Month: October 2021

  • Qubadlıda televiziya və radio yayımı təmin olundu

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

    Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.

    Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində səkkiz TV və bir radio proqramının yayımı bərpa edilib.

    Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.

    Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

  • В Ясамальском районе автомобиль сбил 42-летнего мужчину

    В Ясамальском районе города Баку произошло дорожно-транспортное происшествие, передает Report.

    Автомобиль сбил переходившего дорогу Азера Зейналова (1979 г.р.).

    Пострадавший был госпитализирован. Врачи диагностировали у него травмы различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Yasamalda 42 yaşlı kişini avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Zeynalov Azər Nəriman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев посетит Турцию

    Президент Азербайджана Ильхам Алиев 12 ноября совершит визит в Турцию.

    Об этом в Twitter сообщил посол Турецкой Республики в АР Джахит Багчи.

    Он отметил, что 26 октября два лидера встретятся в третий раз за год. Дипломат добавил, что ноябрьская встреча президентов Азербайджана и Турции в Стамбуле станет уже четвертой в этом году.

  • İlham Əliyev Türkiyəyə səfər edəcək

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı rəsmi “Twitter” hesabında məlumat verib.

    O, Azərbaycan və Türkiyə Prezidentlərinin 26 oktyabrda bir il ərzində üçüncü dəfə Qarabağda, dördüncü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklərini qeyd edib.

  • Liviyada içi pulla dolu helikopter stadiona düşdü

    Liviyada pul daşıyan şəxsi helikopter qəzaya uğrayıb.

    Nəqliyyat vasitəsi Tarhun şəhər stadionuna düşüb.

    Helikopterin ekipajı qəzadan sağ çıxmağı bacarıb.

    Hadisənin təfərrüatı barədə məlumat verilmir.

    Qəzanın səbəbləri araşdırılır.

  • Талибы будут платить пшеницей за работу

    Новые власти Афганистана запустили в Кабуле программу, по которой будут предоставлять работу, а платить за нее планируют пшеницей.

    Об этом сообщили в Управлении по делам общественных консультаций страны.

    В публикации отмечается, что основными направлениями работы в рамках программы станут управление поверхностными водными ресурсами в горах в окрестностях Кабула и предотвращение возможных затоплений в городе.

    Предполагается, что благодаря проекту, работу в столице Афганистана смогут получить около 40 000 человек. Всего во всей стране будет распределено более 65 000 тонн пшеницы, утверждается в публикации.

    По данным агентства, в церемонии запуска программы поучаствовали различные чиновники и сотрудники министерств в назначенном талибами временном правительстве Афганистана.

  • Əfqanıstanda məvaciblər buğda ilə ödəniləcək

    Əfqanıstandakı “Taliban” hökuməti yeni dövlət proqramını təqdim edib.

    Təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.

    Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə – buğda ilə ödəniləcək.

    Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.

  • Pikassonun əsərləri yüz milyon dollardan baha satılıb

    Kubizmin banisi Pablo Pikassonun 11 əsəri Las-Veqasdakı “Sotheby’s” hərrac evində satışa çıxarılıb.

    Rəsmlərə görə alıcılar tərəfindən toplam 108.9 milyon dollar ödənilib.

    Bu əsərlərin indiyədək “Bellagio” hotelindəki “Pikasso” restoranını bəzədiyi bildirilib.

    Mənbə: TASS

  • ABŞ-da kinooperatorun öldürüldüyü faciənin səbəbkarı açıqlanıb

    ABŞ mətbuatı “Rust” (Pas) filminin çəkilişləri zamanı məşhur aktyor Alek Bolduin tərəfindən operatorun öldürülməsilə bağlı insidentin səbəbkarını açıqlayıb.

    Məlum olub ki, həmin gün rekvizitlərə cavabdeh olan şəxs təhlükəli əmək şəraitinə görə tətil edib. Onunla birgə çəkiliş qrupunun daha altı üzvü tətilə qoşulub. Vəziyyətdən çıxış yolu kimi rekvizitorun yerinə müvəqqəti olaraq yeni bir əməkdaş tapılıb. Məhz adı açıqlanmayan bu şəxsin ilk iş saatlarında faciə yaşanıb.

    Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb, çəkilişlər isə dayandırılıb.