Month: October 2021

  • Список освобожденных 22 октября 2020 года территорий

    27 сентября прошлого года азербайджанская армия начала контрнаступательную операцию по освобождению наших земель от армянской оккупации.

    Особое значение в сражениях того времени имеет дата 22 октября. В этот день от вражеской оккупации была освобождена значительная часть территорий.

    Представляем вам список деоккупированных земель:

    – села Моллавели, Юхары Рефединли, Ашагы Рефединли Физулинского района;

    – села Сирик, Шыхлар, Масталибейли, Дерзили Джебраильского района;

    – села Коллугышлаг, Малаткешин, Кенд Зангилан, Генлик, Велигулубейли, Гарадере, Чепедере, Татар, Тири, Амирханлы, Гаргулу, Бартаз, Деллекли и поселок Агбенд Зангиланского района.

  • Bir il bundan öncə işğaldan azad edilən ərazilər – SİYAHI

    2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam etdi. Bu müddətdə Azərbaycan Ordusu irəlilədi və bir addım da geri çəkilmədi.

    Müharibənin tarixində 22 oktyabrın da xüsusi çəkisi var idi. Həmin tarixdə xeyli ərazi işğaldan azad edilib.

    Median.Az bir il bundan əvvəl işğaldan azad edilən əraziləri təqdim edir:

    Füzuli rayonu üzrə: Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri;

    Cəbrayıl rayonu üzrə: Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri;

    Zəngilan rayonu üzrə: Kolluqışlaq, Malatkeşin, Zəngilan (kənd), Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi.

  • Maaşların nə qədər artacağı ilə bağlı YENİ AÇIQLAMA – VİDEO

    “Sosial paket dövlət büdcəsindən maliyyələşən vətəndaşların əməkhaqlarının artırılmasına xidmət edəcək. Əməkhaqqı və pensiyalar sektordan asılı olaraq 20-40 faiz arasında artırılacaq. Burada artım olaraq kifayət qədər böyük rəqəmlə ifadə olunacaq artımlardan söhbət gedir”.

    Bu sözləri millət vəkili Vüqar Bayramov “ARB24″də yayımlanan “İş vaxtı” verlişində bildirib.

    Deputat əlavə edib ki, orta aylıq əməkhaqqının və pensiyaların artması ilə sosial proqramlara ayrılan vəsaitin həcmini artrımış olacaq.

  • DYP-dən polisin “Saxla” əmrinə tabe olmayanlara XƏBƏRDARLIQ

    Bakı Şəhər Dövlət Yol Polisi paytaxtda polisin “Saxla” əmrinə – işarəsinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.

    Bu barədə AZXEBER.COM-a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

    Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:

    “Bu cür vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.”.

    “Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisələrdən qoruyur”, – deyə idarə rəsmisi qeyd edib.

    Xatırladaq ki, ötən gün Bakıda “Volkswagen” markalı 99-RP-760 dövlət nömrə nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü Bakı şəhər, Səbail rayon sakini Nihat Arif oğlu Sadiqov Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün ona yol polisi tərəfindən “Saxla” əmri verilib. Sürücü isə DYP əməkdaşının qanuni tələbinə tabe olmayıb. O, Səməd Vurğun-Neftçilər prospekti boyunca Azneft dairəsinə qədər əks istiqamətli yol zolağına çıxmaqla hərəkətini davam etdirib. Yol boyu hərəkət edərkən işıqforun qırmızı işığında hərəkətini davam etdirib, digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb. Sürücü 20 sutkalıq həbs edilib.

  • Hikmət Hacıyev: “Türk Şurasının sammitində çox önəmli qərarların qəbul edilməsi gözlənilir”

    “Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”.

    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda çıxışı zamanı deyib.

    “Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”, – Prezidentin köməkçisi vurğulayıb.

  • Bir il COVID-19-dan qoruyan “Anticism Kokteyli”

    Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərdən biri “AstraZeneca” COVID-19 qarşı “AZD7442” adlı “Anticism Kokteyli” hazırlayıb.

    Sözügedən dərmanın ağır xəstəliklərə və ölümə qarşı təsirli olduğu vurğulanır.

    Test mərhələsində olan “AZD7442” əzələyə ineksiya edilir. O, COVID-19-dan 12 aya qədər qoruma qabiliyyətinə malikdir.

    Şirkətdən verilən açıqlamada qeyd edilir ki, xəstəxanaya yerləşdirilmədən yeddi gün və ya daha az müddət sonra simptomlar göstərən xəstələrdə dərman ağır xəstəlik və ölüm riskini 50 faiz azaldır.

    Daha əvvəl testin 3-cü mərhələsində olan “Molnupiravir” adlı həb şəklində dərmanın ağır koronavirus xəstələrinin xəstəxanaya yerləşdirmə və ölüm riskini demək olar ki, aradan qaldırdığı bildirilib.

  • Перевозивший ФК “Кайрат” из Баку самолет в аэропорту Алматы столкнулся с машиной – ВИДЕО

    Самолет столкнулся с машиной в аэропорту Алматы в Казахстане. Фото и видео инцидента появились в Сети.

    Как сообщили в департаменте полиции на транспорте, ЧП произошло 22 октября.

    По данным, воздушное судно авиакомпании FlyJet, на борту которого находились футболисты и тренерский штаб алматинского “Кайрата”, столкнулся с автомобилем Renault.

    Этим рейсом команда возвращалась из Баку, где проходила встреча группового этапа Лиги конференций против “Карабаха”. Обстоятельства инцидента выясняются. После столкновения пассажиры провели более часа в самолете, ожидая аварийной эвакуации.

    По данному факту уже начато досудебное расследование по части 1 статьи 344 УК Казахстана (“нарушение правил безопасности движения и эксплуатации воздушного транспорта”).

    “В настоящее время по делу проводятся необходимые следственные действия. Иная информация не подлежит разглашению в интересах следствия в соответствии с требованиями статьи 201 Уголовно-процессуального кодекса РК”, – добавили в департаменте.

    В международном аэропорту Алматы подтвердили факт столкновения. Как выяснилось, самолет принадлежит компании FlyJet.kz, он вылетел из Баку и приземлился в Алматы сегодня в 06:43 (08:43 по бакинскому времени – ред.).

    “На пересечении рулежного маршрута К и автомобильной дороги на траверзе, место стоянки 14, произошло столкновение воздушного судна с автомобилем одной из служб аэропорта. Пострадавших нет. Ведется расследование”, – сообщили в аэропорту.

  • “Kayrat”ı Bakıdan aparan təyyarə qəzaya düşdü – VİDEO

    Almatı hava limanında sərnişin təyyarəsi minik avtomobili ilə toqquşub.

    Sosial şəbəkələrdə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verən insidentin videosu yayılıb.

    Görüntülərdə avtomobilin təyyarə ilə toqquşaraq onun qanadının altında qaldığı əks olunub.

    Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirir.

    Sports.ru saytının yaydığı məlumata görə, qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə aparırmış.

    Qeyd edək ki, “Kayrat” futbol klubu dünən UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşmada “Qarabağ”a 1:2 hesabı ilə uduzub.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 20-dək məktəb bağlanıb – RƏSMİ

    Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən isə 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

    Bu barədə Təhsil və Səhiyyə Nazirlikləri birgə məlumat yayıb.

    Qeyd olunub ki, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: “Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3 477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1 755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib”.

    Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

    Koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər iki doza vaksin olunmuş müəllimləri ikinci dozadan altı ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.

    Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

    Xatırladaq ki, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər iki doza vaksin olunub.

    Müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.

  • Koronavirus xəstəsi yas mərasimində SAXLANILDI

    Salyanda evi tərk edən COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

    Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

    Polis şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

    Faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.