Month: October 2021

  • Ərdoğan Azərbaycan Prezidentinə üzərində Xarıbülbül təsviri olan saatlar hədiyyə edib – FOTO

    Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

    Qardaş ölkənin lideri üzərində Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

    Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə”.

    Rəcəb Tayyib Ərdoğan: Biz Şuşaya səfər etdik. Saatların üzərində Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur.

    Prezident İlham Əliyev: Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!

    Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci ilin iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.



  • Ermənistanda hərbi maşın piyadanı vuraraq öldürüb

    Ermənistanın paytaxtı İrəvanda “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi piyadını vurub.

    “Report” “News.am”a istinadən xəbər verir ki, hadisə Sebastiyan küçəsində qeydə alınıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

  • Признание воевавшего в Карабахе армянина из США – ВИДЕО

    Не секрет, что во время Отечественной войны в боевых действиях на стороне врага принимали участие иностранные наемники и представители армянской диаспоры.

    Это признают уже и сами армяне.

    40-летний армянин, родившийся в США, назовем его условно Джеймс, в прошлом году участвовал в боях в направлении села Тагавард и поселка Красный Базар.

    Он воевал против азербайджанской армии в рядах террористической организации VOMA. Хотя американский наемник отправился на фронт в качестве санитара, он говорит, что с первого дня взялся за оружие. По его словам, армяне не использовали смартфоны, чтобы беспилотник Bayraktar не смог определить их местонахождение.

    С момента окончания войны прошел год, но Джеймс все еще находится в Армении, где проходит лечение после полученных ранений.

    Подробности – в сюжете Baku TV.

  • Qarabağda döyüşən ABŞ ermənisindən etiraf – VİDEO

    Vətən müharibəsi zamanı düşmən ordusunda xarici muzdluların, diaspor ermənilərinin iştirak etdiyi sirr deyil.

    Artıq bunu ermənilərin özləri də etiraf edirlər. Amerikada doğulan, şərti adı Ceyms olan 40 yaşlı erməni ötən il Tağaverd və Qırmızı Bazar kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib.

    O, terrorçu VOMA hərbi birləşməsinin sıralarında Azərbaycan Ordusuna qarşı vuruşub. Amerikalı muzdlu cəbhəyə tibb işçisi kimi yollansa da, ilk gündən əlinə silah aldığını deyir. O bildirib ki, pilotsuz uçuş aparatı “Bayraktar” onların yerlərini təyin edə bilməsin deyə smartfon telefonlardan istifadə etməyiblər.

    Onun sözlərinə görə, müharibənin bitməsindən bir il vaxt keçsə də, hələ də Ermənistandadır. Orada yaşayır və aldığı xəsarətlərə görə müalicə alır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Pandemiya XXI əsrdə bəşər övladının başlanğıc sınağıdır

    Daxili və xarici siyasətini sistemli kulturoloji tədqiqatlara istinad edən ölkələr dinamik inkişafla yanaşı, sosial-mədəni dəyərlər fonunda rəqəmsal texnologiyalarla da uyğunlaşırlar. Onlar dünya sivilizasiyasının çağırışlarına cavab verərək daha yaxşı gələcək qurmaqla onun effektiv idarə olunması imkanlarını genişləndirirlər.

    Amerikanın məşhur “Jumaya Gatar” filmində ədalət qatarına minə bilməyənlərin aqibəti hüquqi demokratik proseslərdən kənarda qalmaq oldu. Oxşar mənzərəni müasir dövrdə canlandırsaq, görərik ki, tendensiyaya qoşulmaq istəyən bəzi ölkələrdə insan haqları reaksiya ilə qarşılanır. Əvəzində vicdan susur, qorxu hissləri hökm sürür, cahil kamilə qalib gəlir. Həyatın gerçək mənzərəsini isə rəssamlar tablolarda, rejissorlar isə filmlərdə canlandırmaqla cəmiyyətə ədalət təntənəsini çatdırmağa çalışırlar.

    Əgər XX əsr də daxil olmaqla yazılan təsirli ədəbiyyat nümunələri insanları ədalətsizlikdən çəkindirə bilirdisə, XXI əsrdə qələmsiz yazılar demək olar ki, interaktiv həyat tərzinin tapdağı altında qalaraq, dəyişən cəmiyyətə ögey münasibət göstərərək ora daxil olmaqdadır.

    Təəssüf ki, XX əsrdə törədilən dünya müharibələrinin iqtisadi-siyasi avantürası təxminən on milyonlarla insanın həyatı bahasına başa gələndən sonra Birləşmiş Millətlər Təşkilatı təsis olundu. Birləşmiş Millətlər Təşkilatının missiyasından utanaraq sakitləşən siyasi və iqtisadi dairələr susqunluqla, şifahi söz müharibəsi ilə kifayətlənərək özlərində qismən təpər tapırdılar.

    Bu arada kosmosa ilk uçuş, yeni dünyalar və bu kimi elm-texnoloji proseslərə önəm verən dövlətlərin fəaliyyəti XX əsrin sonlarında sovetlər birliyinin dağılmasına, Şərqi Avropa və Orta Asiya ölkələrinin öz müstəqilliyinə qovuşmasına səbəb oldu.

    XX əsrin birinci yarısı böyük Avropa dövlətləri Şərqdə və Afrikada müstəmləkə altında saxladıqları ərazilərin təcrübəsindən bəhrələnərək, Şərqi Avropa ölkələrini bölmək planlarını həyata keçirərkən hətta vətəndaş cəmiyyətinin fikirlərinə də məhəl qoymadılar.

    Şərqi Avropada sosializm düşərgəsi dağılandan sonra beynəlxalq siyasi dairələr neft kəməri xətti üzərində yerləşən Ərəb və Afrika ölkələrində demokratiya adı altında inanılmaz xaosun yaranmasına nail oldular. Tendensiyanın davamı isə son zamanlar Cənubi Asiyaya sirayət etməklə qonşu və ətraf dövlətləri gərginlikdə saxlamaq üçün təhlükə ocağına çevrilib. Təhlükə ocağından əziyyət çəkən dinc əhali isə yaşamaq uğrunda mübarizə aparmaqda acizdir. Tapdaq altında qalan uşaq, qadın, qocaların kimliyindən asılı olmayaraq, düşdükləri dəhşətli durumlarına acımayan siyasətçilər isə istəklərini israrla həyata keçirirlər. İnsanların yeni həyat tərzinə uyğunlaşması, adət-ənənələrinin və mədəniyyətlərarası dialoqun bərpası isə dünya iqtisadiyyatına edilən reaksiyalardandır.

    Keçən əsrlərdə dünyada cərəyan edən olaylar əsasən din və tayfa amilləri əsasında hökmdarlığın coğrafiyasını artırmağı nəzərdə tuturdusa, müasir dövrdə demokratiyanın yaşıl donu altında iqtisadi inadkarlıq əsas rol oynayır. Nümunə üçün deyə bilərik ki, XX əsrdə karbohidrogen ehtiyatları önəm daşıyırdısa, XXI əsrdə bəşər övladı su tələbatı ilə sınağa çəkilir. Başlanğıc üçün isə pandemiya sınağı bir nümunədir desək, yanılmarıq.

    Yuxarıda sadalanan paralellər və nümunələr müasir dövrdə dünyada cərəyan edən fəlsəfənin ssenarisində iqtisadi personajları pərdə arxasından üzə çıxararaq yaranmış virus fasiləsində dərindən düşünməyə sövq edir. Dahi Enşteynin nisbilik nəzəriyyəsi əxlaq parametri çərçivəsində hesablanırdısa, müasir dünyamızda elmin yüksək nailiyyətlərinin nəticələrinə söykənən münasibətlər ünsiyyət mədəniyyətinə saxta rəng verir.

    XIX-XX əsrlərdə Rotşildlər və Rokfellerin adları ictimaiyyətdə və siyasətdə tez-tez hallanırdısa, XXI əsrdə bu missiyanın Bill Qeyts tərəfindən müasir texnoloji – iqtisadi zəmində davamı gözlənilən idi. Ana bətnindən ayrılan uşaqların interaktiv həyat tərzinə sürətlə qoşulmaları “süni intellektin” tətbiqi elementi kimi də dəyərləndirilə bilər.

    Yaranmış situasiyadan çıxış yolu axtarışında olan alim və ictimai-siyasi xadimlər yəqin süni “ağıllı cəmiyyəti” qurmaq əvəzinə sonda keçmişə qayıdaraq, ənənəvi həyat tərzinə üstünlük verəcəklər. Nümunə üçün əsl uzunömürlü Qafqaz xalqlarının mərd, dostluq və qonşuluq şəraitindəki yaşam tərzinə istinad edə bilərlər.

    Düşünürəm, Romada keçiriləcək G20 Sammitində toxunulacaq sanki həlli çətin olan münaqişələrlə yanaşı, insanların yaşam tərzinə təsir edən pandemiyaya da son qoyulacağı müzakirə ediləcək.

    Kulturologiya elmləri doktoru,

    Professor Çingiz Abdullayev

  • Мехрибан Алиева поделилась публикацией из Зангиланского района – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева разместила в Instagram публикацию в связи с визитом в село Агалы Зангиланского района 26 октября.

  • Mehriban Əliyeva Zəngilandan paylaşım etdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindən paylaşım edib.

    “Instagram” paylaşımında Prezident İlham Əliyevlə Mehriban Əliyevanın fotoları yer alıb.

    Həmin paylaşımı təqdim edirik:

  • İlham Əliyev və Ərdoğan Şərqi Zəngəzurda ağac əkiblər

    Zəngilan rayonunda “Dost Aqropark”ın təməlqoyma mərasimi keçirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra ərazidə ağac əkiblər.

    Qeyd edək ki, Zəngilan Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.

  • Bundestaqın yeni tərkibdə ilk iclası keçirilib

    Parlament seçkilərindən bir ay sonra 20-ci çağırış Almaniya Bundestaqının təsis yığıncağı keçirilir.

    Gündəlikdə duran əsas məsələ yeni sədr və müavinlərinin seçilməsi, həmçinin reqlamentin təsdiq edilməsindən ibarətdir.

    Səs çoxluğu ilə Buntestaqın sədri vəzifəsinə Almaniya Sosial-Demokrat Partiyasının sədri Berbel Bas seçilib. O, bu vəzifədə Almaniya siyasətinin 79 yaşlı veteranı Volfqanq Şoybleni əvəz edəcək.

    Plenar iclasda yalnız koronavirus xəstəliyini keçirmiş, peyvənd olunmuş və ya neqativ testə malik deputatlar iştirak ediblər.

  • Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” ÇIXARILDI

    Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb.

    Aztibb.az xəbər verir ki, daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.

    Təcili əməliyyat edilən qızın mədəsindən çəkisi 2 370 qram olan iki daş çıxarılıb.

    Belə ki, əməliyyatı icra edən cərrahın sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.

    Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar.