Month: October 2021

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    WTI markalı neftin noyabr fyuçersləri 0,40 % ucuzlaşaraq, bir bareli 82,17 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin dekabr fyuçersləri 0,48 % ucuzlaşaraq, bir bareli 84,20 ABŞ dolları olub.

    Mənbə: “Bloomberg”

  • В Баку задержан подозреваемый в удушении своей жены проволокой

    21 октября, около 19:00, в прокуратуру Гарадагского района Баку поступила информация об убийстве жительницы поселка Сахиль Алии Мамедовой (1990 г.р.) в ее собственном доме.

    Об этом сообщили в надзорном органе.

    У следствия возникли обоснованные подозрения в том, что женщину на почве личного конфликта убил муж Вилаят Мамедов (1985 г.р.), задушив ее проволокой.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    В.Мамедов задержан в качестве подозреваемого.

    Следствие продолжается.

  • Bakıda kişi arvadını məftillə boğdu

    Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Агджабединском районе автомобиль сбил подростка

    В селе Ходжавенд Агджабединского района произошло ДТП, в результате которого пострадала девочка-подросток.

    Махмар Джафарову (2010 г.р.) сбил автомобиль перед ее домом, когда она пыталась перейти дорогу.

    Ее госпитализировали в одну из больниц города Баку.

    По данному факту ведется расследование.

  • Ağcabədidə yeniyetməni avtomobil vurdu

    Ağcabədidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cəfərova Məxmər Rəsul qızını yaşadığı evin qarşısında vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Çində restoranda güclü partlayış, ətraf xarabalığa döndü – VİDEO

    Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərində yerləşən restoranların birində güclü partlayış baş verib.

    Hadisə yerli vaxtla səhər saatlarında baş verib.

    İlkin məlumata əsasən, partlayış nəticəsində üç nəfər ölüb, 33 nəfər xəsarət alıb.

    İlkin məlumata görə, partlayış qaz sızması səbəbi ilə baş verib.

  • Cənubi Koreya ilk milli raketdaşıyıcısı “Nuri”nin buraxılışını həyata keçirdi

    Cənubi Koreyada – ölkənin ilk milli raketdaşıyıcısının buraxılışı həyata keçirilib.

    “Nuri” adı verilən raketdaşıyıcının buraxılışı paytaxt Seuldan 470 kilometr məsafədəki Naro kosmodromundan edilib.

    200 tonluq raketdaşıyıcısının hazırlanmasına 2010-cu ildən başlanılıb. Onun hazırlanmasına 1,8 milyard dollar vəsait xərclənib.

  • В Баку автомобиль сбил 10-летнего ребенка

    В Баку произошло ДТП, в результате которого пострадал ребенок.

    Как сообщает Report, инцидент зарегистрирован в Хатаинском районе столицы.

    На улице И.Исмайылова автомобиль сбил переходившего дорогу Айхана Дадашлы (2011 г.р.). Пострадавший был госпитализирован в больницу бригадой врачей скорой медицинской помощи.

    В настоящее время расследуются подробности происшествия.

  • Bakıda 10 yaşlı uşağı avtomobil vurub

    Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. İ.İsmayılov küçəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Dadaşlı Ayxan Ceyhun oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • ÜST dünya üzrə koronavirusdan ölən tibb işçilərinin sayını açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları pandemiya zamanı tibbi personalın mühafizəsini gücləndirmək barədə dünya ölkələrinə çağırış edib.

    Bəyanatda təkcə 2020-ci ilin yanvar və 2021-ci ilin may ayları aralığında 180 minədək tibb işçisinin koronavirusun qurbanı olduğu bildirilib.

    ÜST bu rəqəmləri nəzərə alaraq, tezliklə ölkə rəhbərlərindən tibb əməkdaşlarının daha yaxşı qorunması üçün konkret addımların atılmasını gözlədiyini bəyan edib.

    Sənəddə həmçinin, son zamanlar “ağ xalatlılar” arasında COVID ölümlərinin azaldığı da qeyd edilib.