Month: October 2021

  • Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib

    Albaniyanın Kruya şəhərində 300 nəfər kəskin zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, onların əksəriyyərti xəstəxanaya yerləşdirilib.

    Sakinlərin içməli sudan zəhərləndiyi ehtimal edilir. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

    Albaniyanın səhiyyə naziri Ogerta Manastirliu və səhiyyə baş müfəttişi Kruya şəhərinə gedib.

  • Azərbaycanın qadın futbolçulardan ibarət millisi Maltaya uduzub

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

    “Report”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda IV turda Maltanı qəbul edib.

    “ASK Arena”dakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolları 57-ci dəqiqədə Dorianne Teuma və 86-cı dəqiqədə Emma Şereb vurub. Azərbaycan millisinin heyətində isə 90-cı dəqiqədə Vüsalə Seyfəddinova fərqlənib.

    4 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu – 6-cı pillədə qərarlaşıb. Malta isə 4 xalla dördüncüdür.

    Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 25-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.

  • Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda birgə mətbuat konfransı keçirirlər

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirirlər.

    “Report”un xəbərinə görə, dövlət başçıları mətbuat konfransında çıxış edirlər.

  • Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olundu, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

    BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olundu.

  • Azərbaycan XİN Avstriyanı təbrik etdi – FOTO

    Azərbaycanın Xarici İşlər Nazirliyi Avstriya Respublikasının milli günü münasibətilə ölkə hökuməti və xalqını təbrik edib.

    Müvafiq paylaşım XİN-in rəsmi “Twitter” səhifəsində edilib.

    “Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Bayramınız mübarək, Avstriya”, – paylaşımda qeyd olunub.

  • Ərdoğan Zəngəzur dəhlizindən danışıb: “Daha irəli gedəcəksiniz”

    “Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir”.

    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.

    Daha sonra R.T.Ərdoğan soruşub: “Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz”.

    S.Məmmədov isə cavabında deyib: “Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun”.

  • İtaliya millisi və PSJ ciddi itki ilə üzləşib

    Fransa PSJ-sinin futbolçusu Marko Verratti zədələnib.

    İtaliyalı yarımmüdafiəçi “Marsel”lə qolsuz heç-heçə etdikləri Liqa 1-in XI tur matçında sıradan çıxıb.

    Bud əzələsindən xəsarət alan 29 yaşlı oyunçunun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu Paris təmsilçisinin Almaniyada “Leyptsiq”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup oyununu, həmçinin 3 çempionat görüşünü buraxacaq.

    Bundan başqa, Verratti İtaliya millisinin İsveçrə və Şimali İrlandiya ilə 2022-ci il dünya çempionatının seçmə matçlarında da iştirak etməyəcək. Sözügedən qarşılaşmalar müvafiq olaraq, noyabrın 12-də və 15-də baş tutacaq.

  • Naftalanda ermənilərin dağıtdığı ev tikilərək sahibinə verilib

    Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi. Bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da ciddi ziyan dəydi.

    “Report”un məlumatına görə, Naftalana erməni silahlı terrorçularının atdığı rakelərdən biri rayonun Safıkürd kənd sakini Həqiqət Cəfərnicatinin yaşadığı evə düşüb.

    H.Cəfərnicatinin sözlərinə görəməri düşən zaman evdə tək olub: “Ötən il oktyabrın 1-də səhər saatlarında ermənilərin atdığı mərmi evimizə düşdü. Həmin vaxt evdə tək idim. Mərminin düşməsi nəticəsində xəsaərt olmasam da ev tamamilə dağılaraq yaşamaq yararsız hala düşdü”.

    Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komisiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib.

    Vətən müharibəsində erməni silahlı dəstələrinin terroru nəticəsində evi dağılan Naftalanın Safıkürd kənd sakini Həqiqət Cəfərnicati üçün yenidən tikilən ev onun ixtiyarına verilib. “

    O, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Şükürlər olsun, çox sağ olsunlar. Dövlətimizin başçısına və onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Biz ailəliklə İlham ƏLiyevdən və Mehriban xanımdan çox razıyıq, Allah da onlardan razı olsun. Bu gün mən tam təmirli, hər cür şəraiti olan 5 otaqlı ev tikib mənə veriblər”.

    Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib.

    Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırki mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

  • Pirallahıda narkotik satan şəxslər saxlanılıb – VİDEO

    Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib.

    Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

    Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

    Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ermənistanın keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinə qadağa qoyulub

    Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxşına qadağa qoyulub.

    Bu barədə D.Tonoyanın vəkili Sergey Ohanesyan bildirib.

    Onun sözlərinə görə, David Tonoyanın qohumları ilə görüşü, telefon danışıqları da məhdudlaşdırılıb.

    Vəkil həmçinin bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin qərarına əsasən, D.Tonoyanın ittiham olunduğu vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələr ekspertizadan keçirilməyəcək.

    Qeyd edək ki, keçmiş müdafiə naziri vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələrlə bağlı ittiham olunur.

    ///Report