Month: October 2023

  • Füzulidə mərkəzi park salınacaq

    “Füzulidə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə mərkəzi park salınacaq”.

    “Trend” xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova mətbuat konfransında deyib.

    “Parkda idman və uşaq meydançaları üçün infrastrukturun yaradılması planlaşdırılır. Həmçinin parkın baş planı hazırlanır”, – deyə o qeyd edib.

    Xatırladaq ki, “Xəzər tikinti həftəsi” “Caspian Event Organizers” və “Iteca Caspian” şirkətləri tərəfidnən təşkil olunub və 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı (Rebuild Karabakh) Sərgisini, 28-ci Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild) Sərgisini, 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (Aquatherm Baku) Sərgisini və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisini birləşdirir.

  • Ömrü iki gün olan körpünün vəziyyəti nə yerdədir? – Rəsmi AÇIQLAMA

    Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb. Bir müddət əvvəl körpünü sel aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin yeni salınan körpünün ömrü cəmi iki gün çəkib.

    Ömrü iki gün olan piyada körpüsünün hazırda vəziyyəti nə yerdədir?

    Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov “Trend”ə bildirib ki, uçan piyada körpüsünün bərpası bu gün tamamlanacaq.

    O qeyd edib ki, yeni avtomobil körpüsünün layihəsi hazırlanıb və razılaşdırılmağa verilib.

    “Lakin Təngərüd kəndindən Şiyəkəran kəndinə avtomobil yolu var”, – deyə A. Mahmudov əlavə edib.

    Qeyd edək ki, bir neçə gün bundan öncə yağan intensiv yağışlar Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünün dağılmasına səbəb olub.

  • Проводятся учения с вертолетными подразделениями ВВС – ВИДЕО

    В соответствии с планом подготовки, утвержденным министром обороны генерал-полковником Закиром Гасановым, проводятся учения с вертолетными подразделениями ВВС.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Вертолеты, cовершившие вылеты с аэродромов базирования, в соответствии с планом учений выполнили задачи по взлету и посадке, определению координат наземных целей условного противника, ведению воздушной разведки и другим видам действий.

    Военные пилоты продемонстрировали высокий профессионализм на учениях, проводимых в целях совершенствования боевых и практических навыков вертолетных подразделений.

  • Hərbi pilotlarımızdan əla performans: Helikopter təlimləri – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

    Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

  • Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib

    Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib.

    “Report”un xəbərinə görə, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1 213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2 223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

    Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

  • Sabah Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

    Sabah Bakının Nəsimi, Binəqədi və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik deposunun qazlaşdırılması məqsədilə yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı oktyabrın 18-də saat 9:00-dan işlər başa çatanadək “Xocəsən”, “Alatava” və “Sulutəpə” Qaz Paylayıcı Stansiyalarından, həmçinin “Fərəh MMC” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Nəsimi, Binəqədi (bir hissəsi) və Qaradağ (kiçik bir hissəsi) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Hərbi Prokurorluq və DSX ulu öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib

    Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında keçirilən tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

    Hərbi Prokurorluqdan verilən məlumata görə, tədbirdə akademiyanın rəisi general-mayor Azər İbrahimov, hərbi prokurorun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov, hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

    Çıxışçılar, eyni zamanda, ulu öndər Heydər Əliyevin Azərbaycanın nurlu gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqın müdrikliyindən və əzmkarlığından danışıblar.

    Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, eləcə də antiterror tədbirlərindən, o dövrlərdə prokurorluğun, hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

    Mərasimdən sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

  • Dövlət qiymət artımının qarşısını alacaq – Yeni qanunun DETALLARI

    “Dövlət ehtiyatları haqqında” Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində I oxunuşda müzakirə olunub. 4 fəsil 14 maddədən ibarət olan yeni sənəddə, dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələr təsbit olunub.

    Yeni qanun nəyi dəyişəcək?

    Qanunda həmçinin, analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar və s. kimi anlayışlar yer alıb.

    Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

    Bəzi ekspertlər bildirirlər ki, sözügedən qanunun qəbulundan sonra ölkədə strateji məhsulların qiymətində baş verəcək süni və kəskin artımların qarşısı alınacaq. Eyni zamanda əsas tələbat məhsulları üzrə strateji ehtiyat fondları yaradıla bilər.

    Ölkədə yeni ehtiyat fondları yaradıla bilərmi?

    Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

    Deputatın sözlərinə görə, dövlət tərəfindən strateji məhsullara bəzi ərzaq və yanacaq növləri, eləcə də dərman ləvazimatları daxil edilib:

    “Dövlətimiz də bu məhsullar üzrə ehtiyat yaradır ki, bu da fövqəladə vəziyyət, səfərbərlik, müharibə və digər situasiyalarda istifadə olunacaq. Yəni, belə vəziyyətlərdə əhali əziyyət çəkməyəcək və əhali tam əminliklə həyatına davam edəcək. Dövlət bu ehtiyatın minimal məbləğini müəyyən edir, monitorinqlər və təhlillər aparır. Ehtiyatlar minimal həddən aşağı düşərsə, yenidən təminatını həyata keçirir.

    Qanunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, bu məhsullar üzrə kəskin qiymət artımı olarsa, ehtiyatlardan müəyyən qədəri bazara çıxarılır və qiymət artımının qarşısı alınır. Bu da ölkə vətəndaşları üçün mühüm əhəmiyyətə malikdir. Çünki qanun bütün hallarda onların mənafeyinə xidmət edir”.

    Millət vəkilinin fikrincə, hazırda mövcud olan daxili ehtiyat fondları öz işlərini bundan sonra daha ciddi şəkildə həyata keçirəcəklər:

    “Hətta qanun çərçivəsində fəaliyyətlərini daha da genişləndirəcəklər. Bundan başqa, Nazirlər Kabineti tərəfindən strateji məhsulların siyahısı hazırlanacaq və hansı məhsullara tələbat daha çoxdursa, bu müəyyən ediləcək. Eyni zamanda, həmin məhsulların saxlanma müddəti, hansı dövlət qurumu tərəfindən idarə olunması və digər məsələlər öz həllini tapacaq. Bir sözlə, bütün mövcud fondlar daha mükəmməl şəkildə öz fəaliyyətlərini təmin edəcəklər”.

  • Посольство Израиля выразило соболезнования в связи с погибшими в результате атак ХАМАС азербайджанцами – ФОТО

    Посольство Израиля в Азербайджане выразило соболезнования в связи с азербайджанцами, погибшими во время вооруженного нападения ХАМАС на Израиль.

    На странице посольства в социальной сети Х опубликован соответствующий пост.

    “Выражаем соболезнования в связи с отважными израильтянами азербайджанского происхождения, которые пожертвовали своей жизнью, защищая Родину”, – говорится в публикации.

  • İsrail səfirliyi HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanlılarla bağlı başsağlığı verib – FOTO

    İsrailin Azərbaycandakı səfirliyi HƏMAS-İsrail müharibəsində həlak olan azərbaycanəsilli şəxslərlə bağlı başsağlığı verib.

    Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

    “Vətənini müdafiə etmək üçün canlarını qurban verən əslən azərbaycanlı olan cəsur israillilərlə bağlı başsağlığı veririk”, – paylaşımda qeyd olunub.