Month: October 2023

  • Beynəlxalq axtarışa verilən şəxs Polşadan Azərbaycana gətirilib

    Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli səviyyədə və müxtəlif beynəlxalq platformalar çərçivəsində sıx işgüzar fəaliyyət davam etdirilir.

    Bu barədə Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, təkcə bu ay ərzində üç nəfər şəxs Böyük Britaniyadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya edilib.

    Bundan əlavə, qabaqcadan bir qrup şəxslə əlbir olaraq oğurluq cinayətinin (AR Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Səxavət Niftalıyevin yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.

    Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Polşanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə olunub.

    Oktyabrın 26-da Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən həmin şəxs Polşadan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

    Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • ABŞ astronomları: “Serera cırtdan planetində həyat mövcud ola bilər”

    Con Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında çalışan alimlərin fikrincə, orbiti Mars və Yupiter arasında yerləşən Serera cırtdan planetində həyatın mövcud ola bilməsi mümkündür.

    Serera qurşağında yerləşdiyi asteroidlərdən fərqli olaraq, düzgün sferik formaya malikdir və onun diametrinin təxminən 950 kilometr olması onu kosmik qırıntılar arasında ən böyük obyektə çevirir.

    NASA tərəfindən buraxılmış “Down” zondu ilə ötürülən materialları öyrənən alimlər belə qənaətə gəliblər ki, Sereranın səthində təkcə sudan əmələ gələn buz deyil, həm də, ehtimal ki, meteoritlərin təsirindən yaranan mürəkkəb üzvi birləşmələr var. Su və üzvi maddələrin mövcud olması isə həyatın yaranmasının əsas amilidir.

    Mənbə: aif.ru

  • Həkim bədəndəki göyərmələri təhlükəli xəstəliyin əlaməti adlandırıb

    “Kiçik bir travmadan sonra çox böyük göyərmə sahəsi yaranırsa, diqqətli olmaq lazımdır”.

    Bunu rusiyalı terapevt Darya Miftaxova deyib. Həkim hansı hallarda bu simptomlarla üzləşdikdə mütəxəssisə müraciət etməli olduğumuzu izah edib.

    Miftaxovanın sözlərinə görə, yüngül zərbələrdən sonra yaranan böyük göyərmə sahələri qanın kifayət qədər laxtalanmaması səbəbindən yarana bilər. Bunun səbəbi trombositlərin qanda səviyyəsinin aşağı olması və ya laxtalanma faktorlarında çatışmazlıq ola bilər. Həkim xəbərdarlıq edib ki, bu halda qanaxma həyati təhlükə yarada bilər.

    “Həmçinin bədəndə eyni vaxtda yaranan və ölçüsü bir santimetrdən çox olan çoxlu sayda göyərmə olduqda diqqətli olmalısınız”, – deyə terapevt Darya Miftaxova bildirib.

    Bundan əlavə, əgər göyərmələr tez-tez baş verir və qəfil qanaxma ilə müşayiət olunursa, xüsusən də oynaqlarda, əzələlərdə və yumşaq toxumalarda, həkimlər hemofiliyadan şübhələnə bilərlər.

    “Bədəndə tez-tez çox sayda iri həcmli göyərmələr yaranarsa, həkimə müraciət etməlisiniz. Xəstədə qanaxma pozğunluğuna dair şübhə varsa, ona trombositlərin miqdarı, PT (protrombin vaxtı) və APTT (aktivləşdirilmiş qismən tromboplastin vaxtı) müəyyən edilməsi üçün analizlər təyin edilməlidir.

    Mənbə: Lenta.ru

  • Liviya İsraili dəstəkləyən dövlətlərin səfirlərindən ölkəni tərk etmələrini tələb etdi

    Liviya Nümayəndələr Palatası (parlament) İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını dəstəkləyən dövlətlərin səfirlərindən ölkəni tərk etmələrini tələb edib.

    Bu barədə Liviya parlamentinin iclasında qəbul edilmiş bəyanatda bildirilib.

    Qeyd olunub ki, bununla bağlı liviyalı deputatlar İsraili dəstəkləyən ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın mövqeyini pisləyiblər.

    Bundan əlavə, parlamentarilər Fələstinə qarşı əməliyyatlara son verilməsə, İsraili dəstəkləyən ölkələrə neft və qaz ixracını dayandırmağa çağırıblar.

    Mənbə: TASS

  • В Гяндже 33-летнему мужчине нанесли ножевые ранения

    В городе Гянджа произошла поножовщина.

    Как передает АПА, случай зафиксирован в поселке Гюлюстан.

    Согласно информации, Эльшад Нагиев (1990 г.р.) был госпитализирован в тяжелом состоянии с диагнозом “ножевое ранение”. По предварительным данным, некие лица нанесли мужчине в его доме несколько ножевых ранений.

    На место происшествия незамедлительно прибыли сотрудники полиции.

    По данному факту проводится расследование.

  • Gəncədə 33 yaşlı kişi evində tanımadığı şəxslər tərəfindən bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

    1990-cı il təvəllüdlü Elşad Nağıyev bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, E.Nağıyev yaşadığı evdə tanımadığı bir neçə nəfər tərəfindən bıçaqlanıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку жильцы здания жалуются на неправильное расположение мусорных контейнеров – ВИДЕО

    Мусорные контейнеры, установленные у входа в жилое здание в Бинагадинском районе Баку, создают антисанитарную ситуацию.

    Так, граждане, проживающие по адресу: улица Джавадхана, 3А, жалуются на неприятный запах и сужение и без того узкого прохода из-за этих емкостей.

    По их словам, проблему можно решить, если поменять место расположения мусорных баков.

    Подробнее – в сюжете:

  • Bakıda qoyulan tullantı qabları antisanitar vəziyyət yaratdı – VİDEO

    Bakının Binəqədi rayonunda yaşayış binasının girişinə qoyulan tullantı qabları antisanitar vəziyyət yaradıb.

    Belə ki, rayonun Cavadxan küçəsi, 3A ünvanında yaşayan sakinlər ətrafa yayılan xoşagəlməz qoxudan və onsuz da dar olan küçənin bir az da tullantı qablarına görə daralmasından şikayətçidir.

    Onların sözlərinə görə, zibil qutularının yeri dəyişdirilərsə problem öz həllini tapacaq.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • İsrail mətbuatı: Beyrutda “Hizbullah”ın başçısı ilə HƏMAS nümayəndəsi arasında gizli görüş olub

    Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı ilə Fələstinin “HƏMAS” və “İslami cihad” qruplarının başçıları arasında görüş baş tutub.

    Məlumatı İsrail mətbuatı yayıb.

    Bildirilir ki, görüşdə “Hizbullah” lideri Həsən Nəsrullah, HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri və “İslami Cihad”ın lideri Ziyad ən-Nahal iştirak ediblər.

    Gizli təşkil edilən görüş Livanın paytaxtı Beyrutda baş tutub.

    Qeyd olunur ki, hər üç qruplaşmanın rəhbəri bölgədəki son vəziyyəti müzakirə edib və İsrailə qarşı birgə fəaliyyət planını müzakirə ediblər.

    Mənbə: The Times of Israel

  • На дороге Зиря – Тюркян мотоцикл столкнулся с КАМАЗ: есть погибший

    На трассе Зиря – Тюркян произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как сообщает АПА, КАМАЗ, за рулем которого находился Ульви Велиев (1992 г.р.), столкнулся с мотоциклом, которым управлял Эльнур Джебраилов (2006 г.р.).

    В результате ДТП Э.Джебраилов скончался в больнице, а пассажир мотоцикла Кянан Алиев (2009 г.р.) получил травмы.

    По данному факту ведется расследование.