Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, hadisə parkda qeydə alınıb.
İlkin məlumata görə, bir nəfər bıçaqlanıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Умер народный артист Азербайджана Джанали Акберов.
Об этом заявил его сын Сабир Акберов.
Два дня назад у него случился инсульт. В прошлом году здоровье Джанали Акбарова ухудшилось. Он страдал диабетом. 21 октября народный артист впал в кому.
Отметим, что Дж.Акберов родился 10 марта 1940 года в Лянкаранском районе.
В марте 2020 года Президент Ильхам Алиев наградил Джанали Акберова Орденом “Эмек” I степени за многолетнюю плодотворную деятельность в развитии азербайджанской культуры.
Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.
Bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.
Xalq artisti sabah dəfn olunacaq.
Qeyd edək ki, o, iki gün əvvəl insult keçirmişdi. Canəli Əkbərov səhhəti ötən il ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkirdi. Xanəndə oktyabrın 21-də komaya düşüb.
Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qaydalarını mənimsəyib, bununla da ifaçılıq qabiliyyətini təkmilləşdirib.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaradıb. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə edib. Canəli Əkbərov muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışıb.
Prezident İlham Əliyev 2020-ci ilin martında Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Əkbərovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Allah rəhmət eləsin!

Qarabağ artıq geniş tikinti meydançasına çevrilib. Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir
Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu rayon müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir: “Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək”.
A.Hüseynov deyib ki, Zəngilan hava limanının da böyük strateji əhəmiyyəti var: “Bu hava limanının əsası cəmi bir neçə ay əvvəl qoyulub, ancaq bu müddətdə xeyli işlər görülüb. Gələn il istifadəyə veriləcək hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək.
Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımı infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək. Burada siyasi faktora da diqqət yetirmək lazımdır. Hava limanları Ermənistanla və İranla sərhəd bölgələrdə yerləşir, bunun hərbi-psixoloji mənasını da xüsusi qeyd etmək lazımdır”.

Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Vestas tərəfindən inşa edilən yeni külək generatoru Avropanın ən böyük göydələnləri ilə müqayisə edilə biləcək boyda – 280 metr hündürlüyə malik olacaqdır.
Bir çox göstəriciləri ilə rekord qıran bu külək turbini Danimarkanın Osterild Yaşıl Enerji Test Mərkəzində quraşdırılacaq. Planlara görə, turbinin quraşdırılması 2022-ci ilin ikinci yarısına qədər başa çatacaq, qurğudan ilk elektrik enerjisinin isə həmin ilin dördüncü rübündə alınması gözlənilir. Vestas yeni turbinin göstəriciləri haqqında danışarkən bildirib ki, hər birinin uzunluğu 115,5 metr üç qanada sahib olacaq qurğuda rotorun diametri təxminən iki futbol meydanı ölçüsü qədər – 236 metr təşkil edəcək.
Qələcəkdə nəhəng külək türbininin hər il 80 giqavat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da 20 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. İstehsalçı şirkət nümayəndələrinin fikrincə, belə böyük bir turbinin prototipinin quraşdırılması qlobal külək enerjisi sənayesində texnoloji yenilik və miqyas baxımından inkişafa səbəb olacaq.
Qeyd edək ki, Danimarka alternativ enerjinin istifadəsində daha əvvəl başlayan ölkə kimi, hazırda bu sahədə dünya liderlərindən biri olması ilə tanınır. 2020 -ci ildə külək və günəş enerjisi birlikdə Danimarkanın elektrik istehsalının yarıdan çoxunu təmin edib. Krallıq 2035-ci ilə qədər bu payı 84 faizə çatdırmağı qarşısına məqsəd qoyub.

Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə işçilərinin koronavirusdan qorunması üçün daha çox səy göstərməyin lazım olduğunu bildirib.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, ÜST pandemiyanın əvvəlindən bu günə qədər tibb işçilərinin qarşılaşdığı riskin ölçüsünü qiymətləndirib.
Açıqlamada bildirilib ki, keçən ildən bəri tibb işçiləri yalnız COVID-19 səbəbilə deyil, həm də iş yüklərinin artması nəticəsində həddən artıq psixoloji gərginlik, stress səbəbindən xroniki yorğunluqdan əziyyət çəkir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin may ayına qədər dünyada 80-180 min tibb işçisi COVID-19 səbəbilə həyatını itirib.
ÜST üzv ölkələri bu müddət ərzində koronavirusa yoluxmuş xəstələrlə işləyən həkimlərin sağlamlıq vəziyyətini daim nəzarətdə saxlamağa çağırıb. (publika.az)

Yevlaxda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndində baş verib.
Belə ki, VAZ 21011 markalı minik avtomobili VAZ 21-07 markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar 1982-ci il təvəllüdlü Günay Rəhimova, 1976-cı il təvəllüdlü Xumar Zeynalova, 1946-cı il təvəllüdlü Əsli Eyvazova, 1969-cu ilə təvəllüdlü Yaqub Əhmədov və 1965-ci il təvəllüdlü Qədir Qədirovdur.
Faktla bağlı araşdırma aparılır.

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Бывший владелец Черкизовского рынка азербайджанского происхождения Тельман Исмаилов получил убежище в Черногории.
Как передает Report со ссылкой на издание Vijesti, об этом заявил адвокат бизнесмена Милош Вуксанович.
По словам юриста, его подзащитный был выпущен из экстрадиционного изолятора, поскольку получил убежище в Черногории.
Ранее Россия сделала запрос Черногории об экстрадиции Исмаилова. В РФ предприниматель заочно арестован и проходит обвиняемым по уголовному дело об убийстве.
До этого сообщалось, что черногорские власти задержали Исмаилова после подачи прошения о политическом убежище.
О задержании экс-директора Черкизовского рынка Тельмана Исмаилова стало известно вечером 1 октября. По предварительной информации, он обвиняется в организации убийства двух предпринимателей. Обвинение Исмаилову было предъявлено 11 ноября 2017 года, розыск азербайджанского бизнесмена велся по линии Интерпола. Черногорские власти задержали Исмаилова после подачи прошения о политическом убежище.
Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq alıb.
“Report” xəbər verir ki, bu barədə “Viesti” portalı biznesmenin vəkili Miloş Vuksanoviçə istinadən məlumat yayıb.
Vəkil bildirib ki, İsmayılovun sığınacaq alması ilə həbsxanada saxlanılması üçün əsaslar yox olub. Miloş Vuksanoviçin sözlərinə görə, biznesmen cəzaçəkmə müəssisəsindən azad edilib.
Daha əvvəl T.İsmayılovun digər vəkili Marina Rusakova bildirib ki, onun müvəkkili ekstradisiya izolyatorundan buraxılıb, çünki Monteneqroda siyasi sığınacaq alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.
T.İsmayılovun vəkili bildirmişdi ki, onun müvəkkili ittihamların heç birindən özünü təqsirkar bilmir: “Telman saxlanılarkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Buna görə də onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar qəbul olunacaq”.
Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.