Month: October 2023

  • Azərbaycanlılar ən çox bu ölkələrə səyahət edir – Siyahı

    2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, gələnlərin 31,0 faizi Rusiya Federasiyası, 17,8 faizi Türkiyə, 7,5 faizi İran, 5,0 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,7 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Çin və Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olub.

    Bildirilib ki, gələnlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Cənubi Koreyadan – 3,4 dəfə, Türkmənistandan – 2,9 dəfə, Hindistandan – 2,1 dəfə, Polşadan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Misirdən – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Bəhreyndən – 1,6 dəfə, Belarusdan – 1,6 dəfə, Moldovadan – 1,6 dəfə, Özbəkistandan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, İtaliyadan – 1,6 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, ABŞ-dan – 41,4 faiz, Kanadadan – 41,1 faiz, İsraildən – 34,6 faiz, Gürcüstandan – 31,7 faiz, Niderlanddan – 30,2 faiz, Böyük Britaniyadan – 26,3 faiz, Küveytdən – 24,0 faiz, Fransadan – 23,2 faiz, Almaniyadan – 20,6 faiz, Türkiyədən – 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11,6 faiz, Ukraynadan – 8,6 faiz artıb.

    2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5 faiz artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 257,1 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,2 faizi hava, 26,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 24,7 faiz artaraq 1384,8 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 49,5 faiz, Gürcüstana gedənlərin sayı 31,7 faiz, Türkiyəyə gedənlərin sayı 17,5 faiz artmış, İrana gedənlərin sayı 17,0 faiz azalıb.

    Ölkə vətəndaşlarının 44,6 faizi Türkiyəyə, 21,2 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,8 faizi digər ölkələrə səfər edib.

    Gedənlərin 65 faizini kişilər, 35 faizini qadınlar təşkil edib.

    2023-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Комитет ООН призвал Армению усилить антидискриминационное законодательство

    Комитет ООН по экономическим, социальным и культурным правам выразил обеспокоенность отсутствием в Армении всеобъемлющего антидискриминационного законодательства.

    Об этом говорится в комментарии комитета к четвертому периодическому отчету по Армении.

    Комитет организации призвал Армению усилить реализацию своего антидискриминационного законодательства.

  • BMT Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyi gücləndirməyə çağırıb

    BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmamasından narahatlığını bildirib.

    Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabata şərhində deyilir.

    Komitə Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyinin icrasını gücləndirməyə çağırıb.

  • В Таджикистане произошло сильное землетрясение

    Землетрясение магнитудой 5,2 зафиксировано в Таджикистане.

    Об этом сообщила сейсмологическая опытно-методическая экспедиция МЧС Казахстана.

    “Эпицентр землетрясения расположен в 621 км на юго-запад от города Алмата на территории Таджикистана. Энергетический класс землетрясения 11,6. Магнитуда MPV 5,2”, – говорится в сообщении.

    Информации о разрушениях и жертвах не поступало.

    Источник: ТАСС

  • Tacikistanda 5,2 bal gücündə zəlzələ baş verib

    Tacikistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

    “Zəlzələnin episentri Almatı şəhərindən 621 km cənub-qərbdə, Tacikistan ərazisində yerləşir. Zəlzələ 5,2 bal gücündə olub”, – məlumatda deyilir.

    Dağıntı və tələfat barədə hələ ki məlumat verilməyib.

    Mənbə: TASS

  • Neymar onlayn poker turnirində ikinci olub

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar onlayn poker turnirində ikinci yeri tutub.

    31 yaşlı braziliyalı hücumçunun qazancı 66 000 dollar olub.

    Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası 6 aydan çox çəkəcək.

    Qeyd edək ki, Neymar bu yay Fransa klubu PSJ-dən “Əl-Hilal”a keçib. O, yeni komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

  • Sumqayıtda xəstəxananın həyətində 32 yaşlı kişi meyiti tapılıb

    Sumqayıtda xəstəxananın həyətində 32 yaşlı kişi meyiti tapılıb.

    4 saylı xəstəxananın həyətində 1991-ci il təvəllüdlü Abdullayev Xəlifə Oruc oğlunun meyiti tapılıb.

    Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Qanunsuz ov edən 4 nəfər saxlanılıb

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala və Zəvvar ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən 4 nəfər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

    Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

    Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

  • Прогноз погоды на завтра

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, в некоторых местах ночью и утром, вероятно, пройдет небольшой кратковременный дождь.

    Будет дуть умеренный южный ветер.

    Температура воздуха ночью составит 14-17°, днем 21-26° тепла. Атмосферное давление понизится с 762 до 758 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем 60-65%.

    В районах Азербайджана 26 октября преимущественно будет без осадков. Ночью и утром в некоторых районах ожидается туман. Будет дуть умеренный восточный ветер.

    Температура воздуха ночью составит 10-15°, днем 21-26° тепла, в горах ночью 3-8°, днем 12-17° тепла.

  • Sabaha gözlənilən hava şəraiti açıqlanıb

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

    Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında oktyabrın 26-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.