
В Сумгайыте пропал 60-летний мужчина.
Как сообщает АПА, местный житель Кянан Мустафаев вышел из дома, расположенного на территории под названием “Бетонный завод”, и больше не вернулся.
По данному факту ведется расследование.

В Сумгайыте пропал 60-летний мужчина.
Как сообщает АПА, местный житель Кянан Мустафаев вышел из дома, расположенного на территории под названием “Бетонный завод”, и больше не вернулся.
По данному факту ведется расследование.

Sumqayıtda 60 yaşlı kişi itkin düşüb.
APA xəbər verir ki, şəhər sakini, Kənan Möylam oğlu Mustafayev “beton zavod” adlanan ərazidə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəhman Salahovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 14 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bakı Yaşayış Kompleksi”nin həyətində qeydə alınıb.
Belə ki, Rəhman Salahov işlədiyi həmin ərazidə iş yoldaşı, zərərçəkmiş Mirəli Qafarzadə (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan siqaret istəməsi olub. O, Mirəliyə siqaretinin olmadığını deyib. Bu zaman zərərçəkmiş şəxs onu söyüb. Nəticədə Rəhman naməlum deşici-kəsici alətlə Mirəli Qafarzadənin döş qəfəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.
Daha sonra Rəhman Salahov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Азербайджан также готов к открытию коммуникаций в регионе Южного Кавказа.
Как передает Report, об этом заявил премьер-министр Азербайджана Али Асадов на IV Международном форуме Шелкового пути в Тбилиси в ответ на заявление главы правительства Армении Никола Пашиняна.
“Азербайджанская сторона заинтересована в открытии коммуникаций, но это зависит не только от нас. Мы готовы начать процесс, если другая сторона изъявит такое желание”, – сказал он.
Али Асадов подчеркнул, что Азербайджан наладил прочные торгово-экономические связи с тремя из пяти стран региона.
“Азербайджан сразу же после окончания второй Карабахской войны выступил с инициативой относительного мирного договора [с Арменией]”, – добавил премьер-министр.

“Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda bildirib.
“Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən, kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”, – Azərbaycanın baş naziri qeyd edib.

Агентство Азербайджана по разминированию распространило информацию в связи со взрывом мины, произошедшим в Тертерском районе.
Отмечается, что 26 октября в освобожденной от оккупации части района на территории, не очищенной от мин, произошел минный инцидент.
“В результате взрыва противотанковой мины житель Джалилабадского района Эльчин Велиев (1970 г.р.), выполнявший на тракторе посевные работы, получил травмы различной степени тяжести. Пострадавшему ампутировали правую руку.
Агентство еще раз призывает граждан не заходить в опасные зоны, быть ответственными, соблюдать необходимые правила!” – подчеркивается в информации.
* * * * *
Утром 26 октября в полицию поступила информация о том, что на территории села Талыш Тертерского района тракторист Эльчин Велиев (1970 г.р.) подорвался на мине. Инцидент произошел во время работы на сельскохозяйственном поле.
В региональной группе пресс-службы МВД сообщили, что гражданин был вывезен с территории и доставлен в больницу.
В результате полученных травм ему ампутировали одну руку.
По данному факту проводится расследование.
* * * * *
26 октября около 07:00 в прокуратуру Тертерского района поступила информация о том, что в результате подрыва на мине на территории села Талыш Эльчин Велиев (1970 г.р.) получил травмы различной степени тяжести.
Об этом сообщили в пресс-службе Генпрокуратуры Азербайджана.
Согласно данным, сотрудники надзорного органа провели осмотр места происшествия и другие необходимые следственные действия.
В настоящее время по данному факту в районной прокуратуре проводится расследование.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı barədə məlumat yayıb.
Qurumdan verilən məlumatda bildirilib ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
“Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elçin Xanbala oğlu Vəliyev xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, – deyə məlumatda vurğulanıb.
* * * * *
Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Elçin Xanbaba oğlu Vəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Oktyabrın 26-sı saat yeddi radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

26 октября состоялась церемония официального открытия Гарадагской солнечной электростанции (СЭС) мощностью 230 МВт.
Как сообщает АЗЕРТАДЖ, в церемонии принял участие Президент Азербайджанской Республики Ильхам Алиев.

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Sumqayıt Apellyasiya Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirləndirilən Amid Qafarov və Famil Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.
Xızı Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
Rəsmi məlumata əsasən, 2022-ci il avqustun 10-da saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan VAZ-21093 markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı Dövlət Yol Polisi bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.