Month: October 2021

  • Qanunsuz ov edən əcnəbi vətəndaşlar cəzalandırıldı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış 4 çobanaldadan quşu aşkar edilərək götürülüb:

    “Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Rashed Ghareeb Rashed Darwish Almansoori, İbrahim Ghareeb Rashed Darwish Almansoori, Mohamed Rashed Ghareeb Rashed Almansoori olduğu müəyyən edilib və hər biri 2000 manat məbləğində cərimə olunub”.

  • Türkiyə XİN-dən F-35 açıqlaması

    Türkiyə olaraq F-35 layihəsi üçün 1.4 milyard ödəmə etmişik. Seçim çox sadədir. Ya təyyarələrimizi verəcəklər, ya da pulumuzu.

    Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Biliç mətbuat konfransı zamanı bəyan edib.

    O, sözügedən məbləğin hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan F-16 qırıcılarının yeniləməsi üçün istifadə edilə biləcəyini də istisna etməyib.

    XİN nümayəndəsinin sözlərinə görə, hazırda bu barədə tərəflər arasında danışıqlar gedir.

  • Onlayn narkotik satan daha bir dəstəyə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Fərid Rəhimov, Xətai Əlizadə və Tərlan Əhədovun cinayət işi üzrə məhəkəmə araşdırması başa çatıb.

    “Report” xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

    Hökmə əsasən, Fərid Rəhimov 13 il, Xətai Əlizadə 13 il, Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, adı çəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

    Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Tərlan Əhədovun üzərindən isə 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron da götürülüb. Tərlan Əhədov narkotiki Əli adlı İran vətəndaşından aldığını bildirib.

  • Metronun “Memar Əcəmi” stansiyasında koronavirus xəstəsi saxlanıldı

    Bakı metrosunun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat bildirilib.

    Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

    Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

  • Минобороны АР опубликовало обновленный список ставших шехидами военнослужащих

    Минобороны Азербайджана обнародовало фотографии, имена, фамилии, информацию о воинских званиях и дате рождения 2 908 военнослужащих Вооруженных сил АР, ставших шехидами в Отечественной войне и похороненных до 21 октября, а также шестерых военных, числящихся пропавшими без вести.

    Отметим, что ведутся работы по поиску и идентификации военнослужащих, числящихся пропавшими без вести.

    С полным списком военных, ставших шехидами в Отечественной войне, можно ознакомиться по ссылке.

  • Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SIYAHISI

    Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını təqdim edib.

    Nazirliyin rəsmi saytında yer alan xəbərə görə, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

    Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Həmin siyahı ilə buradan tanış ola bilərsiniz.

  • Bakının mərkəzində narkomanlar yuvası – VİDEO

    Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.

    Sakinlərin sözlərinə görə, ərazidə hətta narkotik alqı-satqısı da həyata keçirilir.

    Baku TV-nin əməkdaşları sözügedən ərazidə olub, iddialara aydınlıq gətirməyə çalışıb.

    Adını vermək istəməyən 34 yaşlı sakin bildirib ki, o da əvvəllər narkotik istifadəçisi olub. Lakin indi bu bəladan qurtulmaq üçün mübarizə aparır.

  • В Габале трехлетний ребенок погиб, упав в колодец

    В Габалинском районе произошел несчастный случай.

    В селе Вандам трехлетний Сеймур Алиев, играя во дворе, упал в колодец и погиб, сообщает Report.

    По данному факту ведется расследование.

  • Qəbələdə üç yaşlı uşaq su quyusuna düşərək öldü

    Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • На Абшероне трагически погиб двухлетний ребенок

    В Азербайджане трагически погиб двухлетний ребенок.

    Дамла Гулиева (2019 г.р.) была госпитализирована с ожогами в больницу в Абшеронском районе.

    Несмотря на усилия врачей, спасти девочку не удалось.

    По данному факту ведется расследование.