Month: October 2023

  • Завтра воздух в Азербайджане прогреется до 29 градусов

    28 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром местами прогнозируется туман.

    Умеренный северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха ночью составит 15-18°, днем 21-26° тепла. Атмосферное давление – 760 мм ртутного столба. Относительная влажность воздуха составит 60-70%.

    В районах Азербайджана преимущественно без осадков. Ночью и утром в некоторых районах ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 14-19°, днем 24-29° тепла, в горах ночью 6-11°, днем 15-20° тепла.

  • Şənbə günü 29 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

    Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

  • Narkotikə görə həbs edilən şəxsə bəraət verilib

    Azərbaycanda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Elyar Osmanova bəraət verilib.

    Bəraət hökmü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, E.Osmanov ötən ilin noyabrında Binəqədi polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Yeni səfir təyin olunan Arif Məmmədov – DOSYE

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov vəzifəsindən azad edilib.

    Arif Baloğlan oğlu Məmmədov1982-ci ildə Bakı şəhərində anadan olub.

    2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib.

    2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.

    2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.

    Sabiq sədr 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.

    2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

    2018-ci ilin mart ayından 2020-ci ilin aprelinə kimi Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində müşavir olub.

    O həmçinin, 2020-ci ilin aprelindən 2021-ci ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

    2021-ci ilin may ayında Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb.

    Arif Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.

    Rus və ingilis dillərini bilir.

    Ailəlidir, bir övladı var.

  • Президент Ильхам Алиев сменил посла Азербайджана в Словакии

    27 октября Президент Ильхам Алиев подписал распоряжение об отзыве Ровшана Садыгбейли с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Словацкой Республике.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 15 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Отозвать Ровшана Нусрет оглу Садыгбейли с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Словацкой Республике”.

    Другим распоряжением главы государства Вюсал Абдуллаев был назначен чрезвычайным и полномочным послом Азербайджанской Республики в Словацкой Республике.

    В документе отмечается в следующее:

    “Руководствуясь пунктом 15 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Назначить Вюсала Гаджимахмуд оглу Абдуллаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Словацкой Республике”.

  • İlham Əliyev Slovakiyadakı səfirimizi dəyişdi

    Prezident İlham Əliyev Rövşən Nüsrət oğlu Sadıqbəylinin Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Dövlət başçısının digər Sərəncamı ilə Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Prezident Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrini səfir təyin etdi

    Prezident İlham Əliyev Arif Baloğlan oğlu Məmmədovu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Dövlət başçısının digər Sərəncamı ilə Arif Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • AZAL zərərdən mənfəətə keçib – 1,2 MİLYARDDAN ÇOX GƏLİR (FOTO)

    Biletlərinin baha olmasına görə tez-tez tənqid olunan “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə başa vurub. Dövlət aviaşirkəti 2021-ci ili 67 milyon 547 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il AZAL zərərdən mənfəətə keçib. AZAL-ın xalis zərəri 2019-cu ili 78 milyon 770 min manat, 2020-ci ili isə 76 milyon 415 min manat təşkil etmişdi.

    AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).

    Həmçinin ötən il AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.

    2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyat mənfəəti 257 milyon 953 min manat olub.

    Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırıldığından AZAL-ın gəlirləri 2021-ci ildə azalmışdı. 2019-cu ildə şirkətin gəlirləri 1 milyard 8 milyon 459 min manata çatdıqdan sonra, 2020-ci ildə 335 milyon 236 min manata düşmüşdü.

    31 dekabr 2022-ci il tarixində AZAL 2 milyard 241 milyon 231 min manat cəmi aktivlərə malik olub. Aviaşirkət 2021-ci ilin sonunda 1 milyard 968 milyon 305 min manat cəmi aktivlərə malik idi.



    //marja.az

  • Bakıda əcnəbi tələbə öldü

    Bakıda pakistanlı tələbə ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

    49 yaşlı Sarfraz Çaudhri Zahid yaşadığı evdə dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir. Ç. Sarfraz Bakıda ali məktəblərin birində təhsil alırmış.

  • Первая иностранная делегация врачей прошла в Газу через КПП “Рафах”

    Первая иностранная делегация врачей вошла на территорию блокированного палестинского сектора Газа через контрольно-пропускной пункт (КПП) “Рафах”, расположенный на границе анклава с Египтом.

    Делегация медиков прошла в Газу одновременно с проездом на территорию анклава очередной колонны грузовиков с гуманитарной помощью.

    За некоторое время до перехода через “Рафах” в Газу члены делегации встретились на египетской территории с представителями Всемирной организации здравоохранения (ВОЗ). Сколько врачей вошло в первую группу, отправившуюся в палестинский анклав, не уточняется.

    Источник: ТАСС