Month: October 2021

  • Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin ildönümüdür

    Azərbaycan Ordusunun Zəngilan rayonunun Ağbənd qəsəbəsini işğaldan azad etməsindən 1 il ötür.

    APA-nın məlumatına görə, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan əks-hücumla qıza müddətdə xeyli ərazini və yaşayış məntəqəsini erməni işğalından xilas edib.

    Araz çayı boyu da uğurlu əməliyyatlar keçirilib, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilərək, ağır məğlubiyyətə uğradılıb, geri çəkilməyə məcbur edilib.
    Əks-hücum əməliyyatlarının 26-cı günü – 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla Azərbaycanın İranla 132 km-lik sərhəd ərazisi işğalçılardan tamamilə təmizlənib.
    Oktyabrın 22-də Azərbaycan Ordusu daha 20 yaşayış məntəqəsini – Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz və Dəlləkli kəndlərini də işğaldan azad edib.
    Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin mühüm siyasi və hərbi əhəmiyyəti var. Ağbəndin işğaldan azad edilməsi ilə Azərbaycan 30 ildən sonra İranla sərhədini tam bərpa edərək nəzarətə götürməklə yanaşı, cənub-qərb istiqamətində Ermənistanla sərhədə çıxıb. Ermənistan bununla hərbi və psixoloji cəhətdən növbəti zərbəni alıb.
    Ağbənd qələbəsi 44 günlük müharibənin sonrakı gedişində mühüm rol oynayıb. Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin bir neçə istiqamətdən zərbələrinə tab gətirməyərək, əraziləri boşaltmaq, sərhədlərinə doğru geri çəkilmək məcburiyyətində qalıb.

  • В МВД России раскрыли подробности о едином документе для мигрантов

    Заместитель начальника Главного управления по вопросам миграции МВД России Кирилл Адзинов раскрыл подробности о едином документе для мигрантов.

    “Такой документ будет содержать электронный носитель (чип) с персональными, в том числе биометрическими данными гостя, а также информацию о его действующем статусе, выданной ему визе, сроке ее действия и другие сведения”, – рассказал он.

    По словам представителя МВД, введение единого документа для приезжих предусматривает законопроект ведомства в сфере миграции.

    По данным МВД, наличие такой ID-карты упростит для мигрантов получение доступа к сервисам государственных услуг. Также станет легче подтверждать законность их нахождения на территории России.

    Ранее МВД предложило изменить порядок пребывания иностранцев и ввести три миграционных режима: краткосрочное пребывание, долгосрочное пребывание и постоянное проживание. По словам первого заместителя министра внутренних дел Александра Горового, режим долгосрочного пребывания предполагает проживание иностранца в стране более 90 дней в течение полугода, а краткосрочного – до 90 дней. Право на постоянное проживание предполагает получение вида на жительство, а также возможность приобретения гражданства.

    Источник: “Российская газета”

  • Rusiyaya gedənlərin nəzərinə: Miqrantlarla bağlı vahid sənədin təfərrüatları açıqlanıb

    Miqrantlar üçün vahid sənəddə əcnəbinin şəxsi məlumatlarını əks etdirən çip olacaq.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov açıqlayıb.

    “Belə bir sənəddə qonağın biometrik məlumatları, habelə hazırkı statusu, ona verilən viza, etibarlılıq müddəti kimi şəxsi məlumatlarının olduğu elektron daşıyıcı (çip) olacaq”, – deyə Adzinov bildirib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ID kartının olması miqrantların dövlət xidmətlərinə çıxışını asanlaşdıracaq. Bu həmçinin onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini də asanlaşdıracaq.

    Mənbə: “Rossiyskaya qazeta”

  • Ərdoğanın Azərbaycan səfəri proqramı açıqlandı – VİDEO

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

    Dövlət başçısı “Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.

    Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini qeyd edib.

    Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, orada salınımış yeni infrastrukturla tanış olacaq. Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.

    Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açıqlamsı istiqamətində işlərin davam etdiyini vurğulayıb.

    İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib.

  • Qurban Qurbanov: “Əzmkarlıq hesabına qələbə qazandıq”

    “Furbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdır. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.

    “Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Qazaxıstanın “Kayrat” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyirdirib: “Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.

    Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: “Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda bizim futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xəttdəki oyunçulardan çox şey asılıdır”.

    Təcrübəli baş məşqçi görüş ərzində səbrli olduqlarını sözlərinə ələvə edib: “Mən oyunçulara da deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlarda da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq”.

    Mütəxəssis Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: “İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq”.

    Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: “Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər”.

  • Putin Qarabağla bağlı açıqlama verdi

    Ümumiyyətlə, Qarabağda vəziyyəti qoruyub saxlamaq alınır, həmişə insidentlərdən qaçmaq olmur və bu qədər illik qarşıdurmadan sonra idealist mənzərəni təsəvvür etmək çətindir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, əsas məqsəd təhlükəsiz birgə yaşayışı və iqtisadi inkişafa şərait yaratmaqdır: “İndi ən vacibi sərhəddəki vəziyyəti tamamilə nizamlamaqdır”.

  • Putin Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarması qərarından danışıb

    Amerika lideri Cozef Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarı düzgündür.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putin beynəlxalq “Valday” klubunun iclasında bildirib.

    “Əlbəttə, ABŞ prezidenti düzgün hərəkət etdi. Əfqanıstandan qoşunların çıxarılması üçün düz iş gördü. O, yəqin başa düşüb, bəlkə də bunun necə olacağının təfərrüatını bilməyib, amma bu və ya digər şəkildə bunun olacağını başa düşdü”, – Rusiya dövlətinin başçısı bildirib.

    O, qeyd edib ki, bu vəziyyət bu və ya digər şəkildə ABŞ-a, ilk növbədə müttəfiq olaraq rəhbərlik etdiyi ölkələrə olan inamda özünü göstərir.

    “Əlbəttə, bunun necə baş verdiyini görə bilərik. Yəqin ki, başqa cür də edilə bilərdi. Düşünürəm ki, zaman keçəcək və hər şey öz yerinə düşəcək, bu, kardinal bir şeyə səbəb olmayacaq”, – Putin deyib.

  • Nepal və Hindistanda daşqınlar nəticəsində 180-dən çox insan ölüb

    Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 4 gün ərzində azı 99 nəfər ölüb.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, yağışlar ölkənin şərq və qərb bölgələrində fəsadlara səbəb olub.

    Xilasetmə qrupları təbii fəlakət nəticəsində itkin düşən 40 nəfərin axtarışlarını davam etdirir.

    Daşqın və torpaq sürüşmələrində yaralanan azı 35 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

    Ölü sayının artacağı istisna olunmur.

    Hindistanda isə bir həftə ərzində davam edən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 88 nəfər həyatını itirib. Ölkənin cənubundakı Kerala əyalətində 42 nəfər, Uttarkand əyalətində isə 46 nəfər ölüb.

    Həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, körpülər çöküb, infrastruktura ciddi ziyan dəyib.

  • Mixeil Saakaşvilinin atası xəstəxanaya yerləşdirilib

    Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvili xəstəxanaya yerləşdirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, 77 yaşlı N.Saakaşvilini infarkt vurduğu bildirilir.

    O, hazırda Çapidze adına Kardioloji Klinikadadır. Tibbi müəssisədən bildirilib ki, N.Saakaşvilinin vəziyyəti qənaətbəxşdir və onda aritmiya əlamətləri müşahidə olunur.

    Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, özünü siyasi məhbus hesab edir və azadlığa buraxılması tələbi ilə artıq 21-ci gündür aclıq aksiyası keçirir.

  • Konqoda 165 uşaq naməlum xəstəlikdən ölüb

    Konqo Demokratik Respublikasında azı 165 azyaşlı naməlum xəstəlik nəticəsində həlak olub.

    Yayılan məlumata görə, ölüm halları son iki ay ərzində qeydə alınıb.

    İlk dəfə avqustun sonlarında görünən xəstəlik beş yaşadək uşaqlarda müşahidə edilir.

    Hazırda ölkədə hər sutkada orta hesabla dörd uşağın naməlum xəstəliyin qurbanı olduğu bildirilir.

    Mənbə: “ActuaLitte”