Month: October 2021

  • Ali Baş Komandan: “Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq”

    “Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada – istər siyasi meydanda, istər hərbi meydanda”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər” , – deyə dövlət başçısı bildirib.

  • İlham Əliyev Qubadlıda: “Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”

    “Çox sağ olun, Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır”.

    “Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, bura qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir.

    Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır” , – dövlət başçısı bildirib.

  • Prezident və birinci xanım “Qubadlı” yarımstansiyasının açılışını ediblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər.

    “Report” xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib.

    Bildirilib ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.

    Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Bu günə qədər “Azərenerji” ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.

    Dövlət başçısı yarımstansiyanı işə salıb.

    Məlumat verilib ki, yarımstansiyanın rəqəmsal idarə edilməsinin prioriteti olan iki əsas məsələ – rəqəmsallaşmaya inteqrə olunan avadanlıqların təmin olunması və idarəetmə üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik kabel şəbəkəsinin yaradılması məsələləri həllini tapıb.

    “Qubadlı” yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.

    Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni “Qubadlı” yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.

    13:57
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər.

    “Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

  • Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib

    Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin silah və döyüş texnikası arsenalına “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları daxildir.

    “Report” xəbər verir ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır.

    Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

  • Заложен фундамент дороги Ханлыг-Губадлы

    Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в церемонии закладки фундамента дороги Ханлыг-Губадлы, идущей от 10-го километра автодороги Худаферин-Губадлы-Лачын к центру города Губадлы.

    Как сообщает Report, об этом сообщила пресс-служба президента Азербайджана.

    25 октября президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева посетили Губадлинский район.

  • Xanlıq-Qubadlı yolunun təməli qoyulub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

    Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verib.

    Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 3,5 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 3,5 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.

    Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

    Dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoyub.

    13:56
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

    “Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

  • Nazir vahid əlaqələndirmə mərkəzində bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb – FOTO

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.

    Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən ötən bir ildə şəhidlərimizin ailə üzvləri və qazilərin hərtərəfli sosial dəstəklə təminatı istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilir.

    Bu dəstək tədbirləri artıq 31 mindən çox şəxsi əhatə edib. Onlara sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həlli, özünüməşğulluq çərçivəsində kiçik bizneslərin qurulması və s. istiqamətlərdə 39 mindən çox xidmət göstərilib.

    Nazir dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının da şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstək olduğunu vurğulayıb.

    Qeyd edib ki, bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanları olan 19 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana – vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.

    Avqustun 23-dən ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Ötən dövrdə bu mərkəzlərə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 2200-dən çox şəxs müraciət edib.

    S.Babayev yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

    Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin – Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.

    Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.
    Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə ölkəmizdə şəhid ailələri və qazilərlə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

  • Ankaradakı ABŞ və digər ölkələrin səfirliklərindən üzrxahlıq mesajları – FOTO

    Ankaradakı ABŞ və digər ölkələrin səfirlikləri Türkiyə qanunlarına hörmətlə yanaşdıqlarını bəyan ediblər.

    Bu barədə rəsmi bəyanat diplomatik nümayəndəliklərin sosial şəbəkə səhifələrindən yayılıb.

    Səfirliklər diplomatik münasibətlərə dair Vyana konvensiyasının 41-ci maddəsinə sadiq qaldıqlarını bildiriblər. Məhz bu maddə nümayəndəliklərdən yerləşdiyi ölkənin qanunlarına hörmətlə yanaşmağı tələb edir.

    Qeyd edək ki, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Kanada, Almaniya, Fransa, Danimarka, Finlandiya, Niderland, İsveç, Norveç və Yeni Zelandiya olmaqla on ölkənin Ankaradakı səfirlərinin persona non-qrata elan edilməsilə bağlı XİN-ə göstəriş verib.

    Dövlət başçısının bu qərarının hüquq müdafiəçisi Osman Kavalanın məhkəmə prosesinə münasibətdə əcnəbi diplomatların sərgilədikləri mövqe ilə bağlı olduğu vurğulanıb.

  • Kürdəmirin Muğanlı kəndində nar yığımı başlayıb – VİDEO

    Kürdəmir rayonunun Muğanlı kəndində nar yığımına başlanılıb.

    Bununla bağlı görüntülər Baku TV-nin “Sözsüz” rubrikasında efirə gedib.

    Görüntüləri təqdim edirik:

  • Стоимость акций Facebook начала снижаться

    Акции Facebook на открытии торгов на Нью-Йоркской бирже дешевеют на фоне публикации новых расследований о проблемах компании.

    Стоимость акции Facebook в первые минуты снизилась на 1,18% (3,84 долларов США), передает Report со ссылкой на ТАСС.

    Однако в первые десять минут цена колебалась. Падение периодически корректируется в пределах 0,3 – 1,2%, единого тренда пока не сложилось.

    Позднее акции Facebook перешли к росту. Как свидетельствуют данные торговой площадки, к 10:08 рост составил 0,32% (1,05 долларов).

    В понедельник ряд мировых СМИ опубликовал новую серию расследований о проблемах в работе Facebook. По данным Associated Press, в составлении досье The Facebook Papers приняли участие 17 американских СМИ. Журналисты провели совместную работу, изучив тысячи страниц внутренних документов американской компании, которые оказались в распоряжении бывшей сотрудницы Facebook Фрэнсис Хауген.