hakimiyyəti körfəzdəki ərəb ölkələri və Səudiyyə Ərəbistanı ilə yaranmış münaqişəni diplomatik yolla həll etməyə çalışır”.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Buhabib bildirib.

    O, Xarici İşlər Nazirliyinin təcili iclasından sonra jurnalistlərə açıqlamasında Livanın ərəb dünyası və Səudiyyə Ərəbistanı qarşısında öhdəliyinə sadiq qaldığını xatırladıb: “Yaranmış münaqişəni həll edəcəyimizə ümidvarıq. Münaqişənin həllinə yardım etmək üçün ABŞ-dan da nümayəndə dəvət edilmişdi”.

    Xatırladaq ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı “persona-non qrata” (“arzuedilməz şəxs”) elan edib.

    Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.

    Livanın informasiya naziri George Kardahinin “Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur” deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

    Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.

    Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini “arzuedilməz şəxs” elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.

  • Azərbaycan Premyer Liqası: “Zirə” “Keşlə”ni məğlub edib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

    Günün ilk matçında “Zirə” “Keşlə”ni qəbul edib.

    Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.

    Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Zirə” 3-cü pillədəki “Qəbələ”yə çatıb. 7 xala malik “Keşlə” isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə “Keşlə”nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

    Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” son çempion “Neftçi” ilə üz-üzə gələcək. IX turun “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları oktyabrın 31-də olacaq.

  • Bakıda sərxoş qadın sürücülərə həyəcanlı anlar yaşatdı – VİDEO

    Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində qadın özünü avtomobil yoluna ataraq intihara cəhd edib.

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

    Bildirilib ki, qadın ictimai asayişi pozduğuna görə ona xırda xuliqanlıq maddəsi ilə protokol tərtib ediləcək.

    Qeyd olunub ki, hadisə zamanı qadın sərxoş olub.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Çörək bol olmazsa: Ölkədə əsas qida məhsullarının yerli istehsalı nə yerdədir?

    ​​​

    Pandemiya səbəbindən son bir neçə ildə dünya iqtisadiyyatının zəifləməsi həm də ərzaq qıtlığına səbəb olub. Artıq İranda, Afrikada və digər ölkələrdə ərzaq qıtlığı müşahidə edilir, insanlar çətinlik çəkirlər. Azərbaycanda vəziyyət necədir? Yaranmış problemlərlə bağlı təhlillər aparılırmı? Bizi ərzaq qıtlığı gözləyirmi? Gözləyirsə, hansı qabaqlayıcı tədbirlər görülməlidir?

    Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, hazırda qlobal səviyyədə ərzaq təminatı problemləri yaşanır:

    “Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiyməti artıb. Eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Ötən il dünya ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbə vuran koronavirus pandemiyası bir çox sahələr kimi qida malları ilə təminatda da daxili bazarlara mənfi təsir göstərməkdədir. Belə bir vəziyyət pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biri olan İranda da müşahidə edilir. Həmçinin, Qərbin sanksiyaları səbəbindən beynəlxalq ticarət əlaqələri zəifləyən bu ölkədə inflyasiya və qiymət artımı məhsul qıtlığına gətirib çıxarıb. Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Ağır pandemiya ili olan 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatında 2 faiz artım olub. 2021-ci ilin ötən 9 ayı ərzində də kənd təsərrüfatında artım 6,9 faiz təşkil edib. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə əsas qida mallarının yerli istehsal hesabına təmin edilməsi siyasəti faydasını verməkdədir”.

    Millət vəkilinin sözlərinə görə, ərzaq malları ilə təminatda kənd təsərrüfatının inkişafına dövlətin dəstəyi də mühüm əhəmiyyət kəsb edir:

    “Ərzaq təhlükəsizliyi strategiyasının uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir. İndiyədək verilən güzəştli kreditlərin 63 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin yaradılmasına yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsində mühüm rol oynayıb”.

    A.Hüseynov qeyd etdi ki, ərzaq təhlükəsizliyi strategiyası aqrar sahədə istehsal və emal müəssisələrinin yaradılması, yeni iş yerlərinin sayının artması, yoxsulluğun səviyyəsinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir:

    “Bu baxımdan, hökumətin həyata keçirdiyi proqramlar nəzərdə tutulan hədəflərə çatmağa imkan verir. Son 8 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Azərbaycan ötən il həmin hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub”.

    Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı isə bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatının, təbii şəraitimizin potensialı var:

    “Amma lazım olan məsələ onların səmərəli istifadəsidir. Əgər potensialdan səmərəli istifadə etsək, ən azı 80-90 faiz yerli məhsul, istehsal hesabına ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Azərbaycanın ekoloji təmiz məhsullar yetişdirməsi üçün çox böyük potensialı var. Qida təhlükəsizliyinin təməlində “strateji məhsul” deyə biləcəyimiz məhsulların təminatı durur. Bura un, şəkər və yağ daxildir. Yerli istehsal hesabına bu tələbatı ödəmək imkanlarımız var. Misal üçün, şəkər çuğunduru yetişdirmək və onu istehsal etmək üçün şəkər zavodu var. Sadəcə, bu zavodun istehsal həcmini artırmaq lazımdır. Eləcə də, qarğıdalıdan və günəbaxandan bitki yağı istehsal etmək imkanlarımız var. Hətta kərə yağı üçün də bunu demək mümkündür”.

    Ekspert hesab edir ki, bir nömrəli məsələ un təminatı ilə əlaqədardır:

    “Biz un istehsalında istifadə olunan buğdanın xeyli hissəsini xaricdən alırıq. Xüsusən, Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal edirik. Azərbaycanın yerli taxıl istehsalı 3,5 milyon ton civarındadır. Onun da təxminən 2 milyon tonu buğdadır. Təəssüf ki, biz istehsal olunan buğdanın böyük əksəriyyətini heyvan yemi olaraq istifadə edirik. Bununla da, un istehsalında yerli buğdadan az istifadə olunur. Bunun səbəbi odur ki, əvvəllər rayonlarda böyük dəyirman şəbəkələri vardı. Sonra o dəyirmanları sökdülər. İndiki böyük dəyirmanlar xaricdən gətirilən yumşaq buğdanı üyütmək üçün qurulub. Yəni quruluşu elədir. Buna görə də, bizim sərt buğdamızı üyüdən dəyirman şəbəkələrini genişləndirmək lazımdır. Şahidi oluruq ki, ildən-ilə Rusiya və digər ölkələr buğda ixracını azaldır. Ona görə də, işimizi ehtiyatlı tutmalıyıq və yerli taxıl hesabına un, çörək məmulatlarının istehsalını təşkil etməliyik. Bu, bir nömrəli məsələdir. Digər yandan hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin müəyyən fəaliyyəti var, amma artırılmalıdır. Bütövlükdə qida təhlükəsizliyini təmin etmək üçün imkanlarımız var. Sadəcə effektiv və səmərəli kənd təsərrüfatı siyasəti lazımdır. Bunu həyata keçirsək, ölkəmizin, xalqımızın qida məhsuluna olan tələbatının ən azı 80 faizini öz gücümüzə ödəmək imkanımız var”.

  • BNA: “Sərnişinlər avtobusların hərəkətini izləyəcəklər “

    “Müntəzəm marşrut xətlərinin Vahid Dispetçer Mərkəzinə inteqrasiyası davam edir. Hazırda “Baku Bus”la yanaşı, özəl daşıyıcılara məxsus olan marşrut xətlərinin hərəkət qrafikini izləyə bilirik”.

    Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, əsas məqsədlərimizdən biri müntəzəm marşrut xətlərinin gündəlik hərəkət qrafiki üzrə əldə edilmiş məlumatların sərnişinlərlə bölüşdürülməsidir: “Bunun üçün müxtəlif alətlər, mobil tətbiqlər, internet portalları, dayanacaqda lövhələr vasitəsilə müntəzəm marşrut xətlərinin hərəkət qrafiki sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir”.

    M.Ağayevin sözlərinə görə, marşrut xətləri üzrə avtobuslar “Bakı Kart”a inteqrasiya edildikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir: “Vahid Dispetçer Mərkəzinə inteqrasiya olunduqda artıq biz orda olan marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harda olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, avtobusların dayanacaqda və dayanacaqdan kənar saxlanılması ilə bağlı bütün hərəkətlərlə bağlı məlumatlar əldə edirik”.

  • Лавров и Чавушоглу проведут встречу в рамках саммита G20

    Министр иностранных дел России Сергей Лавров прибыл в Рим для участия в саммите глав государств и правительств стран Группы двадцати (G20), где проведет переговоры с главой МИД Турции Мевлютом Чавушоглу.

    Об этом сообщает корреспондент ТАСС.

    Как заявили в российской делегации, Лавров проведет переговоры с главой МИД Китая Ван И, а также с французской коллегой Жан-Ивом Ле Дрианом. Кроме того, ожидаются встречи с исполнительным директором Всемирной продовольственной программы (ВПП) ООН Дэвидом Бизли и генеральным директором Всемирной организации здравоохранения (ВОЗ) Тедросом Аданомом Гебрейесусом.

  • Lavrov və Çavuşoğlu G20 sammiti çərçivəsində görüşəcək

    “Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Romaya gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun görüş planı məlum olub.

    “Report” TASS-a istinadən xəbər verir ki, o, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb müzakirələr aparmaq niyyətindədir.

    Eyni zamanda, Rusiya nümayəndə heyətinin məlumatına görə, Lavrov Çinin xarici işlər naziri Van İ, eləcə də fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq. Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşləri də gözlənilir.