Month: October 2023

  • Число пострадавших в результате атаки ХАМАС израильтян превысило 4 200

    По меньшей мере 4 229 граждан Израиля пострадали в результате нападения на страну палестинских радикалов из движения ХАМАС.

    Об этом сообщило Министерство здравоохранения еврейского государства.

    “К настоящему моменту 4 229 пострадавших доставлены в больницы”, – говорится в официальной сводке Минздрава.

    Источник: ТАСС

  • HƏMAS-ın hücumu nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı açıqlanıb

    HƏMAS hərəkatının fələstinli radikallarının ölkəyə hücumu nəticəsində ən azı 4 229 İsrail vətəndaşı yaralanıb.

    Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı oktyabrın 7-də səhər saatlarında İsrailin Qəzza zolağına yaxın olan ərazilərə hücum etmişdi.

    Mənbə: TASS

  • Səhiyyə Nazirliyi: “Qripin ağırlaşmalarından ölüm halları müşahidə edilə bilər”

    “Payız-qış mövsümü ilə əlaqədar bir qayda olaraq hava-damcı yolu ilə ötürülən infeksiyalara yoluxma hallarında artımlar baş verir. Bu il də eyni hal təkrar olunur. Bu hal yaza doğru müəyyən dalğalarla özünü göstərəcək”.

    Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

    O bildirib ki, hazırda bu infeksiyalarla xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə bir o qədər də fərqlənmir. Eyni zamanda, pandemiya dövründən etibarən bu tip infeksiyalara diqqət artıb:

    “KİV-lərdə belə mövzularda mütəmadi olaraq müxtəlif məlumatlar dərc olunduğundan əhali arasında müəyyən narahatlıqlar yaranır. Bu da əsassız fikir və nəticələrə zəmin yaradır. Bu infeksiyaların içərisində qrip əlverişsiz nəticələrinə görə öz əhəmiyyətini itirməyib, çünki hər il yeni ştammlar peyda olur və əhalinin yoluxma həssaslığı artır”.

    O deyib ki, qrip infeksiyası zamanı xəstəliyin ağır və fəsadlı keçəcəyi risk qruplarına 5 yaşadək uşaqlardan başqa, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olan istənilən yaşda olanlar və ahıl şəxslər aiddirlər.

    “Ona görə də, ilk növbədə bu şəxslər qripə qarşı peyvənd olunmalıdırlar. Qripin ağırlaşmalarından ölüm halları az da olsa, müşahidə edilə bilər. Bunun səbəbləri qrip zamanı inkişaf edən pnevmoniya, ensefalit və s. kimi fəsadlardır. Bu səbəbdən əhali diqqətli olmalı, xəstəlik ağır keçdikdə mütləq həkimə vaxtında müraciət etməlidir. Bütün sadaladığımız infeksiyalardan qeyri-spesifik qorunma yolları isə pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalardır ki, onlara da xəstələnmə hallarının artımı zamanı ciddi əməl etmək lazımdır”, – deyə həkim qeyd edib.

  • Prezident: “Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”

    “Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə – red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

    “Onların (şəhidlərin – red.) qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, – deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü.

    “Buradan istənilən istiqamətə getsən, görərsən ki, hər təpədə, demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də, dünya hərb tarixində olmayıb. Olubsa, qoy bizə desinlər, harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərib”, – Prezident deyib.

  • Qusarda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

    Qusar şəhərində kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin yedikləri göbələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt öz təsdiqini tapmayıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Aparılan araşdırmalar zamanı və götürülmüş qan analizlərinin müayinəsi nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazı zəhərlənməsindən baş verdiyi məlum olub.

    AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

    Qeyd edək ki, oktyabrın 14-də Qusarda kirayədə yaşayan Cəlilabad rayon sakinləri olan üç qardaş – 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov, 1978-ci il təvəllüdlü Sakit Yusif oğlu Zeynalov və 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov zəhərləniblər. Nəticədə Sabir Zeynalov və Sakit Zeynalov ölüblər.

  • Ильхам Алиев: Каким бы сильным ни было государство, Победу завоевывают солдаты и офицеры

    Каким бы сильным ни было государство, как бы оно ни было вооружено, насколько правильно ни были бы спланированы военные операции, Победу завоевывают солдаты и офицеры.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в город Физули, и представителями общественности района в День города Физули.

    “Он (солдат, офицер – ред.) идет, он грудью идет на смерть, и поднимает Флаг именно он. Их героизм никогда не должен быть стерт и не сотрется из нашей памяти”, – подчеркнул глава государства.

  • Azərbaycan Prezidenti: “Dövlətin nə qədər gücü olsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir”

    Prezident İlham Əliyev vurğulayıb ki, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    “O (əsgər, zabit – red.) gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Ильхам Алиев: Уверен, что Карабах станет стимулирующей силой в экономике Азербайджана

    Город Физули обладает своими возможностями для занятости. Конечно же, граждане, которые расселяются и будут расселены в селах, будут заняты в традиционных отраслях, и государство со своей стороны поможет им. Будет реализована программа самозанятости, чтобы жизнь здесь кипела.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в город Физули, и представителями общественности района в День города Физули.

    Выразив уверенность в том, что через определенное время Карабах станет стимулирующей силой в экономике Азербайджана, глава государства добавил: “Потому что подъем нашей экономики вот отсюда станет большим вкладом и в общее развитие”.

  • Prezident İlham Əliyev: “Əminəm ki, Qarabağ Azərbaycan iqtisadiyyatında təkanverici qüvvəyə çevriləcək”

    “Şəhərin (Füzuli – red.) özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Müəyyən müddətdən sonra Qarabağın Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəyinə əmin olduğunu deyən dövlətimizin başçısı qeyd edib:

    “Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaq”.

  • “Azərbaycan” mahnısı Füzulidə özünəməxsus tərzdə səsləndirilib – VİDEO

    Füzuli Şəhəri Günündə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Xaliq Şərifovun ifasında “Azərbaycan” mahnısı səslənib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, “Dədə Qorqud” filmindən Beyrəyin mahnısı kimi tanınan bu nəğmə ifaçının səsində yeni həyat qazanıb.

    İfaçını İnklüziv Ansambl müşayiət edib. Xor hissəsini görmə məhdudiyyətli benefisiarlar Səbinə Əsgərova, Xətai Azayev, Çingiz Mustafayev, Ellada Xalıqova və inklüziv könüllü Firuzə Məmmədzadə səsləndiriblər.