Month: October 2021

  • Qurd Cəbrayılın real həyat hekayəti: Stalin bank yarmağı tapşırdı, 36 il həbsdə yatdı, qızı qəbirdən çıxartdı

    Rejissor Arif Babayevin ekranlaşdırdığı “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl ləqəbi ilə tanınan Baxşıyev Cəbrayıl haqqında maraqlı faktları təqdim edirik.

    Baxşıyev Cəbrayıl Əlibaxış oğlu 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. Anadan olandan 6 ay sonra anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində böyüyür. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış.

    Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub. O, özünə pul qazanmaq məqsədilə dovğaya su qatarmış ki, özünə şirinquş, noxud qovurması alsın. Bakı sakinləri dovğanın dadının dəyişdiyini, ona su qatılmasını başa düşüb Kəblə Sonquluya şikayət ediblər. Nəvəsini cəzalandırmaq qərarına gələn Kəblə Sonqulu Cəbrayılı döymək istəyəndə Cəbrayıl onun əlindən çıxıb Tağıyev fabrikinin yaxınlığında yaşayan xalasıgilə qaçmaq qərarına gəlir.

    Həmin vaxt dənizin kənarından ora barkaslar gedərmiş. 9 yaşlı uşaq barkas əvəzinə çaşıb Həştərxana gedən gəmiyə minib. Sonradan yanlış olaraq uzaq məsafəli gəmiyə mindiyini başa düşüb. Gəmidəkilər Cəbrayılı sakitləşdirərək ona çörək, şirniyyat verib, kapitandan geri qayıdarkən Cəbrayılı Bakıya qaytarmasını xahiş ediblər. Ancaq hava şəraitinin kəskin dəyişməsi səbəbindən gəmi bir neçə gün Həştərxanda qalmalı olub. Bir neçə günü sahildə qalan Cəbrayıl bir gün görür ki, yoldan keçən arabanın təkəri çıxıb. Yaxınlaşıb milliyyətcə tatar olan arabaçıya kömək edir. Uşağın bu hərəkəti arabaçının xoşuna gəlib. Həştərxanın fabrik sahiblərindən olan, “sonsuz Ravil” kimi tanınan həmin şəxs Cəbrayılı dilə tutub, ona elə oradaca övladlıq təklif edir: “Mənim böyük bir qənnadı sexim var, yəni yaşayışım yaxşıdır. Amma övladım olmur. Gəl sən mənə oğul ol”.

    Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o, Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrayıl təxminən 9 il Ravilin evində qalır.

    Günlərin birində Ravil pul kisəsini Cəbrayıla verib, bir nəfərə çatdırmağı tapşırır. Üstəlik 1 manat da fayton pulu verir. Yolda yaşıdlarının dəmir pullarla qumar oynadığını görən Cəbrayıl onlara qoşulur. Xırda pulları qurtarandan sonra fayton pulunu da uduzur. Ravilin verdiyi pul kisəsindən 1 manat fayton pulu götürsə də, onu xərcləməyə ürək eləmir, fikirləşir ki, birdən bilərlər, özünə olan etimad itər. Yoluna kəsə yolla davam edən Cəbrayıl qəbiristanlıqdan keçəndə iki nəfər atlını görüb, qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbiristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada basdırıb, çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə basdırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və… gözlərinə inanmır: orada boynuna bıçaq saplanmış bir qız vardı. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır və Cəbrayıl özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Ətrafdakılar qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyib, xilaskarını həbsdən qurtarır…


    Cəbrayıl və həyat yoldaşı Minəxanım

    Özünə gəldikdən sonra xəstəxanadakı otaqlardan birinə girən Cəbrayıl oradakı çarpayıda ətrafı yasəmən gülləri ilə dolu olan bir gözəl qız görür. “Mənim başım gicəlləndi. Amma bilmirəm bu sənin gözəlliyindəndir, yoxsa yasəmən güllərinin ətrindən” – deyərək, qıza yaxınlaşır. Qız isə “elə mənim də adım Yasəməndir, xilaskarım” deyə, cavab verir. Bundan sonra Yasəmən başına gələnləri nəql etməyə başlayır: ”Atam çox varlı idi. Onun iki qızı vardı – mən və bacım. Atam ölməzdən əvvəl var-dövlətini iki bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbiristanlıqda basdıranlar isə bacımın əri ilə qaynı olub”.

    Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişiylə sağollaşıb, qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən ona qəsd etmiş bacısının həyat yoldaşı və qaynını öldürüb, doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə basdırır. O, ev də daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Beləliklə, Cəbrayılla Yasəmən Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşür, Yasəmən qatarda qalır. Elə həmin məqamda düşünür ki, Bakıda Yasəməni apara biləcəyi bir ata ocağı, evi yoxdur. Ona görə də o, Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır.

    Təsadüfən Rostovdan Bakıya gələn oğrularla tanış olan Cəbrayıl ilk ciddi “iş”lərinə həmin vaxtdan başlayır. O dövrün ən tanınmış avtoriteti sayılan Rəşid oğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl az müddətdə məşhurlaşır. Onun sorağı hətta Bakıda olarkən İosif Stalinə də çatır. Cəbrayılı Stalinin yanına aparırlar. O, Cəbrayıla Bakıdakı banklardan birindən külli miqdarda pul oğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qurd Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən, müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalinə xahiş məktubu yazır. Məktubda xahiş edir ki, onu həbsxanadan buraxsın, əvəzində cəbhə bölgəsinə göndərsinlər. Lakin Stalin onu həbsxanadan buraxdırmaq barədə heç bir göstəriş vermir.

    Sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarır və onunla birgə Bakıya dönür. Onlar artıq ər-arvad münasibətlərində yaşasalar da, bu, rəsmiləşməmiş qalır. Cəbrayıl göbəkkəsdisi edilmiş xalası qızı Minəxanımla evlənir. Yasəmən də onlarla birgə yaşayırmış, lakin övladı olmadığına görə Cəbrayıl digər qadından olan övladlarını qucağına alanda bu Yasəmənin ürəyinə toxunur. O, Cəbrayıla getmək istədiyini desə də, Cəbrayıl razı olmur. Lakin, Cəbrayıl növbəti dəfə qazamata düşəndə Yasəmən onlardan gedir. Ailə qurub baxçada müdir işinə düzəlir. Yasəməndən fərqli olaraq, Minəxanım düz 7 övlad dünyaya gətirir. Onlardan 2-si uşaq vaxtı dünyasını dəyişir.


    Qurd Cəbrayıl ailəsi ilər birlikdə

    Yasəmən Cəbrayıldan tez rəhmətə gedir. O, rəhmətə gedəndə Cəbrayıl həbsdə olur. Cəbrayılın oğlu bu haqda deyir: “Atam qayıdıb gələndə yenə onu axtardı, öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da, onun haqqında mənə danışardı, deyərdi, kaş rəssam olardım, onun şəkilini çəkərdim. Necə gözəl olduğunu görərdin”.

    Övladlarının doğum tarixlərinə baxınca Cəbrayılın müxtəlif vaxtlarda neçə il həbsdə yatdığı da məlum olur: 1928, 1930, 1933, 1938, 1948, 1952. Ümumilikdə isə Cəbrayıla 70 ilə yaxın iş kəsilib. Lakin o, aldığı işin yalnız yarısını – 36 ilini həbsxanada keçirib. O daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıbmış. Ancaq kriminal aləmdə daha çox “Paxan Cəbrayıl” kimi tanınırmış.

    Ötən əsrin otuzuncu illərində milis tez-tez paytaxtda “oblava” keçirərək, vətəndaşları saxlayıb, onları sorğu-sual edərmiş. Bir gün axşam keçirilən “oblava” zamanı Cəbrayılı da saxlayıblar. O, boynunda kiçik Quran gəzdirmiş. Onun üst-başını yoxlayan rus bunun nə olduğunu soruşanda Cəbrayıl “Bu, Qurandır” cavabını verib. Milliyyətcə rus olan milis heç nə demir. Lakin rusdan fərqli olaraq, azərbaycanlı milis rəisi onun boynundakı Quranı dartıb qırır və kiçik Quran kitabını yerə atıb tapdayır. Rusun Qurana belə sayğısızlıq etmədiyini, amma müsəlman olan rəisin Quranı yerə atıb tapdamasını görən Cəbrayıl hirslənir və ona deyir ki, harda görsə onu öldürəcək. Bir gün Cəbrayıl axşam yaşadığı məhəlləyə gələndə gözlənilmədən qarşısına həmin milis rəisi çıxır. Rəis ateist olduğunu deyərək Quranı təhqir etməsinə bəraət qazandırmağa çalışır, lakin, həm də onu dilə tuta-tuta əlini yavaş-yavaş tapançasına doğru uzadırmış. Cəbrayıl başa düşüb ki, milis rəisi ona atəş açmaq istəyir. Buna görə də daha cəld tərpənib və cibindəki tapançayla milisi alnından vurur. Cəbrayılı həbs edərək iş kəsirlər.


    Cərbayıl və oğlu Xoşqədəm

    O, məhkəmə zalına aparılarkən öldürülən milis rəisinin qardaşları onu yolda və ya həbsxanada aradan götürmək qərarına gəliblər. Lakin onun həbsxanadakı dostları onu zindanda killerin gözləməsi barədə xəbərdar edirlər. Bir gün səhər o, əl-üzünü yuyanda hündürboylu həbsxana yoldaşının onu güddüyünü hiss edir. Həmin şəxs dərhal əlindəki bıçaqla onun üstünə cumur. O, Cəbrayıla bıçaqla zərbə endirəndə, Cəbrayıl qolunu qabağa verir və bıçaq onun qoluna dəyir. Cəbrayıl bıçağı qatilin qarnına soxaraq onu öldürür. Beləcə, Cəbrayıla qarşı sui-qəsd planının üstü açılıb. Bu plana görə milis rəisinin qardaşları başda olmaqla bir neçə nəfər həbs edilir.

    O zamankı qaydalara görə, zindan həyatı yaşayıb azadlığa çıxanların və onların ailə üzvlərinin Bakıda məskunlaşmasına icazə verilmirdi. Ona görə də Cəbrayılı ailəsi ilə birgə paytaxtdan kənara – Salyana sürgün edirlər. Cəbrayıl orda MTS-də gözətçi işləməyə başlayır. Bir gün MTS-ə yoxlama gəlir. Yoxlama üzvlərindən biri Cəbrayılın öldürdüyü milis rəisinin qohumu olduğunu bilir. Cəbrayıl müstəntiqin onun işini yoxlayıb həbs edəcəyini düşündüyündən, həmin şəxsi də yaralayır və 8 il iş alıb Sibirə göndərilir.

    Sonra isə bir neçə məhbusla Sibirdəki həbsxanadan qaçır. Ordan qaçan məhkumlar bir-birlərinin ətini yeməklə xilas olurmuşlar. Yolda Cəbrayıl onlardan ayrılır. Cəbrayıl istisna olmaqla Sibirdən qaçanlardan daha biri sağ qalıb. Vaxtilə həbsxanada “nadzor” işləmiş şəxslərdən biri yeganə sağ qalmış məhkumu bədənindəki döymədən – “tatuirovkadan” tanıyıb. Ona görə də milis bu məhkumu yenidən həbs edib. Məhkum “mən Sibirdən qaçanların hamısını yemişəm” – deyə milisi aldatmaqla Cəbrayılı xilas edib. Bununla da Cəbrayılın axtarışlarına son qoyulub.

    Yazıçı Elçinin “Ox kimi bıçaq” adlı kino-povesti əsasında çəkilən məşhur “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl obrazını canlandıran mərhum aktyorumuz Yusif Vəliyevlə Cəbrayıl eyni küçədə yaşayıb, Cəbrayılın oğlu Xoşqədəm ilə dost olub. Cəbrayılın oğlu müsahibələrinin birində bu barədə deyir: “Bir gün Yusif mənə dedi ki, Cəbrayıl haqqında film çəkilir, mənə Qurd Cəbrayılın obrazını yaratmağı tapşırıblar. Sənin atan 40 ilə yaxın həbsxana həyatı yaşayıb. İstəyirəm bir müddət atanın yanında gəzim. Onun hərəkətlərini, davranışlarını, danışıqlarını, jestlərini öyrənim. Atan buna icazə verərmi? Dedim əlbəttə icazə verər. “Paxan” bununla razılaşdı. Yusif Vəliyev bir-iki ay atamın yanında gəzib dolandı. Onun davranışlarını, oturuşunu, duruşunu, hətta nərd oynamasını belə, öyrəndi. “Arxadan vurulan zərbə” filmi efirə çıxanda atam artıq rəhmətə getmişdi. Yusif Vəliyev atamın obrazını necə canlandırmışdısa, hər kəs mənə deyirdi ki, axşam televizorda sənin atanı gördük”. Hər dəfə “Arxadan vurulan zərbə” filminə baxanda elə bil atamı görürəm. Fərq yalnız bu idi ki, filmdəki Qurd mahir ustalıqla bıçaq atır. Halbuki atam tapançadan sərrast atəş açırdı.


    “Arxadan vurulan zərbə” filmindən kadr

    Cəbrayıl erməniləri sevməyib. Onlar Cəbrayıldan qorxub çəkinirdilər. Onun qorxusundan Cəbrayılın yaşadığı “Kirpiçniy” adlanan məhəllədən keçib gedə bilmirmişlər. Cəbrayıl onların başına oyun açırmış.

    Həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb. Oğlu Xoşqədəm danışır ki, 63 yaşlı Cəbrayıl həmin vaxtdan ömrünün sonuna qədər başını aşağı salıb, heç kimlə işi olmayıb. Qurd Cəbrayıl 1976-cı il mayın 9-da dünyasını dəyişib. Oğlunun dediyinə görə, həmin vaxt SSRİ-dəki bütün həbsxanalarda onun üçün “Yasin” oxutdurulub, ehsan verilib: “Bizə çoxlu məktublar gəlirdi. Ölümündən sonra SSRİ-nin müxtəlif yerlərindən dostları gəlib birgə iş qurmağı təklif etdilər, ancaq dedim yox”.

    Mənbə: Kulis.az

  • Как коронавирус влияет на здоровое сердце? Интервью с кардиологом Ясмин Рустамовой

    Коронавирус может оказать негативное влияние на все жизненно важные органы человека. Он проникает в клетку организма с помощью специальных рецепторов (АПФ-2), которые есть в легких, сердце, почках и кишечнике. Таким образом даже здоровое сердце может пострадать от COVID-19.

    В интервью media.az доктор философии по медицине, вице-президент Азербайджанского общества кардиологов, почетный член Европейского общества кардиологии Ясмин Рустамова рассказала об опасных последствиях коронавируса на сердце и способах их лечения.

    – Расскажите, как коронавирус влияет на сердце?

    – При поражении сердца коронавирусом, у человека могут образоваться серьезные осложнения. Самые частые – миокардит (воспаление сердечной мышцы), который может стать причиной развития сердечной недостаточности и перикардит (воспаление сердечной сумки). Для выявления этих заболеваний применяются базисные исследования кардиополиклиники: электрокардиограмма и эхокардиография. Для уточнения диагноза возможно применение магнитно-резонансной томографии. Опасным последствием является инфаркт миокарда. Это состояние, при котором происходит закупорка сосуда, кровоснабжающего сердце.

    Также большая часть пациентов с COVID-19 имели аритмию (нарушение частотности, последовательности и ритмичности сокращений сердца). К тому же у больных могут образоваться тромбы в легочной артерии или с имплантированных ранее стентов.

    – Какие симптомы свидетельствуют о проблемах с сердцем?

    – Обычно пациенты жалуются на отдышку, учащенное сердцебиение, нехватку воздуха и быструю утомляемость. Эти симптомы наблюдаются и при пневмонии, развивающейся у зараженных COVID-19. Чтобы определить точный диагноз, необходима консультация кардиолога. При своевременном обращении возможна ранняя диагностика, которая в свою очередь определяет успех лечения. Примерно в июне 2020 года в американском журнале вышла статья с указаниями на частое поражение сердечной мышцы вирусной инфекцией. Однако эти данные опровергаются сейчас.

    У меня есть коллега, работающая с постковидными пациентами в одной из самых крупных клиник Франкфурта (Германия). Мы часто общаемся, она подтверждает наши наблюдения о том, что жалобы на сердцебиение после заражения коронавирусом, как правило, не связаны с поражением сердца. У 70% пациентов и вовсе нет заболеваний мышечной ткани.

    – Но при этом нельзя исключать возможные осложнения на сердце после перенесенной коронавирусной инфекции…

    – Специфического лечения сердца от последствий коронавирусной инфекции сегодня нет. Есть лишь общие принципы терапии воспалений, которые успешно применяются.

    Даже если пациенты легко перенесли COVID-19 и у них нет никаких осложнений, многие все же жалуются на учащенное сердцебиение и одышку при ходьбе. Однако, на рентгене или компьютерной томографии, мы видим, что легкие не поражены. Поэтому необходимо детальное обследование. Часто для выявления проблем в сердце достаточны электрокардиография и эхокардиография. Но иногда, как я уже упомянула, для точного выявления поражения сердечной мышцы мы используем магнитно-резонансную томографию.

    Одна из базальных методик, используемых в кардиологической поликлинике – это электрокардиограмма. Она позволяет установить ритм сердца и определить есть ли у человека аритмия. С целью уточнения характера аритмии и сердцебиения врачи прибегают к холтеровскому мониторированию, которое производит непрерывную регистрацию динамики сердца в течение 24 часов. Аппарат вешают на пациента, и он носит его одни сутки. Далее врач обрабатывает полученные данные.

    Следующая методика – эхокардиография, которая основана на ультразвуковом обследовании сердца. Она предоставляет информацию о функциях полостей сердца и подтверждает или опровергает патологии клапанного аппарата.

    – А прием сердечных препаратов не ухудшает течение коронавирусной инфекции?

    – Сложно ответить на этот вопрос. Если у пациента уже имеются сердечные патологии, мы рекомендуем продолжать прием сердечных препаратов. За исключением случаев, когда врач назначает или же пациент до этого сам принимал кроверазжижающие препараты. В таких ситуациях нужно проконсультироваться со специалистом, который назначит адекватное лечение против тромбоза. Не стоит забывать, что последствия от коронавируса опасны и для абсолютно здорового сердца. По этой причине я рекомендую, как можно раньше обратиться к врачу при первых же симптомах.

  • Koronavirus ürək sağlamlığına necə təsir edir? Kardioloq Yasmin Rüstəmova izah edir

    Koronavirus bir çox həyat əhəmiyyətli daxili orqanlara, o cümlədən də ürəyə mənfi təsir göstərir.

    Bunu media.az-la söhbətində kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Yasmin Rüstəmova bildirib.

    O qeyd edib ki, koronavirusa yoluxma zamanı ürəklə bağlı ən çox müşahidə edilən ağırlaşma halları ürək çatışmazlığına gətirib çıxara bilən miokardit (ürək əzələsinin iltihabı) və perikardit (ürək kisəsinin iltihabı) xəstəlikləridir.

    Həkimin sözlərinə görə, bu xəstəliklərin aşkarlanması üçün elektrokardioqramma və exokardioqrafiya tətbiq edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün maqnit-rezonans tomoqrafiyasından da istifadə olunur.

    “Koronavirus kəskin miyokard infarktına da səbəb ola bilər. Bu zaman ürəyi qanla təmin edən damar tıxanır. Həmçinin, COVID-19 xəstələrinin böyük qismində aritmiya (ürək döyüntüsü tezliyinin, ardıcıllığının və ritminin pozulması) müşahidə edilir. Bununla yanaşı, xəstələrdə ağciyər damarlarında və stendlərdə tromblar yarana bilər”, – deyə kardioloq izah edib.

  • В Зангиланском районе заложен фундамент агропарка Dost

    26 октября президент Азербайджана Ильхам Алиев и президент Турции Реджеп Тайип Эрдоган заложили фундамент агропарка Dost в Зангиланском районе.

    Как сообщает Report, информацию распространила пресс-служба президента Азербайджана.

  • Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

    “Report” xəbər verir ki, dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkiblər.

    Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxıblar.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim edib.

    Tədbirin aparıcısı Günel Mövsümova deyib: “Bəli, zəngilanlılar bu ili 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadıq. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyalı ilə yaşadım və xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət məkana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.

    Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını belə tapa bilmədim. Nəinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qardaş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik.

    İndi icazə verin, “Dost Aqropark” ilə tanış olaq”.

    Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

    Dövlət başçıları “Dost Aqropark”ın təməlini qoyublar.

    Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

    Daha sonra aqroparkda əkinə start verilib.

    Prezidentlər “Dost Aqropark”ın fəaliyyətinə xeyir-dua veriblər.

    Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

    16:46
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

  • ЧМ: Азербайджанский боксер одержал победу, в 1/16 финала он поборется с армянином

    Еще один азербайджанский боксер вступил в борьбу на чемпионате мира в Белграде (Сербия).

    Как сообщили Report в Федерации бокса, во второй день чемпионата свои силы испытал Малик Гасанов.

    В 1/32 финала выступающий в весовой категории до 63,5 кг спортсмен померился силами с гватемальцем Хуаном Реесом Донисом. Победивший со счетом 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) Гасанов вышел в следующий этап.

    В 1/16 финала его соперником станет представитель Армении Ованнес Бачков.

    Встреча состоится 30 октября.

  • Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb

    Azərbaycanın daha iki boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

    “Report”un məlumatına görə, 51 kq-da çıxış edən Məsud Yusifzadə 1/16 finalda monqolustanlı Enxmandağ Xarxuu ilə qarşılaşıb. Rəqibinə qalib gələn idmançı adını 1/8 finala yazdırıb. Onun bu raunddakı rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

    57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov isə Kuba təmsilçisi Osvel Kaballero Qarsia ilə dueldən məğlub ayrılaraq, mübarizəni erkən dayandırıb.

    17:44
    Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

    Federasiyadan “Report”a verilən məlumata görə, mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

    63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

    O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

    Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

  • Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? – AÇIQLAMA

    Sentyabrın 28-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda gedişhaqqının kartla ödənilməsinə başlanılıb. Sistem tətbiq ediləndən bu günə qədər marşrut avtobuslarında kartla ödənişdə problem yaranıb. Sərnişinlərə 2 manata satılan kartların balansı əsassız olaraq sıfırlanır, kartdan istifadə olunmadığı halda pul silinir.

    Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Sumqayıt Nəqliyyat” MMC-nin direktor müavini Tofiq Saiddinov faktı təsdiqləyib. Bildirib ki, sistem yeni olduğu üçün sərnişinlər bəzi problemlər yaşayır: “Bu sistem sentyabrın 28-də tətbiq edilib. İlk günlərdən problemlər yaranmağa başladı. Əsasən, kartyükləmə aparatlarında problemlər yaşandı. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Bunun üçün “Sumqayıt Nəqliyyat” MMC dayanacaqlarda nəzarətçilər təyin edib və həmin nəzarətçilərə sərnişin kartlarını yoxlamaq üçün xüsusi aparatlar paylanıb. Həmin aparat vasitəsilə kartlar yoxlanılır, silinmiş məbləğlər karta qaytarılır”.

    T.Saiddinov bildirib ki, yeni istifadəyə verilən kartda balans tam tükənməməlidir: “Əgər kartda balans tam bitərsə, o zaman kart koda düşür və ona təkrar balans artırmaq olmur. Çalışmaq lazımdır ki, kartda ən azı 20-40 qəpik balans həmişə qalsın ki, kartın balansını artıranda kart koda düşməsin”.

    Direktor müavini əlavə edib ki, hazırda Sumqayıtda 200 min kart satılıb: “Sumqayıtda 500 min əhali var. Onun 200 min nəfəri kart alıb. Problem yaranan sərnişin müfəttişlərə yaxınlaşaraq kartını yoxlatdıra bilər. Əgər həqiqətən də kartda problem varsa, dəymiş ziyan ödənilir və kart pulsuz dəyişdirilir. Müfəttişlərlə yanaşı, hazırda Sumqayıtda iki kart mərkəzi də yaradılıb. Sərnişinlər həmin mərkəzlərə də yaxınlaşmaqla problemi həll edə bilərlər”.

  • Nabrandakı məşhur “Atlant” satışa çıxarıldı – FANTASTİK QİYMƏT

    Azərbaycanın məşhur istirahət mərkəzlərindən biri satışa çıxarılıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat yerləşdirilib.

    Qeyd olunur ki, Nabranda yerləşən “Atlant” istirahət mərkəzi satılır. Məşhur istirahət mərkəzi nə az, nə çox 30 milyon manat qiymətə təklif edilir.

    Elanda obyektin sənədlərinin tam qaydasında olduğu və real müştəri ilə razılaşmağın mümkün olacağı bildirilib.

  • Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşımlar edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün tviterdəki səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib.

    “Report” xəbər verir ki, paylaşımda deyilir:

    “Zəngilan rayonunun Ağalı kəndində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”.

    Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.