Month: October 2023

  • Bakıda istismar müddəti bitmiş minlərlə bina var – Söküntülər mənzilləri bahalaşdıracaq?

    Bakıda köhnə binaların sökülməsi əmlak bazarında alıcı qüvvəsini artırır, həmçinin, vətəndaşların mənzillərinin dəyərini də artırır.

    Bu barədə Trend-in suallarını cavablayarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

    O qeyd edib ki, 2016-cı ildən başlayaraq Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsü başlayıb.

    “Bugünədək köhnə çoxmənzilli yaşayış binaları sökülüb yeni binalarla əvəzlənib. Bir çox qəzalı vəziyyətdə olan fərdi yaşayış massivləri sökülüb. Bu proses hələ də davam edir. Hazırda Bakıda minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli bina və 100-dən artıq qəzalı kimi qeydə alınan köhnə yaşayış binası var. Ümumən Bakıdakı çoxmənzilli yaşayış binalarında aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılarsa, təbii ki, qəzalı vəziyyətdə olan binların sayı daha çox olar. Həmin binaların sökülməsi əmlak bazarında alıcı qüvvəni, həmçinin, vətəndaşların mənzillərinin dəyərini daha da artırır”, – deyə o bildirib.

    Ekspert əlavə edib ki, vətəndaşın köhnə mənzili sökülüb yenisi ilə əvəz olunanda onun dəyəri əvvəlki mənzildən ikiqat çox olur.

    “Köhnə binaların söküntü dairəsi genişləndikcə kirayə bazarında da qiymət artımı yaranır. Zamanla Bakıda köhnə mənzilli kirayə evlər sıradan çıxır və bu proses davam edəcək. Onlar yeni tikili binalarla əvəz edildikcə qiymətləri də artacaq”, – deyə E.Fərzəliyev vurğulayıb.

  • Azərbaycanda daha bir tələbə ürəktutmasından vəfat edib

    Azərbaycanda tələbə ürəktutmasından dünyasını dəyişib.

    Bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

    Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib.

    Qeyd edək ki, son 10 gün ərzində üç tələbənin ürəktutmasından vəfat etdiyi haqqında xəbər yayılıb.

  • Yevlaxda direktor müəllimlərin 53 min manatdan çox əməkhaqqını mənimsəyib – CİNAYƏT İŞİ

    Təhsil müəssisəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

    Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

    Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

    İstintaqla 04.03.2019-cu il tarixindən 10.11.2022-ci il tarixinədək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əməkhaqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Rəşad Əsədova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Mahaçqala hava limanı işini bərpa edib

    Məlumata görə, Moskva vaxtı ilə saat 14:00-dan (Bakı vaxtı ilə 15:00 – red.) etibarən reyslərin qəbulu və buraxılışı bərpa edilib.

    Qeyd edək ki, “Azimut” və “Red Wings” aviaşirkətlərinin Təl-Əvivdən Mineralnıye Vodı və Mahaçqalaya reysləri müvəqqəti olaraq digər şəhərlərə yönləndiriləcək.

    Mənbə: RİA Novosti “Telegram” kanalı

  • Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? – AÇIQLAMA

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub.

    Ancaq sosial şəbəkələrdə Azərbaycanın digər rayonlarından olan sakinlərinin də Qarabağa köçmək istəkləri ilə bağlı suallarına, müzakirələrinə şahid oluruq.

    Maraqlıdır, digər rayonların sakinləri Qarabağdan ev ala və ya köçə bilərmi?

    Mövzu ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

    Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.media-ya açıqlamasında bu fikirləri səsləndirib:

    “Əvvəllər evləri “Qaçqınkom” tikirdi, daha sonra isə köç prosesini reallaşdırırdı. Ancaq “Böyük Qayıdış” proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.

    Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi köçürülmə ilə məşğuldur və yalnız bu istiqamətdə öhdəliyi var. Digər məsələ ilə bağlı “Qaçqınkom”un məsuliyyəti yoxdur. Hazırda Qarabağa yalnız yerli sakinlər köçürülür”.

    “Azərbaycan vətəndaşları yaşayış yerini seçməkdə müstəqildirlər”

    Millət vəkili Elman Məmmədov isə daha ümidli danışıb. O qeyd edib ki, ilkin köç mərhələsində Qarabağa yerli sakinlər köçürüləcəklər, növbəti mərhələdə köçkün olmayan digər rayonların sakinləri gedə bilərlər:

    “Azərbaycan Respublikası Konstitusiyası və qanunlarımız da bunu deməyə əsas verir. Azərbaycan vətəndaşları yaşayış yeri seçməkdə müstəqildirlər. Burada heç bir məhdudiyyət yoxdur və olmayacaq. İlkin mərhələdə məcburi köçkünlər öz torpaqlarında məskunlaşdırılandan sonra istənilən Azərbaycan vətəndaşı yaşamaq və işləmək üçün Qarabağa gedə bilər. Bu arzunun özü belə, alqışlanası istəkdir”.

  • Bakıda gecə ilə ağacları kökündən çıxardılara

    Bakı şəhərində ağacları gecə ilə kökündən çıxarıblar.

    Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikinti olacaq ərazidə beşə yaxın ağac kökündən çıxarılıb.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

    Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə aparılan ilkin araşdırma zamanı beş ağacın kökündən çıxarılması təsdiq edilib:

    “Ağaclar kökündən çıxardıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Ağacları çıxaran şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi, ərazinin kimə məxsus olduğu barədə araşdırmalar davam etdirilir”.
    //oxu.az

  • Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib

    “Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb”.

    APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) jurnalistlərə açıqlamasında bildirib.

    “Gözləyirik ki, tez bir zamanda xəbər alaq”, – Ombudsman qeyd edib.

    Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb, saxta ittihamlarla qanunsuz olaraq həbs olunublar.

  • Gələn il azad olunmuş ərazilər üçün ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub

    “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinə 2024-cü ildə 3825,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya 20,3% azdır.

    APA xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

    Həmin vəsaitin 3 316,3 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (avtomobil yollarının yenidən qurulmasına 2 725,1 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına 258,2 milyon manat, meliorasiya tədbirlərinin icrasına 131,2 milyon manat, dəmir yollarının yenidən qurulmasına 98,9 milyon manat, kommunal infrastrukturun bərpasına 63,5 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsinə 3,7 milyon manat , bərk məişət tullantıları infrastrukturunun yaradılmasına 1,4 milyon manat və digər infrastruktur layihələrinin icrasına 34,3 milyon manat), 51,0 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 34,5 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 27,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

    Aparılmış təhlillər, eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktual olacağı barədə qənaətə gəlməyə imkan verir.

    Qeyd edək ki, 2024-cü il üzrə “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinin təhlili bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində digər xərc istiqamətlərindən qənaətin yönəldilməsi ehtimalının yüksək olduğunu deməyə imkan verir.

  • Владимир Путин проведет совещание по событиям в Махачкале

    Президент России Владимир Путин по следам событий в Махачкале проведет сегодня около 19:00 по московскому времени (20:00 по Баку – ред.) большое совещание, на котором обсудит попытки Запада расколоть российское общество.

    Об этом сообщил журналистам пресс-секретарь главы государства Дмитрий Песков.

    “Путин планирует сегодня ориентировочно в 19:00 провести большое представительное совещание и обсудить на нем попытки Запада использовать события на Ближнем Востоке для раскола российского общества. Состоится подробный разговор”, – сказал представитель Кремля.

    Как подчеркнул Песков, мероприятие пройдет в очном режиме. По его словам, будет выступление Путина, а дальше, как ожидается, совещание пройдет в закрытом режиме.

    В совещании примет участие все руководство страны: премьер-министр Михаил Мишустин, председатель Совета Федерации Валентина Матвиенко, спикер Госдумы Вячеслав Володин, зампред Совбеза Дмитрий Медведев, секретарь СБ РФ Николай Патрушев, генпрокурор Игорь Краснов, первый зампред правительства Андрей Белоусов, глава МИД Сергей Лавров, глава Минобороны Сергей Шойгу, директор ФСБ Александр Бортников, директор Росгвардии Виктор Золотов, глава СВР Сергей Нарышкин, председатель СК РФ Александр Бастрыкин, первый замглавы МВД Александр Горовой. Песков отметил, что список может быть скорректирован, и обещал проинформировать, если это произойдет.

    Источник: ТАСС

  • Vladimir Putin Mahaçqala hadisələri ilə bağlı böyük müşavirə keçirəcək

    “Prezident Vladimir Putin Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün müşavirə keçirəcək”.

    Bunu oktyabrın 30-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

    Mahaçqala hadisələri ilə bağlı təxminən saat 19:00-da geniş müşavirənin keçiriləcəyi planlaşdırılır.

    “Bu tədbirdə Qərb ölkələrinin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə ediləcək”, – deyə Kreml rəsmisi izah edib.

    Əvvəlcə prezidentin çıxış edəcəyi, daha sonra isə bağlı qapılar arxasında müşavirə keçiriləcəyi gözlənilir.

    “Putin Dağıstan Respublikasındakı vəziyyətlə bağlı dünən gecə və bu gün səhər Federal Təhlükəsizlik Xidməti, Rusiya Qvardiyası və respublikanın rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar alıb və almağa davam edir”, – deyə Peskov əlavə edib.

    Qeyd edək ki, oktyabrın 29-da Dağıstanın paytaxtı Mahaçqalada yüzlərlə şəxs aeroporta hücum edib. Onlar İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb, əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tutublar. Sonra etirazçılar hava limanındakı xidməti otaqlara daxil olaraq İsraildən gəlmiş və burada gizlədilməsi ehtimal edilən yəhudiləri axtarıblar.

    Hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

    Oktyabrın 30-da polis Mahaçqala hava limanı ərazisindəki kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısını müəyyən edib. Onlardan 60 nəfəri saxlanılaraq polis bölmələrinə aparılıb.

    Mənbə: TASS