Month: October 2023

  • Azərbaycanda son bir həftə ərzində 95 nəfər COVID-19-a yoluxub

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir.

    Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.

  • İsrail Qəzzada atəşkəsdən imtina edib

    “İsrail Qəzzada atəşkəsə razı olmayacaq”.

    Bunu ölkənin Baş naziri Benyamin Netanyahu bəyan edib.

    O, qeyd edib ki, İsrail Qəzzadakı mülki insanları qorumağa çalışır, lakin HƏMAS onların təhlükəsiz əraziyə getməsinə mane olur.

    Mənbə: TASS

  • Bakıda 35 yaşlı kişi hamamda özünü asdı

    Bakıda intihar baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Çaykovski küçəsində qeydə alınıb.

    Həmin ünvanda kirayə yaşayan, 33 yaşlı Quliyev Adil Ravil oğlu evin hamam otağında özünü asıb.

    İntiharın səbəbləri məlum deyil.

  • ABŞ-dən İrana qəti XƏBƏRDARLIQ

    Birləşmiş Ştatlar İrana “qəti xəbərdarlıq” göndərir və Yaxın Şərqdə vəziyyət pisləşdiyindən təmkinli olmağı xahiş edir.

    Bu barədə CNN-ə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

    “Əlbəttə, qoşunlarımızı və obyektlərimizi qorumaq üçün lazım gələrsə, hərəkətə keçəcəyik… Bu, İranın diqqət etməli olduğu qəti xəbərdarlıqdır. Biz regionda milli təhlükəsizlik maraqlarımızı ciddiyə alırıq, ona görə də Prezident Co Bayden bölgədə iki aviadaşıyıcı zərbə qrupunu yerləşdirib”, – Kirbi bəyan edib.

    O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar hərbçilərini qorumaq üçün istədiyi zaman qərarlar qəbul edəcək.

    Mənbə: TASS

  • Göygöldə qəza: Xəsarət alanlar var

    Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

    Hərəkətdə olan VAZ 21011 və “Mercedes-Benz” markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • HƏMAS-ın qaçırdığı Şani Lukun öldürüldüyü rəsmən təsdiqləndi

    İsrail Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının tərəfdarları tərəfindən İsraildə oğurlanan tələbə Şani Lukun ölümünü rəsmən təsdiqləyib.

    Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki məlumatında deyilir.

    Almaniya və İsrail vətəndaşlığı olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

    Məlumata görə, Şani bir musiqi festivalından qaçırılıb və işgəncələrə məruz qalıb.

    Xatırladaq ki, 22 yaşlı alman tələbə və model Şani Luk oktyabrın 7-də İsraildə festival zamanı HƏMAS tərəfindən işgəncələrə məruz qalaraq girov götürülmüşdü.

    Qeyd edək ki, Lukun anası Almaniyanın RTL və NTV telekanallarına müsahibəsində qızının ölümünü açıqlayıb.

  • Süd vəzinin böyük olması xərçəng riskini artırır?

    Son zamanlar belə fikir yayılıb ki, qadında süd vəziləri nə qədər iri ölçüdədirsə, xərçəng olma ehtimalı daha çoxdur.

    Mammoloq Anna Kim onkorisk barədə danışıb.

    “Süd vəzi ölçüsü xərçənglə xəstələnmək riski ilə heç cür bağlı deyil. Əsas faktorlar başqalarıdır.

    Sübut edilmiş faktorlar – yaş, ailə, irsi, süd vəzi xəstəlikləri və s.

    Real risklər bunlardır:

    – Qadının yaşı – artdıqca yüksəlir

    – Nəsildə xərçəng olması

    – Bəzi xoşxassəli şiş və düyünlərin olması

    – Artıq çəki

    – Alkoqol, siqaret

    – Hormonal dərmanlar

    – Süd verməmək

    (“Medicina” )

  • Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin diqqətinə

    Oktyabrın 31-də ölkə ərazisində əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

  • ЦАХАЛ сообщил о ликвидации нескольких высокопоставленных командиров ХАМАС

    Ликвидированы несколько высокопоставленных командиров ХАМАС.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила Армия обороны Израиля (ЦАХАЛ).

    “За последние несколько часов военнослужащие ЦАХАЛ ликвидировали четырех боевиков ХАМАС. Среди них: Джамиль Баба, командовавший ВМС ХАМАС в центральном подразделении этой организации, а также Мухаммед ас-Сафади, возглавлявший противотанковое подразделение батальона Ат-Туффах. Также были ликвидированы Мумин аль-Хиджази, известный боевик, служивший в противотанковом подразделении ХАМАС, и Мухаммед Авадалла, занимавший высокий пост в техническо-производственном отделе боевиков”, – сообщили военные.

  • HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürülüb

    HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürülüb.

    Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

    Zərərsizləşdirilən hərbçilərin arasında HAMAS-ın mərkəzi briqadasının Dəniz Qüvvələrinin komandiri Cəmil Baba, “Daraj Tuffa” batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Səfadi, HƏMAS-ın tank əleyhinə raket briqadasının məşhur döyüşçülərindən biri Muvaman Hicazi və başqaları var.

    Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.