Month: October 2021

  • İlham Əliyev: “İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik”

    “İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub”.

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.

    Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: “Əziz Qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək, siyasi və mənəvi dəstək verdi, bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə, əziz Qardaşım, öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz”.

  • Türkiyə Prezidenti: “İlham Əliyevlə regional məsələləri bütün detalları ilə müzakirə etdik”

    “Türkiyə olaraq üzərimizə düşəni etməyə, qardaş Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik”.

    “Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Bu gün İlham Əliyevlə görüşlərimizdə ikili və regional məsələləri bütün detalları ilə müzakirə etdik. İqtisadi və ticarət sahəsində işbirliyimizin genişləndirilməsini, enerji, nəqliyyat və Qarabağın inkişafı sahəsində mövcud durumu, gələcəyə dair planları da nəzərdən keçirdik. Eyni zamanda Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi necə daha da inkişaf etdirəcəyimizi müzakirə etdik”, – deyə dövlət başçısı vurğulayıb.

  • Braziliyalı hücumçu: “Ən böyük hədəfim “Neftçi” ilə çempion olmaqdır”

    “Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim. Çünki “Neftçi”yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi”.

    “Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

    “Ağ-qaralar”a keçidindən sonra 2 qol vurduğunu deyən braziliyalı hücumçu bunu gözləmədiyini bildirib: “Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm”.

    30 yaşlı forvard Azərbaycanda yaşadığı, “Neftçi” kimi klubda oynadığı və bu cür komanda yoldaşlarının olduğuna özünü xoşbəxt hiss etdiyini söyləyib: “Hər şey qaydasındadır. Əlimdən gələni etməyə çalışacağam ki, “Neftçi”nin ötən mövsüm qazandığı uğuru təkrarlayaq. Düşünürəm ki, doğru yoldayıq”.

    Təcrübəli forvardın sözlərinə görə, yeni komandasında fərdi hədəfləri yoxdur: “Bütün məqsədim komanda ilə bağlıdır. Ən böyük hədəfim bu mövsüm “Neftçi” ilə çempion olmaqdır”.

    Maçado bildirib ki, “Neftçi”yə keçməzdən öncə klub barədə məlumat əldə edib: “Bilirəm ki, bu klubda böyük uğurlar qazanmış, “Neftçi”nin tarixinə düşmüş braziliyalı futbolçular olub. Həm klubun, həm də azarkeşlərin mənə olan etimadını doğrultmaq, özümdən öncəki həmyerlilərimin uğurlarını təkrarlamaq üçün əlimdən gələni edəcəyəm”.

    Futbolçu “Neftçi”də daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: “Burada çox xoşbəxtəm, amma bundan da xoşbəxt olacağımı gözləyirəm. İki qol vurduğum üçün şadam. Lakin bilirəm ki, daha çox şey edə bilərəm. Bizi qarşıda çox oyun gözləyir. Çalışacağam, bacardığım qədər qollar vurum və “Neftçi” ilə çempionluq yaşayım”.

  • Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək”

    “Bu gün burada – Zəngilanda olarkən təbii ki, Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək”, – dövlət başçısı bildirib.

  • Azərbaycan lideri: “Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq”

    “Bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir”.

    “Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa, yenidənqurma işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq“, – deyə dövlət başçısı vurğulayıb.

  • Президент Азербайджана: Международный аэропорт Физули – наш общий успех

    “Строительство Международного аэропорта Физули заняло всего 8 месяцев. В течение 8 месяцев был построен международный аэропорт”.

    Как сообщает Report, об этом заявил президент Азербайджана Ильхам Алиев 26 октября в Зангилане на совместной пресс-конференции с президентом Турции Реджепом Тайипом Эрдоганом.

    “В строительстве этого аэропорта принимали участие азербайджанские и турецкие компании. Это – наш общий успех”, – подчеркнул президент.

  • Azərbaycan Prezidenti: “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur”

    “Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi 8 ay davam etdi. 8 ay ərzində beynəlxalq hava limanı inşa edildi”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

    “Bu hava limanının inşaatında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bu, bizim birgə uğurumuzdur”, – Prezident vurğulayıb.

  • Bakıda heroin alverçiləri yaxalandı – VİDEO – FOTO

    Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

    Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Polis Sevda Yəhyayevanın toyunda reyd keçirdi – FOTO

    Dünən müğənni Sevda Yahyayevanın ötən il nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla toyu olub.

    Axşam.az xəbər verir ki, karantin qaydalarına görə cütlük toya az sayda yaxınını dəvət edib. Gecəyə qatılan qonaqların isə ilk növbədə COVID-19 pasportu yoxlanılıb.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır.