Month: October 2023

  • Gözəllik salonunda öldürülən Pərvanənin FOTOSU

    Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda qətl hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, 41 yaşlı Zamin Tanrıverdiyev keçmiş həyat yoldaşı Pərvanə Məhərrəmovanı kəsici-deşici alətlə öldürməkdə şübhəli bilinərək saxlanılıb.

    Cütlük bir neçə il əvvəl ayrılıblar. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

    Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.

    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.



  • Azərbaycanda dörd yayım operatorunun lisenziyası ləğv olunub

    Oktyabrın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

    Bu barədə Audiovizual Şuradan bildirilib.

    Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə şuraya müraciətləri müzakirə olunub.

    İclasda şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq “Albax TV” MMC, “Real Telecom” MMC və “Şam” MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən “RA Technologies” MMC-nin də lisenziyası ləğv olunub.

  • Təndirçinin telefonunu oğurlayan şəxs kameraya düşdü – VİDEO

    Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən “Safa Cake” un məmulatları mağazasında təndirçi qadının telefonu oğurlanıb.

    “Qafqazinfo” xəbər verir ki, oktyabrın 25-də axşam saatlarında mağazaya gələn 2 nəfər oranın işçisi Lətafət Məmmədovanın telefonunu gizli şəkildə oğurlayıblar.

    Belə ki, qabaqcadan əlbir olan şəxslərdən biri qadının diqqətini yayındırıb. Bu zaman digər şəxs təndirçinin telefonunu götürərək çörəklə birgə oradan uzaqlaşıb.

    Hadisə ilə bağlı L.Məmmədova Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə müraciət edib.

    Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Hadisə anının görüntülərini təqdim edirik:

  • В Азербайджане сократилось число долгожителей – СТАТИСТИКА

    После 2020 года в Азербайджане снизилось число людей в возрасте 80 лет и старше.

    Согласно исследованию, проведенному modern.az на основе данных Госкомстата, в 2020 году их число составило 150,1 тысячи человек.

    В последующие три года численность долгожителей в стране значительно сократилась.

    Так, в 2021 году число людей в возрасте 80 лет и старше снизилось до 146,9 тысячи человек.

    В 2022 году численность долгожителей составила 140,6 тысячи человек.

    Наконец, в 2023 году число людей в возрасте 80 лет и старше официально составляет пока 132 100 человек.

  • Azərbaycanda uzunömürlülərin sayı azalıb – STATİSTİKA

    2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib.

    Modern.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150 100 nəfər olub.

    Ölkəmizdə “uzunömürlülər” adlandırılan belə şəxslərin sayı sonrakı üç ildə xeyli aşağı düşüb.

    Belə ki, 2021-ci ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı azalaraq 146 900 nəfərə enib.

    2022-ci ildə isə “uzunömürlülər”in sayı 140 600 nəfər olub.

    Nəhayət 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı hələ ki 132 100 nəfər kimi rəsmiləşdirilib.

  • Cinsi zorakılığa məruz qalan uşaqlar məhkəmədə dindirilməsinlər – TƏKLİF

    Azərbaycanda cinsi zorakılığa məruz qalan uşaqların məhkəmədə dindirilməməsi təklif olunur.

    “Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

    Onun sözlərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi Komitəsinin (CEDAW) tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır:

    “Xüsusilə cinsi zorakılığa məruz qalan uşaqlar bir pəncərə sistemi vasitəsilə məhkəmə qarşısına çıxarılmadan dindirilməlidir”.

  • Milyardlar qazandıracaq layihə: Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR

    Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

    Bu barədə oktyabrın 24-də İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Mirkazemi məlumat verib.

    “İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, – deyə o bildirib.

    Mirkazemi, həmçinin deyib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksəksəviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.

    Məlumdur ki, Rusiya ilə İranı birləşdirəcək ən unikal kommunikasiya xətti Şimal-Cənub dəhlizidir. Bu dəhliz isə Azərbaycandan keçir.

    Elə isə İranla Rusiya arasındakı bu anlaşmanın Azərbaycana hansı iqtisadi və siyasi faydaları ola bilər?

    Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Beynəlxalq aləmdən iqtisadi sanksiyalar hesabına təcrid olan ölkələrin bir-birinə çox böyük ehtiyacı var:

    “İş elə gətirib ki, bu iki ölkəni birləşdirəcək ən sərfəli nəqliyyat dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də Rusiya ilə İran arasındakı bu razılaşmanın Azərbaycana çox böyük faydası ola bilər. Təkcə tranzit daşımalarından Azərbaycanın dövlət büdcəsi yüz milyonlarla dollar qazanacaq”.

    Akif Nəsirli bu layihənin Azərbaycana gətirəcəyi siyasi dividendlərdən də danışıb:

    “Məlumdur ki, Rusiya və İranın maraqları heç də hər zaman Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Ona görə də bu layihənin reallaşacağı təqdirdə Azərbaycan böyük ölçüdə siyasi dividend əldə edəcək. Nə qədər ki, həm İran, həm Rusiya Azərbaycana ehtiyac duyacaq, bir o qədər məcburdurlar ki, Azərbaycanla münasibətləri normal saxlasınlar.

    Bir sözlə bu iki dövlət arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması Azərbaycana həm siyasi, həm də iqtisadi dividend gətirə bilər. Ona görə də iki qonşu dövlət arasında reallaşacaq bu layihə Azərbaycan üçün müsbət tendensiyadır və bizim milli və dövlət maraqlarımıza tam uyğundur”.

  • Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib

    Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Masallı, Lənkəran və Astara rayonlarında yaranmış ekoloji vəziyyətlə əlaqədar çöl-tədqiqat işləri aparıblar.

    Bu barədə institutdan məlumat verilib.

    Mütəxəssislər sürüşmələrin və subasarların baş verdiyi ərazilərdə landşaft ekoloji şəraiti, sürüşmələrin səbəb və nəticələrini, onlara qarşı mübarizə tədbirlərini araşdırıblar. Torpaq sürüşməsi sahələri əsasən Astara rayonunun Şiyəkəran, Siyakü, Asxanakəran, Təngərüd, Lomin kəndləri və Kijəbə qəsəbəsi ərazisində, habelə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 8 və 10-cu kilometrliyində qeydə alınıb. Lənkəran rayonunda isə sürüşmə aktivliyi Horavenc və Gəgiran kəndləri, həmçinin Lənkəran-Lerik avtomobil yolunun 17 və 19-cu kilometrliyində müşahidə edilib.

    Şöbə müdiri M.İsmayılovun bildirdiyinə görə regionda sürüşmələrin əsas səbəbləri ekoloji risk yaradan antropogen fəaliyyətlər, torpağın üst qatında gedən eroziya prosesləri, meşə ekosisteminə müdaxilələr, yağıntı və s. kimi amillərdir. Regionun əsas çaylarında su anbarlarının tikilməsi, qurumuş çay dərələrində intensiv qum-çınqıl karxanalarının fəaliyyəti, çay yataqlarının məişət tullantıları ilə doldurulması, turizm obyektlərinin çay yataqlarına düşünülmüş müdaxilələri və s. kimi proseslər çay dərələrində gedən təbii hidrogeomorfoloji şəraiti kəskin şəkildə dəyişdirilib ki, bu da öz təsirini subasmalarda, çayboyu ərazilərdə torpaq sürüşmələrinin fəallaşmasında, yol infrastrukturlarının dağılmasında və s. göstərir.

  • Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verilib

    Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Elyar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs Elyar Osmanovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

    O, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, Elyar Osmanova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Завтра состоится второе лунное затмение года

    28 октября произойдет второе в этом году лунное затмение. Оно будет наблюдаться и на территории Азербайджана.

    По данным кафедры астрофизики физического факультета Бакинского государственного университета (БГУ), это будет частичное лунное затмение.

    Полутеневое затмение начнется в 22:01:44 по бакинскому времени, а частичное – в 23:35:18. Максимум придется на 00:14:00 29 октября. Частичное затмение завершится в 00:52:37, а полутеневое – в 02:26:19.

    Астрономическое явление можно будет наблюдать в Европе, Азии, Австралии, Африке, Северной Америке, на северо-востоке Южной Америки, в Тихом, Атлантическом, Индийском океанах, Арктике и Антарктиде. Затмение будет наблюдаться также и на территории Азербайджана.