Month: October 2023

  • Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinatlar olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.

    Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

  • В результате стрельбы в Северной Каролине погибли пять человек

    По меньшей мере пять человек погибли в результате стрельбы в округе Сэмпсон в штате Северная Каролина.

    Об этом сообщило местное отделение телекомпании NBC.

    По его данным, инцидент произошел в среду вечером. Тела были обнаружены около 23:40 по местному времени. Жертвами стрельбы стали четыре мужчины и одна женщина в возрасте от 30 до 80 лет.

    Полицейские считают, что дом, где произошла стрельба, мог быть использован для торговли наркотиками.

  • Şimali Karolinada silahlı insidentdə 5 nəfər ölüb

    Şimali Karolinanın Sempson dairəsində silahlı insidentdə 5 nəfər ölüb.

    Bu barədə NBC-nin yerli şöbəsi məlumat yayıb.

    Bildirilib ki, insident çərşənbə günü baş verib. Meyitlər yerli vaxtla 23:41-də tapılıblar. Qeyd olunub ki, hadisənin qurbanı yaşı 50-80 arası olan dörd kişi və bir qadın olub.

    Polis hesab edir ki, olayın baş verdiyi ev narkotik ticarəti üçün istifadə olunmuş ola bilər.

  • В Кабуле произошел взрыв, есть погибшие и пострадавшие

    По меньшей мере два человека погибли, девять получили ранения в результате взрыва в столице Афганистана Кабуле.

    Об этом сообщил телеканал TOLOnews со ссылкой на пресс-секретаря полицейского управления Кабула Халида Задрана.

    По его информации, взрыв произошел на рынке.

    На место происшествия выехала полиция. Пока не установлено, что стало причиной взрыва.

  • Kabildə partlayış olub, ölənlər və yaralananlar var

    Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb.

    Median.Az “TOLOnews”a istinadən xəbər verir ki, bu barədə Kabilin polis idarəsinin sözçüsü Xalid Zadran deyib.

    Onun məlumatına görə, partlayış bazarda olub.

    Hadisə yerinə polis cəlb olunub. Partlayışa nəyin səbəb olduğu bəlli deyil.

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir rayonda qaz kəsiləcək

    “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından 27.10.2023-cü il tarixdə saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, təmir işləri görülən müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Rusiya HƏMAS nümayəndələrini qəbul etdiyi üçün İsrail tərəfindən tənqid olunub

    İsrail Rusiyanı HƏMAS nümayəndə heyətini Moskvada qəbul etdiyinə görə tənqid edib.

    Rəsmi qəbul 7 oktyabr hücumuna görə HƏMAS-ı qınayan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Rusiya tərəfindən veto qoyulmasından bir gün sonra baş verib.

    “İsrail HƏMAS nümayəndələrinin Moskvaya dəvət edilməsini terroru dəstəkləyən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi qiymətləndirir”, – deyə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat “Haaretz” nəşrinə bildirib.

    Nəşr qeyd edib ki, İsrailin Rusiyaya qarşı ictimai tənqidinə nadir hallarda rast gəlmək olar.

  • Akop Vardanyan: “Ermənistan Azərbaycandan qaz almağa hazırdır”

    “Ermənistan ölkələrimiz arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”.

    Ermənistan mediasının məlumatına görə, bu sözləri Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.

    “Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizi qazla təchiz etmək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, – Vardanyan öz fikrini bölüşüb.

  • Azərbaycanda dəhşətli cinayət – Yandırılmış meyitin kimliyi məlum oldu – yenilənib

    Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.

    Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.

  • Əməkdar artist Aygün Bəylərin səhhəti ilə bağlı AÇIQLAMA

    “Əməkdar artist Aygün Bəylərin səhhətində heç bir problem yoxdur”.

    Bu barədə oxu.az-a Əməkdar artistin yaxınlarından biri məlumat verib.

    İfaçının yaxınlarından verilən məlumata görə, o qan analizi üçün xəstəxanaya üz tutub:

    “Aygün xanımın xəstəxanaya yatırılması ilə bağlı yayılan xəbərlər yalandır. Reytinq xətrinə yanlış məlumatlar verirlər. Hər kəs narahat olub. Aygün Bəylərin səhhətində heç bir problem yoxdur. Evdədir. Hər şey qaydasındadır.

    Qan analizi verən zaman fotosu çəkilib, paylaşılıb. Dünəndən bu günə qədər yüzlərlə zəng gəlib. Diqqətiniz üçün təşəkkür edirik. Bir daha demək istəyirəm ki, narahat olmayın. Aygün xanım yaxşıdır”.

    Xatırladaq ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

    Nəzrin Vahid