Month: October 2021

  • Qarabağ balı Fransaya ixrac olunacaq

    Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

    Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

    O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən “Karvaçar” qondarma adı ilə uzun müddət Fransada satılıb: “Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq”.

    Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

    “Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq”.

  • Azərbaycan Prezidenti Türkiyə şirkətlərinə təşəkkür edib

    “Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yolar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrasturuktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, Türkiyə və Azərbaycan bundan sonra da iki qardaş ölkə kimi bir yerdə irəliyə gedəcək. Xalqlarımız daha da bir-birinə yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu iş birliyi edəcək”, – dövlət başçısı bildirib.

  • Şuşa və Ağdamın komandaları Region Liqasında çıxış edəcək

    Erməni işğalından azad olunmuş Şuşa və Ağdam şəhərlərinin komandaları Region Liqasında mübarizə aparacaq.

    “Report”un məlumatına görə, bu barədə AFFA-nın rəsmi feysbuk səhifəsi xəbər yayıb.

    Bildirilib ki, sözügedən klublar 2022/2023 mövsümündən həvəskarlar liqasında çıxış edəcəklər.

  • Azərbaycan lideri: “Biz istədiyimizə nail olacağıq”

    “Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir parçasıdır. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”, – deyə dövlət başçısı bildirib.

  • Azərbaycan Prezidenti: “Bütün türk dünyası üçün yeni imkanlar açılacaq”

    “Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı iş birliyi və qardaşlıq əlaqələri daha da güclənəcək. Beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”, – dövlət başçısı bildirib.

  • Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

    “Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.

    “Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, – deyə dövlət başçısı vurğulayıb.

    Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür: “Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram”.

  • Ərdoğan: “İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa zamanda bu yerlərə dönəcəklər”

    “İnanıram ki, buralardan ayrılmaq məcburiyyətində qalan azərbaycanlı qardaşlarımız üçün buradan müjdəni vermək mümkün olacaq”.

    “Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilanda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

    “İnanıram ki,azərbaycanlı qardaşlarım ən qısa zamanda ayrıldıqları torpaqlara, daha gözəl bir şəkildə inşa və bərpa edilən bu yerlərə dönəcəklər. Buradan qarşımızdakı binaya baxırıq, solumuzdakı binalara baxırıq. Buralar daha gözəl bir şəkildə inşa edilir“, – deyə dövlət başçısı vurğulayıb.

  • Balakəndə qazın verilişində fasilə yaranacaq

    Balakəndə təbii qazın verilişi müvəqqəti dayanadırılacaq.

    “Report” bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Belə ki, “Qaz İxrac“ İdarəsinin “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin Katex çay keçidində aparılan təmir işləri ilə əlaqədar 27.10.2021-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək rayon mərkəzində və 55 kənddə qaz təchizatında fasilə yaranacaq.

  • Dövlət başçısı: “Bu gün Türkiyə-Azərbaycan birliyi, qardaşlığı dünya miqyasında önəmli faktora çevrilib”

    “Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz”, – dövlət başçısı bildirib.

  • İlham Əliyev Ərdoğanın səfərindən danışıb: “Bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik”

    “Mən bilirəm ki, sizin çox sıx iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli mərasimdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər – Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”, – dövlət başçısı bildirib.