Month: October 2023

  • Ticarət mərkəzindən brend saat oğurlayan şəxs sərbəst buraxıldı

    Xəqani Ticarət Mərkəzindən “A class Rolex” markalı qol saatı oğurlanıb.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə 12 oktyabr 2023-cü il tarixdə baş verib.

    1990-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş Kamil Zamanov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmə iclasında iştirak edən şəxs əməlindən səmimi peşman olduğunu, götürdüyü qol saatını geri qaytardığını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edib. Zərərçəkmiş şəxs də şikayətçi olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə Kamil Zamanov barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilib. Həmin şəxs məhkəmə zalından azadlığa buraxılıb.

  • Türkiyəli məşhurun toyu Bakıda olacaq

    Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşır.

    Axşam.az xəbər verir ki, cütlük toyunu Azərbaycanda etmək qərarına gəlib. Bu haqda türk mediası xəbər yayıb.

    Bildirilib ki, Öykü və Fatih bir gün sonra Bakıda toy edəcəklər.

    Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanmışdılar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırırdı. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün məclis təxirə salınmışdı.

  • Мехрибан Алиева поделилась публикацией в связи с Днем восстановления независимости Азербайджана – ФОТО

    Первый вице-президент Мехрибан Алиева на своей странице в Instagram поделилась публикацией в связи с 18 Октября – Днем восстановления независимости Азербайджана.

    Median.Az представляет данную публикацию:

  • Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

    “18 oktyabr. Müstəqilliyin Bərpası Günü”, – deyə paylaşımda qeyd edilib.

  • Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

    Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.

    Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

    Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.

    Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

    1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.

    Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

    Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

    Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir və mötəbər tribunalarda müsbət mənada ölkəmizin adı çəkilir.

    Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra öz əhəmiyyətini daha da artırıb.

    Bu gün dünya dövlətləri Azərbaycanı yeni reallıqlar yaradan ölkə kimi qəbul edir, enerji, təhlükəsizlik məsələlərində onunla hesablaşırlar.

  • Турецкий министр прибудет в Баку

    Министр по делам семьи и социальных служб Турции Махинур Оздемир Гекташ сегодня прибудет в Баку.

    В столице министр встретится с председателем Государственного комитета по проблемам семьи, женщин и детей Бахар Мурадовой, министром труда и социальной защиты населения Сахилем Бабаевым и председателем Милли Меджлиса Сахибой Гафаровой.

    В рамках визита турецкий министр посетит Аллею шехидов.

    Источник: Anadolu

  • Türkiyəli nazir Bakıya gəlir

    Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya səfər edəcək.

    Məlumata görə, o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

    Qeyd edək ki, türkiyəli nazir Şəhidlər Xiyabanını ziyarət edəcək.

    Mənbə: Anadolu

  • Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları tətbiq edilməyə başlanılıb.

    Yyeni qaydaların tətbiqinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsinə imkan yaratmaqdır.

    Qaydalara əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr verilib.

    Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanıb.

    Beləliklə, artıq səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

    Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişır. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr ala bilirlər.

    Əmək haqqının ödənilməsinin yeni Qaydalarına əsasən orta və kiçik tibb işçilərinin də əmək haqqında artım olmuş, rayon xəstəxanalarında və kənd ambulatoriyalarında çalışan tibb bacılarının da əmək haqqı yeni qaydalara əsasən artımla ödənilmişdir.

    Qeyd edək ki, əmək haqqının hesablanmasına xəstəxanaların kateqoriyaları da təsir edir. Muxtar respublika üzrə Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz 3D kateqoriyasında müəyyənləşib, digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar.

  • Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4,7 %-ə endirməyi planlaşdırırıq”

    2028-ci ilin sonuna qədər Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə – 4,7 %-ə endirilməsi planlaşdırılır.

    Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında ölkənin gələcək 5 ili üçün Yol Xəritəsini müəyyənləşdirən 12-ci İnkişaf Planını açıqlayarkən bildirib.

    R.Ərdoğan qeyd edib ki, sağlam düşüncə, qeyri-hökumət və peşəkar təşkilatların, biznes dünyasının töhfələri ilə hazırlanan 12-ci İnkişaf Planı bu gün Türkiyə Böyük Millətlər Məclisinə təqdim edilir: “5 illik inkişaf planımız 5 əsas istiqamətdən ibarətdir. Birincisi bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, ikincisi stabil inkişaf, güclü iqtisadiyyat, üçüncüsü yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, dördüncüsü fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit, beşincisi isə ədalətə əsaslanan demokratik idarəçilikdir”.

    Türkiyə Prezidentinin sözlərinə görə, 12-ci İnkişaf Planı dövründə orta hesabla 5 % sabit və balanslı artım hədəflənib.

    “2028-ci ildə ölkənin milli gəlirini 1 trilyon 589 milyard ABŞ dollarına, adambaşına düşən gəlirini isə 17 min 554 ABŞ dollarına çatdırmağı planlamışıq. Hər il məşğulluğun artımını orta hesabla 3 % təmin etməklə, dövrün sonunda işsizliyin səviyyəsinin 7,5 %-ə enəcəyini gözləyirik. İxracı 375 milyard ABŞ dollarına, turizm gəlirlərini isə 100 milyard ABŞ dollarına çatdıraraq cari hesabın kəsirini sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik.

    Ümid edirəm ki, türk əsrinə gedən yolda dövlətimizə və millətimizə rəhbərlik edəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, – deyə paylaşımda bildirilib.

  • Завтра в Азербайджане ожидаются дожди и грозы

    18 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно.

    Как сообщили в Национальной службе гидрометеорологии, в течение дня в некоторых частях полуострова вероятны кратковременные осадки. Днем осадки ненадолго прекратятся. Будет преобладать временами усиливающийся северо-западный ветер, который утром сменится северо-восточным ветром.

    Температура воздуха ночью составит 11-14°, днем 15-18° тепла. Атмосферное давление понизится с 767 до 763 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем – 50-60%.

    В некоторых районах Азербайджана местами ожидаются дожди, в отдельных местах ливни и грозы, в горных районах – снег. Ночью и утром в некоторых районах ожидается туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 9-14°, днем 15-20° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем 3-7° тепла.