Month: October 2021

  • В Шабране владельца дома торжеств привлекли к ответственности

    Сотрудники Шабранского РОП выявили нарушения правил и требований карантинного режима во время свадебной церемонии, организованной в доме торжеств Çinar.

    Об этом сообщили в губинской региональной группе пресс-службы МВД.

    Так, на свадьбе присутствовало 175 гостей, что превысило установленный лимит.

    В отношении владельца объекта Ахмеда Шарифова, а также организатора торжества Анара Абдуллаева составлены протоколы по соответствующей статье Кодекса об административных проступках АР.

  • Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olunub

    Şabranda karantin qaydalarını pozan şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

    Aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Çinar” şadlıq sarayında təşkil edilən toy mərasimində 175 nəfərin iştirak etdiyi müəyyən olunub.

    Həmin obyektin sahibi Əhməd Şərifov və toy sahibi Anar Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

  • Azərbaycanda qadın 5 nəfərə qarşı 79 min manatlıq dələduzluq etdi

    Azərbaycanda dələduzluq edən qadın saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79 000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

  • Prezident və birinci xanım Qubadlı rayonunda səfərdə olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

    Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

  • Хафиз Гаджиев заразился коронавирусом

    Председатель партии “Современный Мусават” Хафиз Гаджиев заразился коронавирусом.

    Его сын рассказал АПА о состоянии здоровья отца.

    “Врачи отключили его от аппарата искусственной вентиляции легких. Надеемся, что ему станет лучше. Медики говорят, что он будет выписан из больницы к концу этой недели”, – сказал сын Х.Гаджиева.

    Х.Гаджиев с 17 октября находится в отделении интенсивной терапии Центрального таможенного госпиталя.

  • Hafiz Hacıyev koronavirusa yoluxub

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

    Hafiz Hacıyevin oğlu APA-ya açıqlamasında atasının vəziyyətindən danışıb.

    O bildirib ki, atasının vəziyyəti yaxşıdır və bu gün palataya köçürülməlidir:

    “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Artıq səhhəti yaxşıdır. Həkimlər bu həftəsonu atamı xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

    Qeyd edək ki, H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

  • Арестованный полковник объявил в СИЗО голодовку? – ЗАЯВЛЕНИЕ

    Пенитенциарная служба Министерства юстиции прокомментировала распространенную в азербайджанском сегменте Сети информацию об объявлении полковником запаса Ровшаном Бабаевым голодовки в Бакинском следственном изоляторе, где он содержится в связи с арестом по обвинению во взяточничестве.

    Как заявил Report начальник отдела службы по связям с общественностью Мехман Садыгов, данное сообщение не соответствует действительности.

    “Ровшан Бабаев не проводит никакой голодовки. Он нормально принимает пищу и пьет воду”, – сказал М.Садыгов.

    Р.Бабаев был задержан сотрудниками Главного управления по борьбе с коррупцией при генеральном прокуроре в апреле этого года.

    Следствие подтвердило подозрения в том, что в период с 8 ноября 2016 года по 8 мая 2019 года Ровшан Бабаев, работая начальником Сабунчинского районного управления Государственной службы по мобилизации и призыву на военную службу (ГСМПВС), вместе со старшим офицером отдела призыва на действительную военную службу Яшаром Гусейновым (в настоящее время начальник отдела Хазарского районного управления ГСМПВС) и другими должностными лицами получил взятки от 11 граждан в обмен на признание их негодными к военной службе.

    Р.Бабаеву и Я.Гусейнову предъявлены обвинения по статьям 341.2.1 (злоупотребление властью, превышение или бездействие власти, совершенные группой лиц), 341.2.3 (злоупотребление властью, превышение или бездействие власти, повлекшие тяжкие последствия), 311.3.1 (получение взятки группой лиц по предварительному сговору или организованной группой), 311.3.2 (неоднократное получение взятки) и 313 (служебный подлог) УК АР.

    В отношении Р.Бабаева судом избрана мера пресечения в виде ареста, в отношении Я.Гусейнова – отстранение от должности, а также передача под надзор полиции по решению следственного органа.

    Продолжаются следственные действия с целью выявления лиц, причастных к совершению вышеуказанных преступных деяний.

  • Həbsdə olan polkovnik aclıq aksiyası keçirir? – AÇIQLAMA

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rüşvətə görə həbs edilən ehtiyatda olan polkovnik Rövşən Babayevin saxlandığı təcridxanada aclıq aksiyası keçirməsi ilə bağlı iddialara münasibət bildirib.

    Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    “Rövşən Babayev heç bir aclıq aksiyası keçirmir. O, yemək yeyir, su da içir”, – deyə o vurğulayıb.

    Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi R.Babayevin Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi barədə məlumatlar yayılıb.

    Qeyd edək ki, R.Babayev bu ilin aprel ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaqla onun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (saxlanılan zaman SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi idi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

    R.Babayev və Y.Hüseynova Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən R.Babayev barəsində həbs, Y.Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • В центре Баку обнаружена граната

    На горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) АР поступила информация об обнаружении взрывоопасного предмета во время земляных работ на проспекте Зии Буниятова в Наримановском районе Баку.

    Об этом сообщила пресс-служба ведомства.

    В связи с этим на место происшествия незамедлительно прибыла группа пиротехников Службы спасения особого риска МЧС.

    В первую очередь совместно с сотрудниками правоохранительных органов в целях безопасности данная территория была огорожена, временно ограничен доступ на нее посторонних лиц.

    В ходе осмотра пиротехниками было установлено, что обнаруженный боеприпас оказался ручной гранатой Ф-1.

    Он был вывезен с территории и обезврежен.

    В ходе дополнительного осмотра на месте происшествия и его окрестностях никаких других опасных или подозрительных предметов обнаружено не было.

  • Bakının mərkəzində qumbara tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəsi olan əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

    İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

    Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

    Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.