Month: October 2021

  • Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb

    Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun ən ucqar kəndlərindən biri olan Cimcimax kənd ümumi orta məktəbində qeydə alınıb.

    Belə ki, anidən başlayan yanğına ilk müdaxiləni kənd sakinləri edib. Şəhər mərkəzindən 28 kilometr məsafədə yerləşən kəndə yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülüb.

    Yanğın nəticəsində məktəb direktorunun otağı və otağın yanar konstruksiyaları yanıb.

    Qeyd edək ki, Cimcimax kənd ümumi orta məktəbində 56 şagird təhsil alır. Faktla bağlı araşdırma aparılır.

  • XTQ kamerasından döyüş kadrları – VİDEO

    44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın işğal atlında olan torpaqlarını azad edən qəhrəmanlar arasında Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri xüsusi rol oynayıb.

    Xüsusi Təyinaylı Qüvvələrin əsgərləri Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə bəzi kadrları lentə alıb.

    Həmin kadrları təqdim edirik:

  • Ильхам Алиев: На этих плодородных землях возможно только благополучное проживание

    Касаясь экономического развития Губадлинского и других освобожденных районов, еще раз хотел бы сказать, что у нас должны быть очень точные планы. Мы накопили большой опыт, успешно реализуются госпрограммы по социально-экономическому развитию регионов. Уже реализован ряд программ, пользуясь данным опытом, безусловно необходимо очень четко осуществлять планирование в данном районе.

    Об этом сказал Президент Азербайджана Ильхам Алиев 25 октября во время встречи с представителями общественности Губадлинского района.

    “Еще раз хочу отметить, уже есть предварительные предложения относительно инфраструктурных проектов, строительства домов, восстановления сел. Главное заключается в том, чтобы возвращающиеся сюда люди хорошо, благополучно жили. Безусловно, для этого будут созданы все условия, но необходимо правильно определить сферы, в которых они будут заняты.

    Для достижения этих целей необходимо предпринимать правильные шаги. Правительству даны поручения, различные министерства заняты в этом процессе, и я уверен, что Милли Меджлис тоже внесет свой вклад в эту деятельность. На этих плодородных землях возможно только благополучное проживание”, – добавил глава государства.

  • İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı

    İtaliyanın səhiyyə naziri Roberto Speranza üçüncü ölkələrdən səyahət məhdudiyyətlərinin dekabrın 15-dək uzadılması barədə sərəncam imzalayıb. Bu barədə şənbə günü məlumat yayılıb.

    Median.Az aviatravel.az-a istinadən bildirir ki, eyni zamanda, əlverişsiz epidemiya vəziyyəti səbəbiylə xüsusi məhdudiyyətlərə məruz qalan Hindistan və Braziliyadan girişə məhdudiyyətlərin də AB-yə daxil olmayan üçüncü ölkələrlə eyni olduğu bildirilir.

    Sifarişlər verildikdən sonra yola düşmədən 72 saat əvvəl təqdim edilən PCR test, çatandan sonra 10 günlük karantin rejimi gözlənilməlidir. Bundan əlavə, bu ölkələrdən turizm məqsədi ilə İtaliyaya giriş mümkün deyil.

    İtaliyaya məhdudiyyətsiz AB ölkələrindən, eləcə də G7 ölkələrindən kovid-sertifikatı ilə daxil olmaq mümkündür.

  • Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov da iştirak edib.

    Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov dedi: Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkli, əvəzsiz bir sərkərdəsiniz. Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

    Prezident İlham Əliyev: Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat. Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə. Mən hər bir açılışda olmuşam, hər bir açılışda. Köçkünlərlə görüşlər zamanı, – mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, – görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir.

    Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada – istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər.

    Sakinlər: Çox sağ olun.

    Prezident İlham Əliyev: Sağ olun.

    Siz deyirsiniz ikinci dəfə, üçüncü dəfə biz görüşürük. Mən sizi o vaxt Hərbi Qənimət Parkının açılışına da dəvət etmişdim.

    Nəriman Həmidov: Bəli, yadımdadır. Üçüncü dəfədir. Çox sağ olun, çox var olun. Sizinlə fəxr edirəm, həyat sübut etdi.

  • Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR

    Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı bir sıra göstərişlər verib.

    Median.Az xəbər verir ki, Rusiya Prezidentinin sözügedən göstərişləri Kremlin saytında dərc olunub.

    Məlumata əsasən, Putin regional rəhbərlərə gecə əyləncə tədbirlərinin keçirilməsini qadağan etməyi tapşırıb.

    Bildirilir ki, yeni qaydalara əsasən, ictimai iaşə xidmətləri 23:00-dan 06:00 qədər fəaliyyət göstərməməlidir.

    Bununla yanaşı, Rusiya Prezidenti regionların qubernatorları və müəssisə rəhbərlərinə əməkdaşları koronavirusa qarşı peyvənd olunması halında iki günlük işdən möhlət vermələri tapşırılıb. Sözügedən günlər üçün əməkdaşların əmək haqqları saxlanılacaq.

    Həmçinin Putin 60 yaşdan yuxarı olan və xroniki xəstəliyi olan əməkdaşların koronavirusa qarşı peyvənd olunmaları və immunitetin yaranması üçün 4 həftəlik distant iş rejiminə keçirmələri barədə tapşırıq verib.

    Eyni zamanda, Rusiya Prezidenti ölkədə koronavirus testlərinin əhatə dairəsinin artırılması ilə bağlı göstərişlər verib.

    Bununla yanaşı, ölkə rəhbərinin tapşırıqları əsasında, COVID-19-lu xəstələrin stasionar müalicəsi üçün tələb olunan bahalı dərmanlar alınaraq bölgələrə çatdırılacaq.

    Qeyd edək ki, Rusiyada ötən sutka ərzində 37 930 yeni yoluxma halı qeydə alınıb. Bununla da, bu ölkədə pandemiya dövründə ümumi yoluxanların sayı 8 279 573-ə çatıb. Bununla yanaşı, son sutka ərzində Rusiyada 1 069 nəfər koronavirusdan dünyasını dəyişib və pandemiya ərzində virusdan ölənlərin sayı 231 669-a yüksəlib. /medicina.az

  • В селе Муганлы Кюрдамирского района начался сбор гранатов – ВИДЕО

    В селе Муганлы Кюрдамирского района начался сбор гранатов.

    Соответствующие видеокадры были продемонстрированы в эфире передачи Sözsüz, транслируемой на канале Baku TV.

    Представляем данное видео:

  • Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub

    “Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq – məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək” , – deyə dövlət başçısı bildirib.

  • Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb

    “Mənə verilən məlumata görə, sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat idi. Ancaq bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “Yəni biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb”, – deyə dövlət başçısı bildirib.

  • Qurban Qurbanov: “Uğurlu oyunlar bizi yoldan çıxara bilər”

    “Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq”

    “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis hava şəraiti və qazonun əlverişli olmadığını bildirib: “Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi”.

    Baş məşqçinin sözlərinə görə, bu gün hesab daha böyük ola bilərdi. Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardır”.

    Qurbanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin U-21 limiti ilə bağlı fikirlərinə münasibət bildirib: “Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdır. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdır. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdir”.

    Təcrübəli mütəxəssis məğlubiyyətə görə futbolçulara cəza verilməyəcəyini söyləyib: “Hamısına dedim ki, qarıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim”.

    Qurbanov əvəzetmə sayının artırılması ilə bağlı Klublar Komitəsinə müraciətinin cavabsız qalmasına da toxunub: “Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız “Qarabağ”ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildii ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu “Qarabağ”dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir”.