Month: October 2021

  • Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparıldıqdan və həkim müayinəsindən keçirildikdən sonra onlar hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Sonra toplanışa cəlb olunan heyət üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

    Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
    Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.

  • Kiberidman olimpiya proqramına salına bilər

    Kiberidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər.

    Bu barədə Rusiya Kompüter Oyunları Federasiyasının prezidenti Dmitri Smit açıqlama verib.

    Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər gedir: “Şəxsən mən əminəm ki, kiberidmanın Olimpiya proqramına daxil edilməsi an məsələsidir. Çünki kiberidman çox böyük auditoriyaya malikdir”.

    Qeyd edək ki, növbəti olimpiada 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.

  • Saatlı sakini intihara cəhd edib

    Saatlıda intihara cəhd olub.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin M.P.Vaqif küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü M.Abbasov həyətdə özünü asaraq intihara cəhd edib. Lakin onun yaxınları bundan vaxtında xəbər tutub və M.Abbasovun həyatını xilas edə biliblər.

    O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin məlumata görə, M.Abbasov bir neçə dəfə ruhi əsəb dispanserində müalicə alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Bizim Instagram səhifəmizə

  • Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

    44 günlük vətən müharibəsində düşmən ordusu məğlub olub geri çəkildikcə hərbi obyektlərdən kənarda yerləşən yaşayış məntəqələrini hədəf seçirdilər.

    Rayonlara, kəndlərə mərmilər yağdıraraq infrastrukturu məhv edir, insanlara ziyan vururdular.

    Düşmən atəşi nəticəsində zərər görən rayonlardan biri də Goranboy idi. Rayonda erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində beş yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib.

    Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülən işlər nəticəsində 366 tikili təmir-bərpa olunub.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Noyabrın 1-dən bu telefonlarda “WhatsApp” işləməyəcək – SİYAHI

    “WhatsApp” milyonlarla aktiv istifadəçisi ilə ən populyar tətbiqlərdən biri olmağa davam edərkən, artıq bu platformadan istifadə edə bilməyən telefon modelləri açıqlanıb. Bu modellər üçün yeniləmə dəstəyi noyabrın 1-dən dayandırılacaq.

    Median.Az sfera.az-a istinadən bildirir ki, WhatsApp köhnə və yeniləmələri qəbul etməyən telefonlar üçün dəstəyi dayandırır.

    Yayımlanan siyahıya görə noyabrın 1-dən onlarla telefon modeli proqramı işlədə bilməyəcək.

    “Apple” yeniləmə dəstəyinə gəldikdə istifadəçilərini ən çox dəstəkləyən şirkətlərdən biri olsa da bu məsələdə dəstəyini köhnə telefonlarından çəkir.

    “iPhone 5” seriyası üçün yeniləmə illər əvvəl dayandırılıb. İndi onlar WhatsApp-dan istifadə edə bilməyəcəklər.

    Noyabrın 1-dən etibarən WhatsApp-dan istifadə edə bilməyəcək telefon modelləri aşağıdakılardır:

    Apple (iOS-u yeniləməmisinizsə istifadə edilməyəcək. iOS 10 və daha yuxarı versiyalar ilə yaxşı olacaq):

    iPhone SE;

    iPhone 6S;

    iPhone 6S Plus.

    iPhone 4

    Samsung

    Galaxy Trend Lite;

    Galaxy Trend II;

    Galaxy SII;

    Galaxy S3 mini;

    Galaxy Xcover 2;

    Galaxy Core;

    Galaxy Ace 2.

    LG

    Optimus F7;

    Optimus F5;

    Optimus L3 II Dual;

    Optimus F5;

    Optimus L5;

    Optimus L5 Dual;

    Optimus L3 II;

    Optimus L7;

    Optimus L7 II Dual;

    Optimus L7 II;

    Optimus F6 Enact;

    Optimus L4 II Dual;

    Optimus F3;

    Optimus L4 II;

    Optimus Nitro HD və 4X HD;

    Optimus F3Q.

    ZTE

    Grand S Flex;

    V956;

    Grand X Quad V987;

    Huawei

    Ascend G740;

    Ascend Mate;

    Ascend D Quad XL;

    Ascend D1 Quad XL;

    Ascend P1 S;

    Sony

    Sony Xperia Miro;

    Sony Xperia Neo L;

    Xperia Arc S.

    Digər

    Alcatel One Touch Evo 7;

    Archos 53 Platinum;

    HTC Desire 500;

    Caterpillar Cat B15;

    Wiko Cink Five;

    Wiko Darknight;

    Lenovo A820;

    UMi X2;

    Faea F1;

    THL W8

  • Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi

    Rusiya Prezidenti Vladimir Putin uruqvaylı müğənni və aktrisa Nataliya Oreyroya Rusiya vətəndaşlığı verib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, sənətçinin 9 yaşlı oğlu Merlin Ataualpa da Rusiya pasportu alıb.

    “Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro Rusiya pasportu almaq arzusunu ilk dəfə 2019-cu ildə İvan Urqantın “Axşam Urqantı” verilişinə qonaq olarkən zarafat kimi dilə gətirib.

    O, Rusiya vətəndaşlığı üçün 2020-ci ilin yayında müraciət edib. Bundan sonra prodüser İosif Priqojin uruqvaylı aktrisanın niyə Rusiya pasportu almağa qərar verdiyini izah edib. Onun fikrincə, aktrisanı daha yumşaq vergitutmaları və rusların sentimentallığı cəlb edə bilər.

    Natalia Oreyro “Vəhşi mələk”, “Sən mənim həyatımsan”, “Tanqonun ritmində”, “Zəngin və məşhur” seriallarında rol alıb. Sənətçi dəfələrlə Rusiyaya bağlılığını, eləcə də rus dilini öyrəndiyini bəyan edib. Müğənni hitlərinin rusdilli versiyalarını ifa edir, həmçinin 2018-ci ildə Rusiyada keçirilən FIFA dünya kuboku üçün “United by Love” kompozisiyasını üç dildə (ingilis, ispan və rus) yazıb. 2020-ci ildə faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd etmək üçün Natalya Bulat Okudjavanın “Bizə bir qələbə lazımdır” (“Bizim onuncu desant batalyonumuz”) mahnısını ifa edib.

  • Azərbaycan millisinin baş məşqçisi: “İkinci qolu vurmaq üçün vaxt çatmadı”

    “Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi. Monteneqro ilə matçda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq”.

    “Report”un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Maltaya 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis ilk hissədə yaxşı oynadıqlarını bildirib: “Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür”.

    Əsgərov vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdiklərini söyləyib: “Bundan sonra komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. İkinci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq olduq. Təəssüf ki, ikinci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.

    Malta yığmasının baş məşqçisi Mark Antoni Qatt isə hər iki komandanın ifasında rəqabətli oyun izlədiklərini vurğulayıb: “Qələbə qazanmaq istəyirdik. Bizim üçün çox çətin oyun oldu. Bununla belə, qalib gəlməyi bacardıq”.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət – FOTO

    Türkiyədə son sutkada COVID-19-dan 215 nəfər ölüb.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, son sutkada 356 636 nəfər test edilib, onların 29 643-nün nəticəsi pozitiv çıxıb.

    Son 24 saatda COVID-19-dan 31 467 nəfər sağalıb.

  • Əfqan ailə yeni doğulan qızlarını 500 dollara satdı

    Əfqanıstanda valideynlər yeni doğulan qızlarını naməlum şəxsə 500 dollar qarşılığında satıblar.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Bi-bi-si” məlumat yayıb. Onlar bunu ailəni aclıqdan xilas etmək üçün etdiklərini deyib. Alıcı bildirib ki, o, yeni doğulan qız uşağı alıb tərbiyələndirmək, gələcəkdə isə öz oğlu ilə evləndirmək istəyir. Bunun qarşılığında 250 dollar avans belə verib. Valideynlər pulun qalanını qızları yeriməyə başlayanda alacaqlar və uşağı həmin şəxsə təhvil verəcəklər.

    “Digər uşaqlarım acından ölürdü. Ona görə qızımı satmalı olduq. Əlbəttə, kədərlənirəm. O, mənim körpəmdir. Ondan ayrılmaq istəməzdim”, – deyə qızın anası danışıb. Uşağın atası ailəni zibil yığmaqla dolandırdığını və başqa seçiminin qalmadığını deyib:

    “Biz acıq. İndi evdə nə un var, nə də yağ. Heç nəyimiz yoxdur. Qızım gələcəyinin necə olacağını anlamır. Daha sonra onu satmağımıza necə reaksiya verəcəyini bilmirik, ancaq bunu etməli idik”.

  • Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

    “Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb.