Month: October 2023

  • Abşeronda terminaldan oğurluq edən şəxslər saxlanılıblar – VİDEO

    Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.

    Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.

    Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir

    Fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir.

    APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

    Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub.

  • Dövlət Komitəsi: “Ötən il bölgələrdə 269 erkən evliliyin qarşısı alınıb”

    Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb.

    “Report”un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

    Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

    Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının bir il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyil olduğunu göstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınması ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir.

  • Sabah hava necə olacaq?

    Oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

  • Azərbaycanda bir məktəbin bağlanmasına səbəb olan xəstəliyin təhlükəsi artır – XƏBƏRDARLIQ

    “Qızılca xəstəliyi, əslində, çox təhlükəlidir. Çünki immun sisteminə təsir edərək zədələyir”.

    Bu barədə “Trend”in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

    “Bunun qarşısını almaq üçün peyvənd olunmaq mütləqdir. Peyvənd çox gərəkli olduğu halda valideynlər bundan yayınırlar. Şayiələr var ki, guya peyvəndlər ziyanlıdır. Bu şayiələr çox təhlükəlidir, çünki valideynləri peyvənddən uzaqlaşdırır. Onlar düşünməlidirlər ki, peyvəndlə uşaqların gələcək sağlamlığını qoruya bilərlər.

    Hətta qızılcanın ağırlaşmaları olur və ölüm halı baş verə bilər. Bu baş verməsə belə, xəstəliyə yoluxub sağalandan sonra uşağın immun sistemində problem yaranır və orqanizmi növbəti viruslara qarşı zəif olur”, – deyə o bildirib.

    İnfeksionist qeyd edib ki, böyüklər də qızılcaya qarşı həssas olurlar:

    “İnsan uşaqlıq dövründə keçirməyibsə, yoluxma halı ola bilər və xəstəliyi ağır keçirəcək”.

    Qeyd edək ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir. Elm və Təhsil Nazirliyi də faktı təsdiqləyib.

    Xatırladaq ki, Səhiyyə Nazirliyi 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğunu bildirib.

    Bununla əlaqədar cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb.

    Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.

  • В британском парламенте поднят вопрос о разминировании и восстановлении азербайджанских территорий

    Вопрос о разминировании и восстановлении освобожденных от оккупации азербайджанских территорий поднят в британском парламенте.

    Как сообщили в посольстве Азербайджана в Великобритании, заместитель председателя группы дружбы по британо-азербайджанским межпарламентским связям Дэвид Дугид в ходе обсуждений в парламенте спросил государственного министра по делам Европы и Северной Америки Лео Докерти о том, какую поддержку оказывают правительство и компании Великобритании в процессе очистки Карабахского региона Азербайджана от мин, заложенных вооруженными силами Армении, а также в деле восстановления городов и населенных пунктов, которые были разграблены и разрушены во время оккупации.

    Отвечая на вопрос, государственный министр отметил, что правительство Великобритании продолжает проводить оценку гуманитарной ситуации в регионе, в рамках программы развития ООН на разминирование региона с 2020 года были выделены средства в размере 1 млн фунтов стерлингов, ведутся обсуждения с правительством Азербайджана по вопросам реконструкции и реинтеграции.

  • Britaniya parlamentində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb

    Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

    Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya Hökumətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş, dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.

    Sualı cavablandıran dövlət naziri Britaniya Hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin İnkişaf Proqramına 1 milyon funt sterlinq vəsaitin ayrıldığını qeyd edib, yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan Hökuməti ilə müzakirələrin aparıldığını bildirib.

  • В Баку приостановлена деятельность донерной, из-за которой отравились школьники – ВИДЕО

    В бакинском поселке Бина приостановлена деятельность донерной, из-за которой школьники получили пищевое отравление.

    Дверь объекта опломбирована Агентством продовольственной безопасности Азербайджана (АПБА).

    Напомним, что, согласно информации, распространенной Управлением образования города Баку, 24 октября поступила информация о том, что у 21 учащегося полных средних школ №88, 117, 121 и 149, расположенных в вышеупомянутом поселке, в разное время наблюдались симптомы пищевого отравления.

    Отмечается, что в связи с отравлением детей, обучающихся в разных классах этих учебных заведений, их родители (у некоторых учащихся пищевое расстройство было зафиксировано дома), руководство школ и сотрудники проекта “Друг школьника” незамедлительно обратились за неотложной медицинской помощью. После оказания первичной медико-санитарной помощи учащиеся были помещены в соответствующее медучреждение.

    Дети сообщили, что по дороге в школу и на обратном пути домой они приобрели донер в одном из заведений общественного питания на территории поселка Бина.

    По данному факту начато расследование соответствующими государственными органами.

    Согласно данным Объединения по управлению территориальными медицинскими подразделениями (TƏBİB), одного ребенка уже выписали домой на амбулаторное лечение с разрешения семьи. В настоящее время состояние каждого из госпитализированных оценивается как стабильное.
    //oxu.az

  • Bakıda uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb – VİDEO

    Bakının Binə qəsəbəsində uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb.

    Müəssisənin qapısına möhür vurulub.

    Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.

    Həmin məktəblərin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal təcili-tibbi yardıma müraciət ediblər. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər xəstəxanaya yerləşdiriliblər.

    Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

    Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
    //oxu.az

  • На одном из ведущих телеканалов Перу рассказали о последствиях армянской агрессии – ВИДЕО

    В программе, вышедшей в эфир на одном из ведущих новостных каналов Перу Latina TV, рассказали о результатах агрессорской политики Армении, освобождении азербайджанских земель от оккупации и восстановлении исторической справедливости, а также новых реалиях в регионе.

    В сюжете были показаны кадры, снятые командированным в нашу страну корреспондентом телеканала на освобожденных территориях, журналист констатировал ужасные последствия армянского террора и вандализма, свидетелями которых он стал в Агдаме, Гяндже и других азербайджанских городах.

    В сюжете отмечается, что вопрос Карабаха больше не является предметом обсуждений, что Азербайджан, положив конец армянской оккупации, создал в регионе новые реалии. Было подчеркнуто, что Армения признала территориальную целостность Азербайджана, и скорое подписание долгожданного мирного договора между двумя странами послужит обеспечению безопасности и стабильности, развитию и прогрессу в регионе.

    Также уделено место комментариям посла нашей страны в Перу Мамеда Талыбова. Дипломат предоставил подробную информацию о последних событиях, происходящих в Карабахском регионе Азербайджана, о мирной повестке дня нашей страны. Он отметил, что одной из основных задач, стоящих сейчас перед правительством Азербайджана, является обеспечение безопасного и достойного возвращения на родину сотен наших соотечественников, которые в свое время были изгнаны со своих земель в результате этнических чисток. Было подчеркнуто, что, несмотря на последствия продолжающегося минного террора Армении, на освобожденных от оккупации землях стремительными темпами проводятся масштабные восстановительно-строительные работы.

    Глава азербайджанской дипмиссии в Перу также коснулся важности реинтеграции армянского населения Карабаха в социально-экономическую и общественно-политическую жизнь нашей страны в рамках Конституции и законов Азербайджанской Республики, отметив, что с этой целью были приняты необходимые меры. Особо было подчеркнуто, что миссия ООН во время визита в Карабах не зафиксировала ни одного случая насилия в отношении местных армянских жителей и никакого ущерба гражданской инфраструктуре.

    Говоря о процессе нормализации азербайджано-армянских отношений, посол М.Талыбов отметил важность подписания мирного договора между двумя странами, делимитации и демаркации границ, а также разблокировки региональных коммуникаций.