Month: October 2023

  • Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? – Deputat açıqladı

    Cari ay ərzində “Muğan Bank”ın lisenziyası ləğv edildi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

    Bundan bir müddət öncə isə Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan olunub.

    Bəs hazırda ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? Bu halların qarşısı necə alına bilər ?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Muğan Bank” aktivlərinin həcminə görə Azərbaycanda faliyyət göstərən 24 bankdan 16-cı idi.

    “Azərbaycanda aktivlərinin həcmi az olan banklar fəaliyyət göstərir. Amma təbii ki, aktivlərin həcmi yeganə meyar deyil. Burada digər meyarlar da var. Eyni zamanda, bu ilin 9 ayında “Muğan Bank”la yanaşı, başqa bankda da zərər qeydə alınıb. Bu ondan xəbər verir ki, nisbətən zəif hesab edilən bankların sağlamlaşdırılması ilə bağlı proqramın hazırlanıb icra edilməsinə ehtiyac var. Bununla da biz növbəti dövrdə bankların müflisləşməsini deyil, onların sağlaşdırılmasını müşahidə etməliyik. Həmin bankların ciddi şəkildə dəstəklənməsi ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var”, – deyə o əlavə edib.

    Deputat əlavə edib ki, ümumiyyətlə, bank sektorunda şəffaflığın artırılmasına, daha səmərəli, çevik menecmentin qurulmasına dəstək göstərilməsinə ehtiyac var.

    “Xüsusən bankdaxili idarəetmədə şəffaflığın təmini sahəsində fəaliyyətin gücləndirilməsi önəmlidir. Çünki müflis olan bankların təcrübəsi göstərir ki, yaranan problemlərdən biri bankdaxili idarəetmədə şəffaflığın zəif olmasıdır”, – deyə V.Bayramov əlavə edib.

  • Polşada azərbaycanlı qətlə yetirilib

    Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini 40 yaşlı Famil Musayev qətlə yetirilib.

    Məlumata görə, F.Musayev oktyabrın 20-də öldürülüb.

    Bildirilir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib.

    Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Hazırda F.Musayevin cənazəsinin Gürcüstana gətirilməsi üçün işlər aparılır.

    Mənbə: 24News.ge

  • Организатор акций с сожжением Корана будет выслан из Швеции

    Организовавший акции с сожжением Корана Салван Момика будет депортирован из Швеции.

    Об этом сообщают местные СМИ со ссылкой на Миграционное управление Швеции.

    Отмечается, что С.Момику не будет продлен вид на жительство. Ему также запретят возвращаться в королевство в течение пяти лет.

    Источник: ТАСС

  • İsveçdə Quranı yandıran şəxs ölkədən qovulacaq

    İsveçdə mütəmadi olaraq Quranın yandırılması ilə bağlı aksiyalar təşkil edən iraqəsilli miqrant Salvan Momika ölkədən deportasiya ediləcək.

    Bu barədə İsveç Miqrasiya Agentliyi məlumat yayıb.

    Bildirilib ki, onun yaşayış icazəsi uzadılmayacaq və krallığa qayıtması beş il müddətinə qadağan ediləcək.

    Mənbə: TASS

  • Азербайджанские спортсмены завоевали 12 медалей во второй день “Мингячевирской регаты-2023”

    Во второй день международного турнира по академической гребле, гребле на байдарках и каноэ “Мингячевирская регата – 2023”, организованного совместно Министерством молодежи и спорта и Федерацией гребли и каноэ Азербайджана, азербайджанские спортсмены завоевали 12 медалей.

    Как сообщает находящийся в Мингячевире сотрудник report, в соревнованиях с участием 14 команд из 8 стран наши гребцы завоевали 3 золотые, 4 серебряные и 5 бронзовых медалей.

    Отметим, что международный турнир “Мингячевирская регата – 2023” завершится 27 октября. В первый день турнира наши гребцы завоевали 2 золотые, 1 серебряную и 1 бронзовую медали.

  • “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal qazanıblar

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan idmançıları 12 medal qazanıblar.

    Report-un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda avarçəkənlərimiz 3 qızıl, 4 gümüş, 5 bürünc medala yiyələniblər.

    Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri tutub.

    Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. O, ötən gün 1000 metr məsafəyə yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

    İki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Fuad Məmmədov – Fikrət Həsənov cütlüyü ikinci olub.

    İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Qiyas Əhmədov – Riad İsmayılzadə cütlüyü finişə birinci çatıb. Sübhan Həsənov – Rəşad Dadaşov dueti isə bürünc medala yiyələnib.

    İki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü oğlanların yarışında Nurəddin Əliyev – Məhəmməd Abdullayev tandemi üçüncü yerin sahibi olub.

    Bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların çıxışında Sənan Məmmədov “gümüş” əldə edib.

    Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılardan Əlimurad Hacızadə finişə üçüncü çatıb.

    İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə hər üç medala Azərbaycan idmançıları yiyələniblər. Qiyas Əhmədov – Riad İsmayılzadə tandemi çempion olub. Bu, onların gün ərzində ikinci “qızıl”ı olub. Sübhan Həsənovla Rəşad Dadaşovun təşkil etdiyi cütlük gümüş, Emil Zeynalov – Rüfət Həsənzadə cütlüyü isə bürünc medal qazanıb.

    Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. İlk gündə avarçəkənlərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

  • Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi başlanıb – YENİLƏNİB

    Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi başlanıb.

    Bu barədə Xətai rayon prokurorluğundan bildirilib.

    Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

    ***

    Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub.

    İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

    Araşdırma aparılır.

  • Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub

    Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumu keçirilib.

    Median.Az xəbər verir ki, tədbirdə 60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndə iştirak edib.

    Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçəcək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.

    Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin himayəsi ilə keçirilən Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır.

    Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.

    Beynəlxalq tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir. Tədbirə, həmçinin Monteneqro və Ermənistanın hökumət başçıları da qatılıblar.

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili son illər İpək Yolunun inkişafı, irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin inkişaf perspektivləri və gələcəkdə görülməsi vacib tədbirlər barədə danışıb, regionda sülhün və sabitliyin vacibliyini xüsusi qeyd edib.

    Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında ölkəsinin regional nəqliyyat layihələrində iştirakda maraqlı olduğunu, bunun üçün lazımi addımların atıldığını bildirib, habelə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərini bölüşüb.

    Azərbaycanın Baş naziri Əli Əsədov çıxışında Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrdən, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb.

    Monteneqronun hökumət başçısı da ölkəsinin İpək Yoluna verdiyi diqqətdən, irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söhbət açıb.

    Sonra forum panel iclaslarda işini davam etdirilib.

    İpək Yolu Forumunun Orta Dəhlizə həsr edilmiş panel müzakirəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Orta Dəhliz Şimal Dəhlizindən daha təhlükəsiz, okeanlardan isə daha sürətlidir.

    İkinci paneldə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı Dəniz Limanı çox strateji məkanda yerləşir. Limanda yaradılan şərait ekoloji cəhətdən təmiz, yüksək texnologiyalarla və sağlamlığı təmin edən şəkildə qurulub.

    Forum işini oktyabrın 27-də davam etdirəcək.

    Qeyd edək ki, Tbilisi İpək Yolu Beynəlxalq Forumu 2015-ci ildən etibarən iki ildə bir dəfə keçirilir.//report.az

  • Netanyahu ilk dəfə etiraf etdi: “Mən məsuliyyət daşıyıram…”

    “HƏMAS-ın oktyabrın 7-də qanlı işğalına səbəb olan uğursuzluqlara görə hər kəs, o cümlədən mən də cavab verməli olacağıq”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda çıxışı zamanı deyib.

    O bildirib ki, dağıdıcı hücumu qabaqcadan görməyən hər kəs ən azından bunun məsuliyyətini öz üzərinə götürəcək.

    Lakin onun sözlərinə görə, əvvəlcə İsrail “var olmaq uğrunda mübarizə” adlandırdığı qələbəni qazanmalıdır. Netanhayu vəd edib ki, HƏMAS-ı məhv etmək və girovları geri qaytarmaq uğrunda tezliklə Qəzza zolağına qurudan hücum həyata keçiriləcək.

    “7 oktyabr tariximizə qara gün kimi düşdü. Biz cənub sərhədində və Qəzza zolağının ətrafındakı ərazidə baş verənləri dərinliyinə qədər araşdıracağıq”, – deyə Benyamin Netanyahu qeyd edib.

    “Baş verən fəlakət tam şəkildə araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək”, – deyə o əlavə edib.

    Netanyahu baş nazir kimi ölkənin gələcəyinə cavabdeh olduğunu nəzərə çatdırıb. “Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində sarsıdıcı qələbəyə aparmaqdır. İndi vahid məqsəd üçün qüvvələri birləşdirməyin vaxtıdır: qələbəyə doğru irəliləmək… işimizin ədalətliliyinə dərin inamla”, – deyə İsrailin baş naziri vurğulayıb.

    Qeyd edək ki, İsrailin bir sıra yüksəkrütbəli rəsmiləri son həftələrdə minlərlə HƏMAS terrorçusunun Qəzza sərhədini keçməsinə, 1400 nəfərin (əksəriyyəti mülki vətəndaş) ölümünə və ən azı 224 nəfərin əsir düşməsinə səbəb olan kütləvi uğursuzluqlara görə məsuliyyəti öz üzərilərinə götürdüklərini bəyan etsələr də, Netanyahu bu istiqamətdə hər hansı açıqlama verməmişdi.

    Baş nazir, həmçinin müharibə başlayandan bəri jurnalistlərin suallarını da cavablandırmamış, yerli və xarici mediaya müsahibə verməmişdi.

  • Стали известны некоторые детали убийства 41-летнего мужчины в Шекинском районе – ОБНОВЛЕНО

    В прокуратуру Шекинского района из Центральной районной больницы поступила информация о смерти человека от полученных колото-резаных ранений.

    Как сообщили в надзорном органе, в результате проведенного расследования возникли основательные подозрения в том, что житель села Ашагы Кюнгют Джавид Исаев (1988 г.р.) в ходе возникшего конфликта в своем автомобиле убил путем нанесения ножевых ранений жителя Огузского района Асифа Гашимова (1982 г.р.). После этого Дж.Исаев добровольно сдался полиции и был задержан в качестве подозреваемого.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело по статье 120.1 УК АР (Умышленное убийство), ведется следствие.

    Представитель районной Исполнительной власти (ИВ) в селе Ашагы Кюнгют Эльсевяр Гасымов рассказал Report, что погибший А.Гашимов (1982 г.р.) был прописан в Огузском районе.

    “После того как он создал семью с женщиной из села Ашагы Кюнгют, пара стала проживать здесь в съемном жилье. Подозреваемый в совершении убийства Джавид Исаев (1988 г.р.) является братом супруги покойного”, – продолжил представитель ИВ.

    По его словам, до этого какой-либо вражды между шурином и зятем замечено не было. Как рассказали местные жители, повздорив на территории села, А.Гашимов и Дж.Исаев сели в автомобиль и уехали для выяснения отношений.

    ***

    В Шекинский ГРОП поступила информация о том, что 26 октября примерно в 16:00 от полученных колото-резаных ранений скончался Асиф Гашимов (1982 г.р.).

    Об этом сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел Азербайджана.

    Отмечается, что подозреваемый в совершении этого преступления местный житель Джавид Исаев (1988 г.р.) в добровольном порядке сдался полиции.

    По данному факту проводится расследование.