Month: October 2021

  • “Bakı Metropoliteni” “28 May” stansiyasında baş verənlərə aydınlıq gətirdi

    “28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.

    Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

    “Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
    Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

    Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

    Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir”, – məlumatda deyilir.

  • Rusiyalı hokkeyçi binanın 25-ci mərtəbəsindən yıxıldı

    Rusiyalı hokkeyçi İvan Bitkin Moskvada yaşayış binasının 25-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

    Bədbəxt hadisə dünən gecə baş verib.

    O, təcili yardım gələnə kimi keçinib.

    Hadisənin səbəbləri araşdırılır.

  • Ильхам Алиев наградил группу лиц орденом и медалью – СПИСОК

    Президент Азербайджана Ильхам Алиев 30 октября подписал распоряжение о награждении орденом “Эмек” 3-й степени и медалью “Терегги” группы лиц, имеющих заслуги в развитии сельского хозяйства в АР.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Со списком награжденных можно ознакомиться по ссылке.

  • İlham Əliyev bir qrup şəxsi təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Abbasov Rafail Əli oğlu

    Abbasov Rəhim Abbas oğlu

    Ağayev Səmədağa Qasım oğlu

    Ansuxskiy Abdulqədir Əli oğlu

    Babayev Məhəmməd Həsənağa oğlu

    Cürənli Elxan Firuddin oğlu

    Dövlətov Dədəkişi Babakişi oğlu

    Dursunova Mirvari Murad qızı

    Ədilov Namiq Nazim oğlu

    Əhmədov Sadiq Rəşid oğlu

    Əhmədzadə Sahib Qürbət oğlu

    Əliyev Xanlar Allahverdi oğlu

    Əsgərov Etibar İsman oğlu

    Əzimov Balağa Gülağa oğlu

    Əzizov Rüstəm Hüseyn oğlu

    Hacıyev Elşən Hacıbaba oğlu

    Hümbətova Brilyant Ərəstun qızı

    Hüseynov Ehtibar Allahverdi oğlu

    Hüseynov İsmayıl Cilingir oğlu

    İmanova Səhər İman qızı

    İsrafilov Eldar Babasən oğlu

    Qəfərov Mürsəl Səfər oğlu

    Məmmədov Arzu Papır oğlu

    Məmmədov Əhliman Şahabbas oğlu

    Məmmədov Ərşad Xanqulu oğlu

    Məmmədov Məmməd Vladimir oğlu

    Məmmədov Rusif Məhəmmədəli oğlu

    Nəcəfov Seyran Burhan oğlu

    Nəsirov Zəfər Novruz oğlu

    Novruzov İlqar Əsgər oğlu

    Novruzov Qulu Novruzəli oğlu

    Rəhimov Zülfüqar Ənvər oğlu

    Salmanov Məzahir Xasay oğlu

    Şirinov Ehtibar Bəhmən oğlu

    Yəhyayev Cəfər Qəfər oğlu

    Zayadov Ələddin Hüseynağa oğlu

    “Tərəqqi” medalı ilə

    Allahverdiyev Rafiq Bayram oğlu

    Bəkirov Faiq Kamal oğlu

    Əliyev Mütavil Sədrəddin oğlu

    Əliyev Namiq İsrafil oğlu

    Əsədov Ağa Ziyad oğlu

    Fikrətzadə Firdovsi Fikrət oğlu

    Həsənov Hətəm Həsən oğlu

    Həsənov Rahil Qurban oğlu

    Hüseynov Məhəmməd Səfiyar oğlu

    Hüseynov Vüqar Məsim oğlu

    Xatibi Məsud Mahmud oğlu

    İsayev Niyamət İsa oğlu

    Kərimov Hüseyn İbrahim oğlu

    Quliyev Yaşar Hacı oğlu

    Məmmədov Şahmar Məmməd oğlu

    Rüstəmov Bəybala Nəriman oğlu

    Süleymanov Abbas Qurban oğlu.

  • В Азербайджане за минувшие сутки 2 189 человек заразились коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 189 новых случаев инфицирования коронавирусом, 1 585 человек вылечились и были выписаны домой.

    Об этом 30 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончалось еще 28 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 529 109 человек, 7 049- скончались, 492 374 – вылечились, 29 686 – продолжают лечение.

    В республике проведены 5 183 839 тестов на COVID-19 (за последние 24 часа – 14 051).

  • Azərbaycanda daha 2189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 529109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 icra olunub.

  • ДТП на автомагистрали: пострадали три члена одной семьи

    На трассе Евлах-Агдаш произошла авария.

    Водитель Mercedes не справился с управлением, в результате чего автомобиль врезался в бетонное ограждение на обочине дороги.

    Жители города Сумгайыта – Асиман Мамедов (1998 г.р.), его отец Юсиф Мамедов и мать Алмаз Мамедова получили травмы различной степени тяжести.

    Пострадавшие были госпитализированы.

    По данному факту ведется расследование.

  • Magistral yolda qəza: Bir ailənin üç üzvü xəsarət aldı

    Yevlax-Ağdaş yolunda avtomobil qəzası baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə zamanı “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılıb.

    Baş verən qəza nəticəsində Sumqayıt şəhər sakinləri – sürücü 1998-ci il təvəllüdlü Məmmədov Asiman Yusif oğlu, atası Yusif Məmmədov və anası Almaz Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanıldı

    Oktyabrın 29-da DİN-in “102 – Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs – Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

  • DİN: “Ağsuda dövlət qurumunun binası qəsdən yandırılıb”

    Ağsuda Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.