Month: October 2023

  • Həkimlərdən ibarət ilk xarici nümayəndə heyəti “Rəfah” keçid məntəqəsindən Qəzzaya daxil olub

    Həkimlərdən ibarət ilk xarici nümayəndə heyəti anklavın Misirlə sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi vasitəsilə blokadaya alınmış Qəzza zolağına daxil olub.

    Məlumata görə, həkimlərdən ibarət heyət Qəzzaya humanitar yardım aparan başqa bir yük maşını karvanı ilə eyni vaxtda anklava keçib.

    Rəfahdan Qəzzaya keçməzdən bir müddət əvvəl nümayəndə heyətinin üzvləri Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşüblər. Anklava gedən ilk qrupa neçə həkimin daxil olduğu dəqiqləşdirilməyib.

    Mənbə: TASS

  • Nazirlikdə 143 milyonluq mənimsəmə: “Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə hədiyyə tapşırığı verim”

    Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.

    “Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun cinayət işi üzrə şahidlər dindiriliblər.

    Şahid Ceyhun Vəliyev Satınalmalar və Təchizat İdarəsində sürücü işləyib.

    Məhkəməyə nəyə görə çağırıldığını unudan şahid tərəflərin suallarından sonra danışmağa başlayıb.

    Şahid deyib ki, təqsirləndirilən şəxslə təmasda olmayıb, işi göndərilən hədiyyələri daşımaq olub:

    “Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Z.T. var. Bir neçə dəfə səbətdə hədiyyə verib, onu idarəyə gətirmişəm. Bundan başqa, bayramlarda, ad günlərində hədiyyələr göndərilirdi, onları çatdırırdım. Amma səbətdə nə olduğunu bilmirəm”.

    Şahidin hazırkı ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyət olub.

    İttihamda yazılıb ki, Z.T. ilə Satınalmalar və Təchizat İdarəsi arasında 16 milyon 350 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, Z.T.-nin hesabına köçürülən həmin məbləğdən 400 min manat “otkat” kimi idarəyə qaytarılıb. Şahid həmin vaxt deyib ki, bir neçə dəfə Z.T.-dən kiçik bağlamalar götürərək təqsirləndirilən şəxsə çatdırıb, amma bağlamada nə qədər pul olduğunu bilməyib.

    Şahid əvvəlki ifadəsində dediklərini boynuna almayıb. İndiki ifadəsinin əsas götürülməsini istəyib. Təqsirləndirilən şəxs şahiddən səbəti təqdim etdiyi növbətçi otağının kimin qəbul otağının qarşısında olduğunu soruşub. Şahid bu sualdan yayınıb.

    “Məlikməmməd Qurbanovun müavini olmuş, hazırda idarə rəisi Elnur Kazımov o vaxt sizə göstərişlər veribmi?” – deyə vəkil Ceyhun Məmmədov sual verib. Şahid belə bir hal olmadığını deyib.

    Vəkil vəsatət qaldıraraq, şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Məhkəmə vəsatətə istintaqın sonunda baxılacağını bildirib.

    Məlikməmməd Qurbanovun sürücüsü işləmiş Zaman Əsədov da ifadəsində tapşırıqla müəyyən hədiyyə paketlərini ünvanlara çatdırdığını bildirib:

    “Polkovnik Qurbanov deyirdi, filan yerdə hədiyyə var, onu götür, gəl. Mən də həmin hədiyyələri gətirib ona verirdim. Məsələn, Z.T. balıq, mer-meyvə və s. göndərirdi”.

    M.Qurbanov keçmiş sürücüsünün dediklərini qəbul etməyib:

    “Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim. Mən lazım olan adamlarla görüşə şəxsən gedirdim, öz işimi özüm görürdüm”.

    İnformasiya texnologiyaları ilə məşğul olan şirkət əməkdaşı Ü.A. da şahid qismində ifadə verib. Ü.A.-nın təmsil etdiyi şirkət səkkiz ilə yaxındır Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik üçün İT avadanlıqlarının alınmasında şahid tərəf kimi iştirak edib. Şahid deyib ki, bütün işlər Məlikməmməd Qurbanovun müavini Elnur Kazımovla danışıq əsasında görülüb:

    “Elnur Kazımovla görüşürdük. Malların alınması ilə bağlı sorğu verirdi. Vəsait isə şirkətimizin bank hesabına köçürülürdü”.

    Prokuror Ziya Mansurov şahiddən köçürülən pulların müəyyən hissəsinin geri qaytarılması barədə soruşub:

    “Təklif etdilər ki, alınan malların dəyərindən artıq pul köçürək, həmin pulu nağd şəkildə geri ödəyək. Biz də razılaşdıq, qiymətləri dörd faiz şişirtdik. Sonradan həmin pul “otkat” formasında geri qaytarıldı”.

    M.Qurbanov deyib ki, şahidi bir dəfə görüb, heç vaxt alqı-satqı işi ilə bağlı danışığı olmayıb: “Nəcməddin Sadıkovun göstərişi ilə qəbul etmişdim. Kiberhücumla bağlı məsələ idi. Ondan sonra ünsiyyətim olmayıb”.

    Proses noyabrın 20-də davam etdiriləcək.

    Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

  • МИД Армении: Мир с Азербайджаном реален при исполнении Алматинской декларации

    Мир между Ереваном и Баку может наступить при условии исполнения Алматинской декларации 1991 года.

    Соответствующее условие назвал глава Министерства иностранных дел Армении Арарат Мирзоян в рамках своего выступления на пресс-конференции, в которой также принял участие его венгерский коллега Петер Сийярто.

    Армянский дипломат подчеркнул, что для долгосрочного мира необходимы действенные шаги, которые будут предпринимать все страны, относящиеся к региону.

    “Возможно достичь стабильного мира, заключения мирного договора между Арменией и Азербайджаном, если будет однозначным признание территориальной целостности Армении и Азербайджана, будет проведена делимитация границ на основе Алматинской декларации 1991 года и самых последних карт [времен] СССР”, – сказал он.

    Источник: РИА Новости

  • Ermənistan XİN: “Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi Azərbaycanla sülhü mümkün edəcək”

    İrəvanla Bakı arasında sülh 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi şərti ilə baş verə bilər.

    Bu şərti Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan macar həmkarı Peter Siyartonun da iştirak etdiyi mətbuat konfransında çıxışı zamanı söyləyib.

    Erməni diplomat vurğulayıb ki, uzunmüddətli sülh üçün regiona aid olan bütün dövlətlər təsirli addımlar atmalı, eləcə də maksimalist iddialardan imtina etməli olacaqlar.

    “Ermənistan və Azərbaycanın ərazi bütövlükləri birmənalı şəkildə tanınacağı, sərhədlərin delimitasiyasının 1991-ci ilin Alma-Ata bəyannaməsi və SSRİ-nin ən son xəritələri əsasında həyata keçiriləcəyi halda Ermənistan və Azərbaycan arasında sabit sülhə, sülh müqaviləsinin bağlanmasına nail olmaq mümkündür”, – deyə erməni diplomatiyasının rəhbəri bildirib.

    Mənbə: RİA Novosti

  • Gəncədə nənənin küçəyə atdığı azyaşlılarla bağlı – AÇIQLAMA

    Gəncədə nənənin küçəyə atdığı və Bakıdakı 1 saylı körpələr evinə yerləşdirilən iki azyaşlı Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasında müayinədən keçiriliblər.

    KTM-dən bildirilib ki, 2021-ci il təvəllüdlü Miriyusif Cəlilov və bacısı, 2023-cü il təvəllüdlü Mələyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub.

    Qeyd olunub ki, onların vəziyyətləri kafidir.

    Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

    Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.

    Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində körpələr evinə yerləşdiriliblər.

  • Лавров: РФ настроена на активную созидательную работу в формате каспийской “пятерки”

    Москва настроена на активную созидательную работу в формате каспийской “пятерки” (Азербайджан, Россия, Иран, Казахстан и Туркменистан) с целью упрочения позиций региона в качестве зоны плодотворного международного сотрудничества.

    Об этом заявил министр иностранных дел Российской Федерации (РФ) Сергей Лавров на первом заседании межведомственной комиссии по прикаспийскому сотрудничеству.

    Он указал, что совместная работа прикаспийских стран является “важным фактором в деле обеспечения безопасности, стабильности и устойчивого развития на всем пространстве Евразии”.

    В связи с этим глава МИД РФ также отметил, что международный транспортный коридор Север – Юг находится у российского руководства “на приоритетном контроле”.

    “Все эти направления требуют плотного взаимодействия с прибрежными государствами, гармонизации интересов, совместных действий в решении каспийских проблем”, – добавил он.

    Источник: ТАСС

  • Sergey Lavrovdan “Xəzər beşliyi” formatı barədə AÇIQLAMA

    “Rusiya region ölkələrinin “Xəzər beşliyi” (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) formatında beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi üçün fəal şəkildə işləmək fikrindədir”.

    Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər məsələləri üzrə İdarələrarası Komissiyanın ilk iclasında deyib.

    S.Lavrov qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti bütün Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm amildir.

    S.Lavrov əlavə edib ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya rəhbərliyinin prioritetindədir:

    “Bütün bu sahələr sahilyanı dövlətlərlə sıx qarşılıqlı əlaqə, maraqların uyğunlaşdırılması, Xəzər problemlərinin həllində birgə fəaliyyət tələb edir”.

  • Azərbaycan şahmatçısı dünya birinciliyində bürünc medal qazanıb

    Azərbaycan şahmatçısı Xaqan Əhməd Misirdə yeniyetmələr arasında keçirilən dünya birinciliyində bürünc medal qazanıb.

    O, 12 yaşlıların mübarizəsində 3-cü yeri tutub.

    8 xal toplayan şahmatçı fəxri kürsüyə yüksəlib. Bu yaş kateqoriyasında Vyetnam təmsilçisi Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb.

    12 yaşlılar arasında Paşam Əlizadə 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə şahmatçı 5-ci olub.

    8 yaşlı qızların mübarizəsində Mehriban Əhmədli yarışı 5-ci pillədə başa vurub.

  • İsmayıllıda kişi özünü yandırıb

    İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, bu gün saat 14 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Röyal Müşfiq oğlu Mirzəyev İsmayıllı Rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır.

  • Azərbaycanda tanınmış alim vəfat etdi – FOTO

    Tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Emil Kərimov vəfat edib.

    Bu barədə Tarix İnstitutundan xəbər verilib.

    O, 90 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub, 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb. O, 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstitutunun aspirantı olub. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləyib. 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olub.

    Emil Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyükdür. O, 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik edib.