Month: October 2023

  • 41 yaşlı kişi öz avtomobilində qətlə yetirildi

    Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, bu gün Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

    Araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu 1982-ci il təvəllüdlü Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

    Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Известный азербайджанский диктор скончался во время волейбольного матча

    Во время волейбольного матча между клубами “Харыбюлбюль” (Шуша) и “Спартак” (Словакия) в рамках Кубка Челлендж внезапно ухудшилось состояние известного диктора Рамиза Гафарова.

    Как сообщает prosport.az, Р.Гафаров, который должен был комментировать эту игру, потерял сознание.

    На место происшествия был привлечен медперсонал, но, несмотря на усилия медиков, спасти ему жизнь не удалось.

  • Ramiz Qafarov oyun vaxtı vəfat etdi

    Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

    Məlumata görə, onun “Spartak” – “Xarı bülbül” voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Ramiz Qafarov həm də, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.

  • Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub.

    İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

    Araşdırma aparılır.

  • Lənkəranda yandırılmış vəziyyətdə meyit tapılıb

    Lənkəran rayonunda meyit tapılıb.

    Lənkəran rayonunun “Kiçik bazar” deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

    Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

    Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

    ///Report

  • Meksikada “Otis” qasırğası nəticəsində 27 nəfər ölüb, 4 nəfər itkin düşüb

    Əvvəllər Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər güclənən Sakit Okeanın “Otis” qasırğasının Meksika ərazisindən keçməsi nəticəsində azı 27 nəfər həlak olub.

    Bu barədə ölkənin ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Rosa İsela Rodriqes bildirib.

    O deyib ki, Gerrero əyalətinin hökuməti tərəfindən verilən hesabatlara görə 27 nəfər ölüb, 4 nəfər itkin düşüb.

    “Otis” qasırğası gecə saatlarında Akapulko şəhəri yaxınlığında olub. Qeyd olunur ki, qasırğa daxilində küləyin maksimal sürəti 75 m/s-ə çatıb.

  • Duş başlığından xəstəlik axır – Dərhal təmizləyin

    Legioner xəstəliyi olaraq bilinən duş başlığı xəstəliyi son günlərin ən çox yayılmış və araşdırılan mövzularından biridir.

    Bakupost.az xəbər verir ki, Vektor adlı fenomenin duş başlığını təmizləyən görüntüləri sosial mediada yayıldıqdan sonra hər kəs narahat olub.

    Duş başlığı xəstəliyi kimi tanınan bu hal ciddi sağlamlıq problemlərinə səbəb olur.

    Belə ki, isti və nəm yerlərdən istifadə edən mikrob duş başlığına yerləşir və orada çoxalmağa başlayır.

    İnsanlar duş qəbul edərkən duş başlığından bu mikrobları bədənlərinə götürürlər. Mikrob kiçik su damcıları ilə ağciyərlərə daxil ola bilir.

    Qorunma yolları

    Duş başlığını mütəmadi olaraq dəyişdirin.

    Duş başlığının üzərinə plastik bir torba qoyun, sirkə və ya ağardıcı ilə təmizləyin.

    Duş başlığını quru saxlayın.

  • Vatsapla bağlı əhaliyə rəsmi MÜRACİƏT

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETX) Vatsap proqramında istifadəçi təhlükəsizliyi ilə bağlı məlumat paylaşıb.

    Məlumatda istifadəçi hesabına bağlı olan cihazların mütəmadi yoxlanılması tövsiyə olunur.
    “Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin”, – deyə bildirilib.

  • В Иране состоятся масштабные учения с привлечением всех видов военной техники

    Вооруженные силы Ирана в ближайшие дни проведут масштабные учения своих сухопутных войск с привлечением всех видов военной техники.

    Об этом сообщает агентство Tasnim.

    Учения получили названия “Эктэдар 1402” (“Мощь 2023”). Они будут проходить в районе Насрабада, недалеко от города Исфахан, расположенного в центральной части Ирана.

    В учениях будут задействованы бронетанковые, артиллерийские, ракетные, воздушно-десантные, беспилотные и т.д. подразделения с привлечением всех видов техники, состоящих на вооружении армии республики.

  • İran genişmiqyaslı təlimlər keçirəcək

    İranın Quru Qoşunları yaxın günlərdə bütün növ hərbi texnikanın cəlb olunduğu genişmiqyaslı təlimlər keçirəcək.

    Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Təlimlər “Ektedar 1402” (“Güc 2023”) adlanır və İranın mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığındakı Nəsrabad bölgəsində baş tutacaq.