Month: October 2023

  • Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

    Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb.

    Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb.

    Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. Bəs milli biznes niyə xarici ölkələrin turizm sektoruna can atır? Həmin pulun Azərbaycan iqtisadiyyatına qoyulması üçün nə etmək lazımdır? “Report” mövzunu ekspertlərlə müzakirə edib.

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycan sahibkarlarının yerli turizmə, xüsusilə də regional turizmə yatırım etməməsinin səbəbi yerli icmaların bu sahədə fəaliyyətinin çox zəif olması ilə əlaqədardır:

    “Bizdə, hətta dövlətin turizm məqsədi üçün ayırdığı ərazilər var, amma sahibkarlarımız yatırım etməkdən çəkinirlər. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksinə yatırım edilməsi üçün son 10 ildə bir neçə də çağırışlar olub ki, orada biznes qurulsun. Amma bu baş vermir və müxtəlif səbəbləri var. Bələdiyyələrin zəif işləməsi, yerli icma orqanlarının fəaliyyətsizliyi və s. Hesab edirəm, regionlarda bu işlər güclənməlidir. Bunun əsasında biz həmin ərazilərə Azərbaycan sahibkarlarının, hətta xarici iş adamlarının marağını artıra bilərik”.

    Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkəmizdə ideyanın biznes modelə çevrilməsi ilə bağlı çətinlik var, buna görə də, pul sahibləri xarici ölkələrə üz tuturlar:

    “Bunlar da o ölkələrdir ki, investisiya mühiti tam formalaşıb. Azərbaycanda eyni şəraitin olması üçün kapital bazarının inkişaf etdirilməsi, vençur və investisiya fondlarının fəaliyyət göstərməsi zəruridir. Elə şərait yaradılmalıdır ki, turizm sektorunun bilicisi olan sahibkarlarla investorlar arasında əməkdaşlıq qurulsun. Kapital ölkədən çıxmasın, əksinə ölkəyə yatırılsın”.

    “Turizm sahəsində xarici təcrübənin öyrənilməsi və gələcəkdə bu biznes modellərin Azərbaycanda tətbiqi prizmasından milli biznesin xarici ekspansiyası müsbət hal da sayıla bilər. Bu gün Türkiyədə Azərbaycan kapitallı, Azərbaycanda isə Türkiyə kapitallı şirkətlərin sayı çoxdur, bu, sevindirici haldır. Amma Azərbaycanda heç bir sahibkarlıq fəaliyyəti olmayan subyektin birbaşa xaricə investisiyası ölkəmizdən kapital axını deməkdir. Belə olan halda yeni iş yerləri və vergilər digər ölkənin gəlirlərinə aid ediləcək”, – deyə o əlavə edib.

    “Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov isə hesab edir ki, əgər pulun ölkədə qalmasını istəyiriksə, investisiya mühiti daha da gücləndirilməli, iş adamları qoyduqları sərmayəyə tam təminat almalıdırlar:

    “Bunun üçün isə xüsusilə regionlarda iş aparılmalıdır, investorlar stimullaşdırılmalıdırlar. Paytaxtdan kənarda hotellərin tikintisinə hələ də ehtiyac var. Ölkədə 700-ə yaxın hotel olsa da, yetərli deyil. Odur ki, investisiyalara ehtiyacımız var. Təminatlı mühit olmalıdır ki, turizm sektoru inkişaf etsin”.

  • Ильхам Алиев: На примере Физули весь мир должен увидеть, что такое зверство армян

    На примере Физули весь мир, даже те, кто не хочет этого видеть, видят и должны видеть, в чем заключается зверство армян.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в город Физули, и представителями общественности района в День города Физули.

    “Когда мы на протяжении многих лет пытались донести до мирового сообщества правду о нашей карабахской боли, некоторые не верили, а были и те, кто не хотел верить в это. У нас на руках не было достаточных доказательств. Мы знали, что все разрушено, разгромлено, но чтобы до такой степени, даже не могли себе представить, потому что в то время государство-оккупант никому не позволяло посещать этот регион, это было запрещено. Почему? Потому что каждый человек, приехавший сюда, увидел бы, что такое зверство армян. Его проявления видны повсюду”, – отметил глава государства.

  • Prezident: “Füzulinin timsalında, eyni zamanda, bütün dünya görməlidir ki, erməni vəhşiliyi nədən ibarətdir”

    “Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdılar, elələri də var idi ki, inanmaq istəmirdilər. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.

  • Президент: Проекты, реализуемые в Физули, устанавливают новые правила принципов градостроительства в мире

    Проекты, реализуемые сегодня как в Физули, так и других наших городах и селах, устанавливают новые правила принципов градостроительства в мировом масштабе, и это отмечаю не только я, но и многие международные эксперты.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в Физули, и представителями общественности района в День города Физули.

    Подчеркнув, что в Азербайджане дважды проводился Национальный градостроительный форум – в Агдаме и Зангилане – и там были представлены все наши проекты, глава государства отметил: “Международные организации очень высоко оценивают это, потому что здесь действительно созданы прекрасные условия для жизни, соблюдено все – и внутреннее устройство зданий, и внутренний дизайн квартир, и принцип этажности, и расстояние между зданиями, то есть вся инфраструктура, все условия для комфортной жизни”.

  • Prezident: “Füzulidə reallaşdırılan layihələr dünya şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir”

    “Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edirlər”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

    Azərbaycanda, Ağdamda və Zəngilanda iki dəfə Milli Şəhərsalma Forumunun keçirildiyini, orada bütün layihələrimizin təqdim edildiyini deyən dövlətimizin başçısı bildirib:

    “Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da, burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni rahat yaşamaq üçün bütün infrastruktur, şərait var”.

  • İngiltərə Premyer Liqası tarixinin ən yaxşı futbolçuları açıqlandı – SİYAHI

    İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 100 futbolçusunu açıqlanıb.

    Araşdırma zamanı çempionatın Premyer Liqa adlandırıldığı 1992-ci ildən bəri keçirilən oyunlar nəzərdə tutulub.

    Turnir tarixinin ən yaxşı futbolçusu “Arsenal”ın əfsanəsi Tyerri Anri seçilib. “Mançester Yunayted”də oynamış Kriştianu Ronaldu ikinci, “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer isə üçüncü yerdə göstəriliblər.

    Premyer Liqa tarixinin ən yaxşı 10 futbolçusu:

    1. Tyerri Anri;

    2. Kriştianu Ronaldu;

    3. Alan Şirer;

    4. Ueyn Runi;

    5. Rayan Giqqz;

    6. Erik Kantona;

    7. Stiven Cerrard;

    8. Frenk Lempard;

    9. Patrik Vieyra;

    10. Pol Skoulz.

    Mənbə: fourfourtwo.com

  • Ильхам Алиев: Первый градостроительный проект мы реализуем в Физули

    Все наши города будут такими, как Физули, потому что наш первый градостроительный проект реализуется в Физули.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в Физули, и представителями общественности района в День города Физули.

    “Правда, лачынцы вернулись в родные края несколько раньше, чем физулинцы. Но поскольку армяне проводили незаконное заселение в городе Лачын, часть зданий там осталась, и мы лишь восстановили эти дома, создав прекраснейшие условия. Таким образом, была обеспечена сохранность прежнего градостроительного ландшафта Лачына. Здесь же город полностью перестраивается”, – подчеркнул глава государства.

  • Azərbaycan Prezidenti: “Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik”

    “Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Laçınlıların öz doğma yurduna füzulililərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib:

    “Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri, sadəcə olaraq, bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur”.

  • Президент: Возвращение молодых физулинцев на свои родные земли показывает величие нашего народа

    Рад, что и молодое поколение физулинцев решило приехать на родную землю. Это действительно большое событие.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на состоявшейся 17 октября встрече с жителями, переселившимися в город Физули, и представителями общественности района в День города Физули.

    “Это показывает величие нашего народа. Это показывает, что мы – народ, привязанный к своей родной земле”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Gənc füzulililərin öz doğma torpağına qayıtması xalqımızın böyüklüyünü göstərir”

    “Şadam ki, gənc nəsil də – füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da, böyük hadisədir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    Dövlətimizin başçısı bildirib ki, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər:

    “Bu, (Füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi – red.) xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.