Month: October 2021

  • Xərçəngdən sağalan zabitə mənzil verildi – FOTO

    Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev mənzillə təmin olunub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb.

    “Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”, – o qeyd edib.

    Qeyd edək ki, Q.Ağayev müharibədə yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilmiş, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, onda xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilmişdi.

  • Bu ölkədə koronavirusa görə hər yer bağlanır

    Oktyabrın 28-dən Moskvada bütün kafe və restoranlar bağlanır.

    Bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib. O, qeyd edib ki, ictimai-iaşə müəssislərindən başqa idman, əyləncə, istirahət mərkəzləri və mədəniyyət obyektləri qapadılır.

    Mer bildirib ki, qapanmaya səbəb ölkədə koronavirusla bağlı vəziyyətin həddən artıq kəskin xarakter almasıdır.

  • Sabah Bakıda güclü külək əsəcək

    Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında gündüz cənub-qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

  • Azad olunan ərazilərə ceyranlar buraxılacaq

    İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması ilə bağlı planlar olsa da, indiki mərhələdə bu proses təhlükəlidir.

    Bunu Trend-ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

    Nazir müavini bildirib ki, bunun üçün həmin ərazilərdə əvvəlcə tam təhlükəsizlik tədbirləri görülməlidir: “Ərazilər minalardan tam təmizlənəndən sonra bu proses həyata keçirilə bilər. Ərazidə minaların olması həmin heyvanların həyatına təhlükədir. İndiki anda həmin ərazilərə yalnız quşların buraxılması mümkündür. Bu da planımızda var. Ceyranların həmin ərazilərə yaxın 3-4 ayda buraxılması nəzərdə tutulmayıb”.

  • Bakıda yol qaydalarını pozan şəxs 20 sutkalıq həbs olunub

    Bakıda yol-hərəkəti qaydalarını pozan şəhər sakini ilə bağlı məhkəmə qərarı elan olunub.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, N.Sadiqov S.Vurğun-Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan şəxs yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.

  • Mehriban Əliyeva Zəngilan səfərindən görüntü paylaşıb

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb.

    Paylaşımda deyilir: “Doğma Vətən”.

  • İraqın şimalında beş terrorçu zərərsizləşdirilib

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib.

    “Report” “Vatan”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində beş PKK terrorçusu zərərsizləşdirilib.

  • Захарова: Москва выступает за скорейший запуск формата “3+3”

    “Формат “3+3″ был предложен президентом Азербайджана Ильхамом Алиевым и президентом Турции. Россия эту инициативу поддержала”.

    Как сообщает российское бюро Report, об этом заявила официальный представитель МИД России Мария Захарова на еженедельном брифинге.

    “Мы исходим из того, что развитие многостороннего регионального сотрудничества точно отвечает интересам всех предполагаемых участников данного формата. Запуск этого механизма способствует повышению доверия между государствами, урегулированию противоречий”, – заявила Захарова.

    По ее словам, ряд западных государств, в первую очередь США, пытаются помешать некоторым процессам и “вставить палки в колеса”.

    При этом официальный представитель МИД России отметила, что Москва ориентируется на скорейший запуск данного механизма, учитывая интересы всех сторон.

  • Rusiya XİN: “3+3″ formatının tezliklə tətbiqinin tərəfdarıyıq”

    “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri “3+3” formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

    “Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük. Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstəkdir”, – Zaxarova qeyd edib.

    XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.

  • “Qarabağ” və “Kayrat” komandalarının start heyətləri açıqlanıb

    UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və Qazaxıstanın “Kayrat” klublarının start heyətləri açıqlanıb.

    “Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

    Baş məşqçi: Qurban Qurbanov

    “Kayrat”: 1. Stas Pokatilov, 4. Nuralı Alip, 11. Yan Voroqovski, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov

    Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Quralski, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Usenov, 46. Arsen Burançiyev

    Baş məşqçi: Kurban Berdıyev

    Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlanacaq.