Month: October 2021

  • Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs 19 il azadlıqdan məhrum edildi

    Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən Volqoqrad sakini barədəsində məhkəmə qərarı məlum olub.

    17 yaşlı Timur Qavrilovu qətlə yetirən 22 yaşlı Rusiya vətəndaşı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət işinin materiallarına əsasən, 2020-ci il iyunun 13-nə keçən gecə Voroşilov rayonu ərazisində Azərbaycan vətəndaşı olan yeniyetmənin meyiti tapılıb. Mütəxəssislər onun bədənində çoxlu nüfuzedici bıçaq yaraları aşkar ediblər.

    Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlamağa nail olublar. Belarusda gizlənən hücum edən şəxs Smolenskdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

    Bundan başqa, V.Vasilyevin qanunsuz olaraq odlu silah hazırlaması və saxlaması da müəyyən edilib. O, törətdiyi əməllərə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və əlavə 100 min rubl cərimə ödəməyəcək. Məhkəmə həmçinin zərərçəkmiş tərəfin 1,7 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbini təmin edib.

    Qeyd edək ki, Timur Qavrilov Volqorad Tibbi Universitetinin I kursunda təhsil alırmış. Dostlarıgildən gələn Timur 20 bıçaq zərbəsi ilə qətlə yetirilib.

  • Qubadlıda gömrük postu yaradıldı

    Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb.

    Bunu “Report”a müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.

    Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

    O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.

  • В Азербайджане за минувшие сутки 2 300 человек заразились коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 300 новых случаев инфицирования коронавирусом, 1 248 человек вылечились и были выписаны домой.

    Об этом 27 октября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 27 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 522 368 человек, 6 966 – скончались, 487 674 – вылечились, 27 728 – продолжают лечение.

    В республике проведены 5 144 208 тестов на COVID-19 (за последние 24 часа – 13 175).

  • Azərbaycanda daha 2300 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2300 yeni yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.

  • Ərdoğan: “Füzulidən İstanbula gediş-gəliş olacaq”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycana səfərindən bəhs edib.

    “Haber Global” məlumat verir ki, Türkiyə lideri çox qısa zamanda Azərbaycanın seçilən ölkələr arasında yer alacağını bildirib.

    Füzulidə Beynəlxalq Hava Limanının açılışından söz açan siyasətçi Azərbaycanda fərqli irəliləyiş olduğunu vurğulayıb:

    “İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Hazırda bu yolların tikintisi istiqamətində işlər sürətlə davam etdirilir”.

  • Səhiyyə Nazirliyindən risk qrupuna daxil olan uşaqların valideynlərinə MÜRACİƏT

    “Risk qrupuna aid olan xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immunçatışmazlığı, ürək qüsuru və xroniki ağciyər xəstəliyi və s.) 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvənd olunması məsləhətdir. Təbii ki, bu, tövsiyə xarakterlidir”.

    Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

    Nazirlik rəsmisi bildirib ki, hər iki valideynin razılığı əsasında da 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər: “Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə araşdırmalar hələ tam başa çatmayıb. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”.

  • Bakıda polis işlədiyi idarədən silahı niyə oğrulayıb?- TƏFƏRRÜAT

    Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən polis əməkdaşlarının məhkəməsi başlayıb. Oğurluqda keçmiş polis əməkdaşları ittiham olunur.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayon Polis İdarəsində qeydə alınıb. İbtidai istintaqı yekunlaşan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İttihama görə, Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında çatışmazlıq var.

    Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

  • Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı

    “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

    Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

  • Eldar Əzizov reklam şirkətlərini çökdürür – BŞİH-dən qanunsuz addım (FOTO + VİDEO)

    Bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Reklam bazarında fəaliyyət göstərən sahibkarları qanunsuz müdaxilələri ilə cökdürür.

    Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ölkə rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Məhz bunun bariz nümunəsidir ki, dünyada qlobal koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə yan təsirlərin azaldılması məqsədilə Prezident İlham Əliyevin birbaşa dəstəyi nəticəsində müxtəlif sahələrdə çalışan sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli əsaslarla kreditlərin ayrılması ilə bağlı mühim qərar qəbul olundu. Bu qərar sahibkarlar üçün xilasetmə halqasına bərabər idi. Ayrılmış güzəştli kreditlər hesabına şirkətlərdə ixtisarların qarşısı alınmış, yeni yatırımların edilməsi üçün münbit şərait yaradılmış və biznesləri ayaqda saxlamışdır.

    Pandemiyadan ən çox zərər çəkmiş sahələrdən biri də reklam bazarıdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər pandemiya səbəblərindən çox böyük çətinliklərlə üzləşib. Lakin pandemiyanın fəsadları həmin şirkətlərin gələcəkdə üzləşməli olduğu problemlərlə müqayisədə çox cüzi imiş. Zərbə gözlənilməyən tərəfdən gəldi. Pandemiya səbəbindən ciddi maliyyə sıxıntıları ilə üzləşmiş və hər gün fəsadları aradan qaldırmaq üçün çalışan reklam şirkətləri bu dəfə məmur özbaşınalığının qurbanına çevrildi. Yerli özünüidarəetmə orqanlarının qeyri-qanuni hərəkətləri nəticəsində, cari ilin 4 sentyabr tarixində Bakı şəhərinin müxtəlif ünvanlarında binaların dam və fasad hissələrində fərqli reklam şirkətləri tərəfindən quraşdırılmış müasir reklam qurğuları bütün müvafiq sənədlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən təqdim olunmuş rəsmi icazə sənədlərinin mövcudluğuna baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən heç bir rəsmi sənədə əsaslanmamış şəkildə sökülmüş, yararsız – bərpa olunmayacaq vəziyyətə salınaraq naməlum istiqamətdə aparılmışlar.

    Reklam qurğularının sökülməsi nəticəsində sahibkarlara böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, müştərilərlə mövcud müqavilələr çərçivəsində götürülmüş öhdəliklər yerinə yetirilməsi mümkünsüz edildiyi üçün sözügedən şirkətlər külli miqdarda maddi itkilərlə üzləşmiş, şirkətlərin nüfuzuna ciddi xələl dəymiş, onların iflasına yol açmışdır.

    Bu kimi özbaşına, heç bir hüquqi əsası olmayan qərarların verilməsi birbaşa Prezident İlham Əliyevin sahibkarlara tükənməyən qayğısı və dəstəyinə qarşı çıxmaqdan başqa bir şey deyil. Halbuki cənab Prezident öz çıxışlarında dəfələrlə Azərbaycanda sahibkarlara süni maneə yaradan onun fəaliyyətini məhdudlaşdırmağa hədəflənmiş hərəkətlərin yolverilməzliyi ilə bağlı dövlət məmurlarına xəbərdarlıq etmişdir. Görünür bəzi məmurlar bu dərsdən hələ də bir nəticə çıxarmayıb və sahibkarların fəaliyyəti, yaratdıqları iş yerləri, dövlət büdcəsinə ödənilən vergi və digər rüsumların önəmliyi onları heç maraqlandırmır.

    Ziyan dəymiş reklam şirkətlərinin rəhbərləri də arzu edir ki, ölkə iqtisadiyyatımızın inkişafına töhfə verməyə davam etsinlər, yeni sərmayələrin cəlb olunması və iş yerlərinin artırılmasına nail olub, quruculuq işlərində yaxından iştirak etsinlər. Lakin bu hadisə çalışdıqları sahəyə yeni yatırımları çox riskli və hətta mümkünsüz edir. Sökülmüş reklam qurğuları təbii ki müvafiq dövlət qurumlarından rəsmi icazələr əsasında yerləşdirilib. Lakin buna məhəl qoymayaraq, qanunların aliliyini heçə sayan Bakı Şəhər İcra Hakimiyyəti heç bir izahat və rəsmi sənəd təqdim etmədən, tək qərarı ilə, çox asanlıqla, illərlə böyük zəhmət bahasına qurulmuş şirkətlərin sonuna səbəb olur.

    Dünyanın bir sıra aparıcı şəhərlərində mövcud olan müasir və gözoxşayan reklam qurğuları şəhərin müasirliyinin və inkişafının əsas indikatorlarından hesab edilir. Reklam şirkətləri ölkəmizdə aparılan abadlıq işləri ilə əlaqədar olaraq açıq məkanda reklam qurğularının müasirləşdirilməsi və yenilənməsi istiqamətində irihəcmli investisiyalar yatırmaqla, yeni iş yerləri yaratmaqla iqtisadiyyatımızın inkişafına öz töhfəsini verir. Hər zaman öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışan sözügedən reklam şirkətləri, dövlətimizin milli maraqlarının qorunmasına və vətəndaş cəmiyyətimizin daha da möhkəmlənməsinə yönəlmiş sosial yönümlü fəaliyyətin dəstəklənməsinə aktiv şəkildə qoşulublar. Bu xüsusda, önəmli sosial çarxların da sözügedən reklam monitorlarında yayımlanması geniş yer alırdı.

    Reklam qurğularının qanunsuz demontajı nəinki dövlətimizin maraqlarına xidmət edən sosial yönümlü çarxların nümayişi imkanlarını məhdudlaşdırır, eyni zamanda sahibkarları fəaliyyətinə süni əngəl yaratmaqla, onların vəziyyətini ağırlaşdırır, yüzlərlə Azərbaycan vətəndaşını öz iş yerlərini itirməsi təhlükəsi ilə üz-üzə qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində sahibkarlara verilmiş güzəştli kreditlər hesabına tikilmiş reklam qurğularının demontajı illərlə qurulan biznesin, bu sahədə yetişdirilmiş peşəkar və ixtisaslı kadrların gələcəyini ciddi sual altına qoyur. İri həcmli yatırımlar və peşəkarlıq hesabına qurulmuş reklam infrastrukturunun geriləməsi şübhəsiz ki, digər sahələrdə fəaliyyət göstərən sahibkarlara da mənfi təsir göstərəcək.

    Bu gün sahibkarlar sözügedən məsələnin araşdırılmasını, qanuni hüquqlarının bərpa edilməsini və müvafiq reklam konstruksiyalarının yerinə qaytarılmasını istəyir. Məsələ ilə bağlı BŞİH-ə müraciət edildikdə, heç bir tutarlı cavab verilmir. Bu da təbiidir, çünki reklam bazarının tənzimlənməsi BŞİH-in səlahiyyətlərinə aid deyil.

    Şirkət nümayəndələrinin bildirdiklərinə görə, vaxtilə Hacıbala Abutalıbov da abadlıq işləri adı ilə eyni addımı atmışdı. Bir müddət sonra yaxın qohumlarının adına şirkətlər açıb həmin reklam yerlərini o şirkətə vermişdi. Ehtimal olunur ki, hansısa məmur indi də həmin yerlərə göz dikib, eyni ssenarini təkrarlamaq istəyir. Buna görə də sahibkarlar məcbur olub Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ediblər. Məsələ ilə bağlı prokurorluqda araşdırmalar başlanıb.

    Azərbaycan Respublikasının “Reklam haqqında” qanununun 34.1-ci maddəsinə əsasən reklam sahəsində dövlət nəzarətinin başlıca məqsədi reklam subyektlərinin maraqlarının təmin olunmasından ibarət olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nizamnaməsinin 2.2.4 maddəsində reklam qurğularının sökülməsi ilə bağlı qərarın Agentliyin birbaşa səlahiyyəti çərçivəsində olduğu bildirilir. Belə olan halda BŞİH-nin müvafiq qərarının qanunsuzluğu və səlahiyyətlərini aşma faktı bir daha təsbit edilir.

    Ölkə başçısının sahibkarlara dövlət dəstəyinin göstərilməsi istiqamətində apardığı siyasəti sabotaj etməyə cəhd göstərənlər tezliklə cəzalandırılmalıdır. Şirkət rəhbərləri məsələnin dərindən araşdırılacağı, sahibkarların hüquqlarının bərpa ediləcəyinə və müvafiq reklam konstruksiyalarının yerinə qaytarılması istiqamətində aidiyyəti qurumların öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atacağına hələ də inanmaq istəyir. Onların ümid yeri sahibkarların mənafeyinin hər zaman keşiyində duran möhtərəm Cənab Prezidentdir./qaynarinfo







  • Azərbaycanda koronavirusa görə neçə məktəb bağlanıb? – RƏSMİ – VİDEO

    “Azərbaycanda 4432 orta məktəb var ki, onların da 31-i distant təhsilə keçib. Ölkə üzrə 89 min 674 sinif var və bunlardan distant təhsilə keçənlərin sayı 697 sinif təşkil edir”.

    Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

    O əlavə edib ki, Azərbaycanda orta məktəblər arasında distant təhsilə keçmə nisbəti 0,70 faizdir.