Month: October 2021

  • “Yuventus”un ulduz futbolçusunun evi qarət olunub


    İtaliya “Yuventus”unun futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

    “Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, oğrular birinci mərtəbədəki pəncərəni sındıraraq içəri daxil olublar.

    Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını bassa da, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərək qaça biliblər. Onlar argentinalı hücumçunun bahalı saat kolleksiyasını da oğurlayıblar.

    Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.

  • Bakıda nəzarətsiz qalan azyaşlını FHN xilas edib

    Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanındakı yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə zəng edərək köməklik göstərilməsini xahiş ediblər.

    Bu barədə “Report” FHN-ə istinadən məlumat verir.

    İlk zəngdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Vətəndaşların ayıq-sayıqlığı, xilasedicilərin çevik və peşəkar müdaxiləsi sayəsində azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

    Fövqəladə Hallar Nazirliyi qeyd olunan hadisədə ayıq-sayıq davranaraq “112” qaynar telefon xəttinə zəng edən vətəndaşlara təşəkkür edir.

  • Вниманию пользователей WhatsApp: Скоро появится новая функция – ФОТО

    WhatsApp готовится запустить новую функцию под названием “Картинка в картинке”.

    Отмечается, что благодаря этой функции видео, а также воспроизведения на YouTube, можно будет просматривать как на переднем плане, так и в фоновом режиме. Таким образом, во время просмотра видео можно будет одновременно вести переписку.

    Новая функция отнюдь не единственное новшество, есть и другие, однако пока о них не сообщается.

  • “WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Yeni funksiya gəlir – FOTO

    “WhatsApp” “Təsvir içində təsvir” adlı yeni funksiyasını işə salmağa hazırlaşır.

    Bu barədə “Haber Global” məlumat verib.

    Bildirilir ki, yeni funksiya sayəsində videolar, həmçinin “YouTube” görüntüləri ön və ya arxa planda davam edə biləcək. Beləliklə, videoya baxarkən eyni zamanda ismarış da yazmaq mümkün olacaq.

    Məlumata görə, “Təsvir içində təsvir”in başqa xüsusiyyətləri də olacaq. Ancaq onlar barədə hələlik məlumat verilməyib.

  • Оштрафован владелец дома торжеств, нарушивший правила карантина

    В Геранбое возбуждено уголовное дело в отношении руководства дома торжеств, нарушившего правила карантина.

    Как сообщили в Гянджинской региональной группе пресс-службы МВД, в результате мер, осуществленных сотрудниками Геранбойского РОП несколько дней назад, были выявлены нарушения правил и требований карантинного режима во время свадебной церемонии на территории района.

    Так, в ходе проверок было установлено, что в портал icaze.e-gov.az была введена неверная информация о свадебном торжестве, проводимом в ресторане Gülüstan.

    Владелец объекта был оштрафован на сумму в 4 000 манатов по соответствующей статье Кодекса об административных правонарушениях АР.

    Во время повторного мониторинга в ресторане сотрудники полиции выявили аналогичные нарушения.

    В отношении администратора дома торжеств Валеха Гаджиева возбуждено уголовное дело по статье 139.1 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) УК АР.

    По данному факту продолжается расследование.

  • Qaydaları pozan şadlıq sarayının rəhbəri cərimələndi, inzibatçıya cinayət işi açıldı

    Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyinə cinayəti işi açılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bir neçə gün öncə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

    Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı “icaze.e-gov.az” portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

    Rayon Polis Şöbəsinin əməkdaşları ikinci dəfə həmin restoranda monitorinq aparan zaman anoloji hadisəsinin təkrarlanmasını aşkar edib.

    Restoran inzibatçısı Valeh Hacıyev barəsində Cinayət Məcəlləsinin 139.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə cinayət işi başlanıb.

    Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir – VİDEO

    Xüsusi təyinatlı hərbi hissə və bölmələrin 14 oktyabr gecədən başlayan taktiki-xüsusi təlimi çətin keçidli dağ və qayalıq ərazilərdə gecə şəraitində davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlim müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən həyata keçirilir.

  • Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı – VİDEO

    Türkiyədə beş il əvvəl itkin düşən DJ Gezginin (Mehmet Karahan) bacısı Fatma Karadağ onun ölümü ilə bağlı qəribə etiraflar edib.

    A TV kanalında Müge Anlının proqramında danışan qadın qardaşını sevgilisi Camal Durmazın öldürdüyünü demişdi.

    O bildirb ki, sevgilisi onun qardaşını döyərək çənəsini sındırıb və bu səbəbdən mərhum günlərlə yemək yeyə bilməyib.

    “Öləndən sonra günlərlə qardaşımın cəsədi ilə bir evdə qaldıq. C.Durmaz cəsədi tualetdə oturtdurdu. Hər səhər qardaşımın cansız bədənini çiçəkləri suladığımız kimi sulayırdıq. İy gəlməsin deyə ətir də vururduq”, – Fatma Karadağ gülərək deyib.

    Onun belə reaksiyası auditoriya tərəfindən təəccüb və qınaqla qarşılanıb.

  • В Баку в спортзале скончался спортсмен – ОБНОВЛЕНО + ФОТО

    Стала известна причина смерти фитнес-тренера в одном из спортзалов Баку.

    Как заявил oxu.az владелец заведения Джейхун Велиев, тело спортсмена было обнаружено сегодня около 13:00 в комнате для отдыха.

    “Теймур Мамедрзаев с рождения страдал от эпилепсии. Согласно заключению экспертизы, он умер в результате приступа этого заболевания”.

    Он также отметил, что Т.Мамедрзаев готовился к соревнованиям.

    ***

    В Баку скончался фитнес-тренер.

    Теймур Мамедрзаев (1991 г.р.) умер в одном из спортзалов, где тренировался сегодня около полудня.

    По предварительной информации, спортсмен готовился к соревнованиям.

    Причина его смерти пока не известна.

  • Bakıda idmançı zalda ölü tapıldı – YENİLƏNİB + FOTO

    Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

    Zalın sahibi Ceyhun Vəliyev oxu.az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

    “Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib”.

    O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.

    ***

    Bakıda fitnes məşqçisi vəfat edib.

    Oxu.az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

    İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

    Onun ölüm səbəbi hələlik məlum deyil.