Month: October 2023

  • MN: “Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib”

    Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

    “Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur”, – nazirlikdən bildirilib.

  • “BakuBus” sürücüsü və sərnişin arasında dava düşüb – VİDEO

    Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.

    “Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.

  • Baş Prokurorluqdan MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi cinayət işi ilə bağlı AÇIQLAMA

    “Qanunvericiliyin tələblərinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməli olduğu halda təəssüflər olsun ki, bəzi media və sosial şəbəkə səhifələrində hazırda məhkəmə baxışında olan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi iş üzrə cinayət təqibinə dair detalların məqsədli və mütəmadi şəkildə ictimailəşdirilməklə guya qanun pozuntularına yol verilməsi barədə təhrif olunmuş məlumatlar yayılır”.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə baxışında olan cinayət işi üzrə əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.

    “Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və əsassız məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”, – qurumdan bildirilib.

  • В Казахстане новая вспышка сибирской язвы

    Вспышку сибирской язвы выявили в Карагандинской области в селе Топар (Казахстан) – там уже ввели карантин.

    Диагноз подтвердился у трех сельчан после убоя заболевшего бычка. Еще два человека находятся под наблюдением врачей с подозрением на сибирскую язву. Выявлено 30 контактных лиц – за ними тоже наблюдают.

    На въезде в поселок установили пост для санобработки автомобилей. Второй въезд полностью закрыли. Передвижение жителей не ограничено.

    Запрещен вывоз скота и молочной продукции, сообщает акимат области.

    ️В поселке хотят объявить ЧС техногенного характера, проект документа появился на специальном сайте.

    Источник: Sputnik Казахстан

  • Qazaxıstanda qarayara epidemiyası: Karantin rejimi tətbiq edildi

    Qazaxıstanın Qaraqanda vilayətinin Topar kəndində qarayara xəstəliyi aşkarlanıb.

    Məlumata görə, üç kənd sakinində diaqnoz artıq təsdiqlənib. Daha iki nəfər qarayara şübhəsi ilə həkim nəzarətindədir. Müraciət edən 30 şəxs müəyyən edilib və onlar da nəzarət altında saxlanılır.

    Kəndin girəcəyində avtomobillərin sanitar emalı üçün post quraşdırılıb və ərazidə karantin rejimi tətbiq edilib. İkinci giriş isə tamamilə bağlanıb. Bununla belə, sakinlərin hərəkəti məhdudlaşdırılmayıb.

    Bölgə administrasiyası xəbər verir ki, heyvandarlıq və süd məhsullarının ixracı qadağan olunub.

    Mənbə: Sputnik Qazaxıstan

  • Anasını baltalayan şəxsə həbs cəzası verilmədi

    Xaçmazda anasını balta ilə öldürməkdə ittiham olunan Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət törədərkən və hazırkı müddətdə anlaqsız vəziyyətdə olduğunu deyib. Bununla bağlı ekspertiza rəyləri də iş materiallarına əlavə edilib.

    Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti məhkəməyə təqdim edilmiş ekspert rəylərini iş üçün əhəmiyyətli hesab edib.

    Hökmə əsasən, 44 yaşlı R.Sultanov cinayət hadisəsini anlaqsız vəziyyətdə törətdiyinə görə cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında Xaçmaz rayonunun Əzizli kəndində qeydə alınıb.

    İttihama görə, 44 yaşlı R.Sultanov 67 yaşlı anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra kənddən qaçıb, 17 gün sonra Xaçmaz rayonunun mərkəzində saxlanılıb.

    Ona qarşı cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Sabahın hava proqnozu açıqlandı

    Ölkə ərazisində oktyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

  • Cəlilabadda bıçaqlanma hadisəsi kameraya düşdü – VİDEO

    Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.

    Yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirzəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

    “Xəzərxəbər” hadisənin görüntülərini yayıb.

    Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.

    İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakinlərindən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra naməlum şəxs onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Община: Наша единственная цель – обеспечить мирное возвращение азербайджанцев на родину своих предков в РА

    Община Западного Азербайджана не имеет никаких территориальных претензий к Армении. Основная цель общины – обеспечить мирное возвращение азербайджанцев на родину своих предков в Армению (РА).

    Об этом говорится в заявлении общины.

    Отмечается, что реакция Армении на встречу представителей общины с комиссаром Совета Европы по правам человека Дуней Миятович, проведение на днях в Варшаве мероприятия в рамках конференции ОБСЕ, а также участия в мероприятии Управления верховного комиссара ОБСЕ по делам национальных меньшинств в Гааге, еще раз показывают уровень этнической ненависти к азербайджанцам в политике этого государства: “Тем самым Армения продемонстрировала свою нетерпимость к свободе слова и деятельности гражданского общества”.

    “Община Западного Азербайджана в очередной раз заявляет, что мы не имеем претензий к суверенитету и территориальной целостности Армении, и наша единственная цель – обеспечить мирное возвращение азербайджанцев на родину предков в Армении”, – говорится в заявлении общины.

  • “Qərbi Azərbaycan İcmasının Ermənistanın ərazi bütövlüyünə qarşı heç bir iddiası yoxdur” – BƏYANAT

    “Qərbi Azərbaycan İcmasının məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir”.

    Bu, İcmanın yaydığı bəyanatda öz əksini tapıb.

    Bildirilib ki, Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir:

    “Bununla, Ermənistan həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.

    Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü bildirir. Qərbi Azərbaycan İcması bir daha qeyd edir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir”.