Month: October 2021

  • ABŞ-da qatarla avtomobil toqquşub, ölənlər var

    ABŞ-ın cənub-şərqindəki Cənubi Karolina ştatında dəmiryol keçidində avtomobil qatarla toqquşub.

    “Report” bu barədə CNN telekanalına istinadən xəbər verir.

    Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Qatarda ölən və yaralananlar barədə məlumat verilmir.

    Telekanalın məlumatına görə, avtomobillə toqquşduqdan sonra təcili dayanan qatarda 500 sərnişin olub.

    Qəzanın səbəbləri araşdırılır.

  • Şabranda nərə balığını satan şəxs cəzalandırılıb

    Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

    Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı, ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub.

    Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

    H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir.

  • Belarusda azərbaycanlı iş adamı itkin düşüb

    Belarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ə.Akimov bir həftədir yaşadığı evdə çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur.

    Milis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur. Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.

  • Tbilisidə mer seçkiləri ilə bağlı “exit-poll”arın nəticələri açıqlanıb

    Tbilisidə mer seçkiləri ilə bağlı aparılan iki “exit-poll”un nəticələri açıqlanıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, hakimiyyətə yaxtın “İmedi” telekanalının sifariş etdiyi “exit-poll”a əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 57,2 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 42,8 % səs əldə edib.

    Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 %-dən çox səs toplayıblar.

    Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə, K.Kaladze 49 %, N.Meliya isə 51 % səs qazanıb

  • Cəlilabadda avtomobil 3 piyadanı vurub

    Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub.

    Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda yerli seçkilərin ikinci turu başa çatıb

    Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

    “Report”un yerli bürosu xəbər verir ki, səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.

    Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.

    Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.

  • Yəmənin hava limanında partlayış törədilib, ölənlər var

    Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında güclü partlayış baş verib.

    “Report” bu barədə “Al-Arabiyya” telekanalına istinadən xəbər verir.

    Partlayış nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

    Məlumata görə, avtomobilə quraşdırılmış mina partladılıb.

  • Qazaxıstan çempionatının qalibi müəyyənləşib

    Futbol üzrə Qazaxıstan çempionatında mövsümə yekun vurulub.

    “Report”un məlumatına görə, sonuncu – XXVI turda “Tobol” səfərdə “Akjayık”la üz-üzə gəlib.

    Rəqibini 2:0 hesabı ilə üstələyən qonaqlar xallarının sayını 61-ə çatdırıb mövsümü ilk pillədə başa vurub. Beləliklə, “Tobol” tarixində ikinci dəfə Qazaxıstan çempionu adını qazanıb.

    Sonuncu turda “Turan”la 1:1 hesablı heç-heçə edən “Astana” 57 xalla ikinci, “Jetısu” ilə qolsuz bərabərə qalan “Kayrat” isə 51 xalla üçüncü yeri tutub.

    Qeyd edək ki, “Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək. III turda Ağdam təmsilçisi Bakıda rəqibini 2:1 hesabı elə məğlub edib.[spoiler][/spoiler]

  • Qazaxıstan çempionatının qalibi müəyyənləşib

    Futbol üzrə Qazaxıstan çempionatında mövsümə yekun vurulub.

    “Report”un məlumatına görə, sonuncu – XXVI turda “Tobol” səfərdə “Akjayık”la üz-üzə gəlib.

    Rəqibini 2:0 hesabı ilə üstələyən qonaqlar xallarının sayını 61-ə çatdırıb mövsümü ilk pillədə başa vurub. Beləliklə, “Tobol” tarixində ikinci dəfə Qazaxıstan çempionu adını qazanıb.

    Sonuncu turda “Turan”la 1:1 hesablı heç-heçə edən “Astana” 57 xalla ikinci, “Jetısu” ilə qolsuz bərabərə qalan “Kayrat” isə 51 xalla üçüncü yeri tutub.

    Qeyd edək ki, “Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək. III turda Ağdam təmsilçisi Bakıda rəqibini 2:1 hesabı elə məğlub edib.[spoiler][/spoiler]

  • UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

    “Report” xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

    “Beynəlxalq Strateji Menecment Konfransının Sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini prof., dr., Lütfihak Alpkanla UNEC potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”, – deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.[spoiler][/spoiler]