Month: October 2021

  • Болдуин пришел на церемонию прощания со случайно застреленной кинооператором

    Актер Алек Болдуин посетил в пятницу закрытую церемонию прощания с оператором Галиной Хатчинс, которая накануне умерла от ранения, полученного в результате несчастного случая со стрельбой с его участием.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом в субботу сообщила газета New York Post.

    По ее сведениям, на церемонии в Санта-Фе (штат Нью-Мексико) помимо Болдуина присутствовали также муж и сын 42-летней Хатчинс, вместе с ними находились психотерапевты, специализирующиеся на помощи при утрате близкого человека.

    Открытая церемония прощания пройдет в субботу вечером по местному времени. Ее организацией занимается международная гильдия работников киноиндустрии, которая также собирает пожертвования для семьи погибшей.

  • Balduin filmin çəkilişləri zamanı həlak olan operatorun vida mərasimində iştirak edib

    Aktyor Alek Balduin film çəkilişlərindəki atışma səhnəsində aldığı xəsarətdən bir gün əvvəl dünyasını dəyişən operator Qalina Hatçinslə özəl vida mərasiminə qatılıb.

    Bu barədə “New York Post” məlumat yayıb.

    Santa Fe (şəhərində keçirilən mərasimdə Balduindən başqa, 42 yaşlı Hatçinsin əri və oğlu iştirak ediblər.

    Vida mərasimi mərhumun ailəsi üçün ianələr toplayan beynəlxalq kino işçiləri gildiyası tərəfindən təşkil edilir.

    Xatırladaq ki, oktyabrın 22-də ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.

  • Əməkdar artistin evi əlindən alınıb

    Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda “Onun sirri” proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb:

    “Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq. Çətinliklər var idi, evsizlik bizə zərbə vurdu. Bu mənzərələrdən keçmiş insan üçün danışmaq asan deyil. Bilərəkdən imza atdım, Allaha tapşırdım. İnsana pislik edən kim edər? Ona yaxın biri”.

    F.Qasımova “Uşaqların atasının ailəsi tərəfdən oldu” sualına “Yəqin ki… Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz… İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə” reaksiyasını verib.

  • Глава Минобороны Израиля вылетел с четырехдневным визитом в неназванную страну

    Министр обороны Израиля Бени Ганц вылетает в воскресенье с четырехдневным официальным визитом в неназванную страну, сообщает газета The Times of Israel.

    По данным издания, в центре внимания предстоящего визита будут вопросы безопасности. Газета отмечает, что название страны, которую посетит министр, будет названо лишь после его возвращения.

    Times of Israel указывает, что Ганц вернется из поездки во второй половине дня 28 октября.

  • Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

    Müdafiə Nazirliyi həftə ərzində həyata keçirilən fəaliyyətlə bağlı həftəlik icmal təqdim edib.

    Median.Az nazirliyə istinadən icmalı təqdim edir.

  • Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

    Somalinin Quriel şəhərində ölkənin silahlı qüvvələri ilə hökumətə qarşı mübarizə aparan “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər ölüb.

    “Report” xəbər verir ki, bu barədə yerli “Somali Guardian” nəşri məlumat yayıb.

    Məlumata görə, toqquşmalar zamanı 70-dən çox insan yaralanıb.

    “(Somalidəki toqquşmalar nəticəsində-red) Otuz nəfər həlak olub, yetmişdən çox insan yaralanıb. Somali silahlı qüvvələrinin nümayəndələrinin sözlərinə görə, ordu bir neçə nəfəri əsir götürə bilib”, – nəşr yazıb.

    Qeyd olunur ki, bir tərəfdən Somalinin ordu birləşməsi və Qalmuduq bölgəsinin silahlı qüvvələri, digər tərəfdən isə “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları Qurieldə döyüşlərdə iştirak edib, qarşıdurmalar ikinci gündür davam edir.

    Oktyabrın əvvəlində “Radio Dalsan”, “Əhli əs-Sünnə val Camaa”nın Somalinin mərkəzindəki iki şəhəri ələ keçirdiyini xəbər verib. Silahlılar Quriel və Dusamareb şəhərlərini nəzarətə götürüblər.

    Qeyd edək ki, Somalidə “Əhli əs-Sünnə val Camaa” yarımhərbi qruplaşması 1991-ci ildə yaradılıb. Qruplaşma “Aş Şabab” radikalları ilə əməkdaşlıq edir.

  • Rusiyada təyyarə qəzası: Ölənlər var

    Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

    Hadisə Moskva yaxınlığında yerləşən Ruza şəhərindəki “Aeroklassika” klubu ərazisində baş verib.

    “Aeroprakt A-22” təyyarəsi yerə çırpıldıqdan sonra alışaraq yanıb.

    İnsident nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan iki nəfər ölüb.

    Faciəyə səbəb yandan əsən güclü külək olub.

  • Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

    Gürcüstan-Ermənistan sərhədində 4,4 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

    Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:04-də qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.

  • DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini AÇIQLADI

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.

    İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

    Namizəd sertifikatı əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

    – ali təhsil haqqında sənədin surəti;

    – əmək kitabçasının surəti (olduğu halda).

    Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

    İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

    İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

  • Ağstafada 16 yaşlı gənc bıçaqlanıb

    Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

    O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.