Month: October 2021

  • Daha bir idmançımız Dünya Çempionu oldu

    İdmançı Anar Məmmədov İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionu oldu.

    Bu barədə məlumatı onun müəllimi Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov paylaşıb.

    O bildirib ki, Anar 57 kiloqram çəki dərəcəsində döyüşüb.

    Qeyd edək ki, ötən gün 63 kiloqram çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız Eduard Məmmədov İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.

    Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.

  • Qrip və kovidə qarşı bir vaksin hazırlanır – Korfluvek

    Rusiyada qrip üzrə elmi-tədqiqat institutunda Korfluvek adlı ikisi birində vaksin üzərində təcrübə gedir.

    Median.Az xəbər verir ki, Peterburqda beynəlxalq forunda qurumun direktoru Darya Danilenko preparatın üstünlüyünü açıqlayıb.

    Bu valsin eyni vaxtda qrip və koronavirusun bir neçə ştammından qoruyacaq.

    Vaksinin klinik tədqiqatı artıq yekunlaşmaq üzrədir.

    İkisi birində vaksin gələn il qeydə alınacaq.

    Vaksin çarpaz immunitet formalaşdırmağa qadirdir. /medicina.az

  • Avropanın ən borclu dövlətləri məlum oldu

    Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.

    Məlum olub ki, hazırda İttifaq üzvləri arasında dövlət borcu ÜDM-ə nisbətdə ən yüksək olan ölkə Yunanıstandır. Hazırda Balkan ölkəsinin borcları ölkənin ümumi istehsalını 207.2% üstələyir.

    Bu göstərici üzrə növbəti yerləri İtaliya (156.3%), Portuqaliya (135.4%), İspaniya (122.8%) və Fransa (114.6%) tutur.

    ÜDM-ə nisbətdə ən az borcu olan Aİ ölkələri isə Estoniya (19.6%), Bolqarıstan (24.7%) və Lüksemburqdur (26.2%).

    Mənbə: “Avrostat”

  • Bill Qeyts Türkiyədəki super yaxtada istirahət etdi – FOTO

    Oktyabrın 22-i səhər saatlarında “Microsoft”un qurucusu kimi tanınan multimilyarder Bill Qeyts Türkiyənin Quşadası körfəzi sahillərindəki yaxtada görünüb.

    Kayman adaları bayrağı altında üzən “Lana” adlı gəminin həftəlik kirayə haqqının 1.8 milyon avro olduğu bildirilib.

    Super yaxtanın uzunluğu 107, eni isə 16 metrdir.

    Yaxtanı Geytsin mühafizəsinin yerləşdiyi “Wayfinder” katamaranı müşayət edib.

    Günorta saatlarında dünyanın ən varlı insanlarından olan iş adamı xüsusi helikopterlə İzmirə yollanıb və Müqəddəs Məryəm kilsəsi ilə antik Efes şəhərini ziyarət edib.

    Mənbə: “Haber Global”

  • Avropanın ən borclu dövlətləri məlum oldu

    Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.

    Məlum olub ki, hazırda İttifaq üzvləri arasında dövlət borcu ÜDM-ə nisbətdə ən yüksək olan ölkə Yunanıstandır. Hazırda Balkan ölkəsinin borcları ölkənin ümumi istehsalını 207.2% üstələyir.

    Bu göstərici üzrə növbəti yerləri İtaliya (156.3%), Portuqaliya (135.4%), İspaniya (122.8%) və Fransa (114.6%) tutur.

    ÜDM-ə nisbətdə ən az borcu olan Aİ ölkələri isə Estoniya (19.6%), Bolqarıstan (24.7%) və Lüksemburqdur (26.2%).

  • ООН приостанавливает гуманитарные рейсы в город Мэкэле

    Организация Объединенных Наций приостанавливает свои гуманитарные рейсы в город Мэкэле в эфиопском штате Тыграй.

    Как передает Report со ссылкой на ТАСС, об этом сообщил официальный представитель генсека ООН Стефан Дюжаррик.

    “Все рейсы Службы гуманитарных воздушных перевозок ООН в Мэкэле приостановлены до последующего уведомления”, – сказал он.

    ООН прекратила полеты в Мэкэле после того, как во время прибытия самолета с гуманитарной помощью в пятницу произошел авиаудар, сообщил представитель организации.

    Гуманитарный рейс ООН в пятницу вынужден был отказаться от посадки в административном центре эфиопского региона Тыграй – Мэкэле из-за авиадуаров военных Эфиопии, при обстреле на земле пострадали более 10 мирных жителей.

  • BMT Efiopiyaya humanitar reysləri dayandırıb

    BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

    Onun məlumatına görə, təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.

    Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırıldığını qeyd edib.

    Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə eniş etməkdən imtina edib.

    Həmin hava zərbələri nəticəsində 10-dan çox mülki şəxs yaralanıb.

  • В войсках специального назначения продолжаются тактические учения – ВИДЕО

    Стартовавшие 14 октября тактические учения военных частей и подразделений войск специального назначения продолжаются в сложных горных условиях.

    Об этом сообщает Минобороны Азербайджана.

    Отмечается, что учения осуществляются на основании плана по боевой подготовке на 2021 год, утвержденного министром обороны.

  • Siyəzəndə bıçaqlanma olub, xəsarət alan var

    Siyəzəndə gənc tanışı tərəfindən bıçaqlanıb.

    “Report”un Şimal bürosunun xəbərinə görə, gecə saatlarında rayon sakini, 2006-cı il təvəllüdlü Aslan Elşən oğlu Novruzov aralarında yaranmış münaqişə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb.

    Qarın nayihəsindən bıçaq xəsarəti alan A.Novruzov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Hadisəni törədənin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

    Faktla bağlı araşdırma başlanılıb.

  • Türkiyə hərbçiləri PKK-nın daha 6 terrorçusunu zərərsizləşdirib

    Türkiyə Silahlı Qüvvələri “Barış Pinarı” əməliyyat zonasında 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.