Month: October 2023

  • Rusiya Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır

    Rusiya hökuməti Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov məlumat verib.

    Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsinin 35 faiz artdığını deyən Davıdovun sözlərinə görə, Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxemdə logistika marşrutlarını həyata keçirməyi planlaşdırır.

    Rusiyalı məmur bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.

    “Bundan başqa, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir”, – o deyib.

  • Rusiya müdafiə naziri: 5 gündə 24 Ukrayna təyyarəsini vurduq

    Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun imkanlarının azaldığını bildirib və 5 gündə 24 Ukrayna təyyarəsini vurulduğunu deyib.

    Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun “Şərq” hərbi hissələri ilə görüşüb və Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

    Ukrayna ordusunun imkanlarının getdikcə azaldığına diqqət çəkən Şoyqu deyib:

    “Bugünkü vəziyyət düşmənin imkanlarının getdikcə azaldığını göstərir”.

    Şoyqu Ukrayna ordusunun psixoloji çətinliklər yaşadığını bildirib:

    “Son 3-4 həftədə könüllü təslim olan və ya əsir düşən Ukrayna əsgərləri Ukrayna ordusundakı mənfi psixoloji vəziyyətdən danışır”.
    //azxeber

  • Namiq Qaraçuxurluya qarşı dələduzluq edildi

    Sosial şəbəkələrdə meyxanaçı Namiq Qaraçuxurluya qarşı dələduzluq edilib.

    Bu haqda ifaçı şəxsi instagram hesabında məlumat verib.

    Onlayn dələduzlar tanınmış simaların montaj olunmuş fotolarından və yalan xəbərlərdən istifadə edərək gəlir əldə edirlər. O cümlədən Namiq Qaraçuxurlu haqda həqiqətə uyğun olmayan xəbərlər hazırlayaraq bunu mesaj vasitəsilə insanlara göndəriblər. Xəbəri oxumaq üçün isə mesaja daxil olan zaman açılan mətndə qeyd olunan məlumatlara daxil olmaq tələb olunur. Bu zaman məqsəd vətəndaşların şəxsi məlumatlarını, bank hesablarını ələ keçirməkdir.

    Sosial media hesabından izləyicilərinə səslənən Qaraçuxurlu insanlara bu cür saxta məlumatlara inanmamağı tövsiyə edib.
    //azxeber

  • Məktəblərdə 5 günlük payız tətili olacaq – TARİXLƏR

    Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

    Elm və Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.

  • ВНИМАНИЕ: в Азербайджане создан фейковый платежный портал – ФОТО

    В Азербайджане кибермошенниками создан фейковый платежный портал milliodeme.net, посредством которого якобы возможно осуществлять коммунальные платежи.

    Об этом сообщила Служба электронной безопасности.

    После входа в разделы, отмеченные на портале, от граждан требуется ввести код абонента, личную информацию, а также данные своей банковской карты.

    Служба электронной безопасности рекомендует гражданам не доверять подобным веб-страницам, не предоставлять данные банковской карты и другую личную информацию подозрительным ссылкам, а производить оплату только через официальные платежные порталы.




  • Vətəndaşların NƏZƏRİNƏ: Kommunal ödənişləri edərkən aldana bilərsiniz – FOTO

    Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

    Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi məsləhət görür.




  • Balasanyan İrəvanda polisə təslim olub

    Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistanda Baş Polis idarəsinə təslim olub.

    Bu barədə məlumatı Ermənistanın “Shamshyan.com” portalı yayıb.

    Məlumata görə, polis idarəsinə yaxınlaşan Balasanyan “Makarov” tipli silahını təqdim edib.

    Bildirilir ki, hadisə ilə bağlı Baş Polis İdarəsində sənədlər tərtib edilib və bu sənədlər Kentron və Nork-Maraş inzibati dairələrinin istintaq bölmələrinə göndərilib.

    “Armenia Today”in məlumatına görə isə, Ermənistanın İstintaq Komitəsi Balasanyan barəsində qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb.

    Komitənin mətbuat katibi Qor Abramyan əlavə edib ki, hazırda Balasanyanın sözügedən silaha sahib olmasının qanuniliyi araşdırılır. O, həmçinin qeyd edib ki, sözügedən maddə üzrə azadlıqdan məhrum edilmənin müddəti 3 il təşkil edir.

  • Bakıda polisin üstünə “Prius” sürən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda “Prius”u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs Rauf Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror çıxışı zamanı R.Qurbanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin üç xidməti polis avtomobili və iki vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

    Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • 15 ildir üzərində işlədikləri xərçəng vaksini uğurlu nəticə verdi

    “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.

    Median.Az “Hürriyet Daily News” portalına istinadən xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.

    Məlumata görə, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.

    Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.

  • 20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır – Fotoları yayıldı

    Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir.

    “Qafqazinfo” “The Evening Standard”ın London nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.

    Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan israrla Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını bildirib.

    Bu məqamda bildirək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub. O bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.

    Vəkil bildirib ki, Hacıyeva ərinin bank fırıldaqçılığına görə Bakıda həbsdə olması və proseslərdə iştirak edə bilməməsi arqumentindən istifadə edərək müsadirənin qarşısını ala bilsə, bu, digər xarici maqnatların qaçmasını asanlaşdıracaq presedent yaradacaq.

    Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağından aldığı və “The Evening Standard” qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub.

    Nəticə olaraq Hacıyevanın zinət əşyalarının taleyi qeyri-müəyyən olaraq qalır və məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.

    Qeyd edək ki, NCA-nın hədəfində Zamirə Hacıyevanın Naytsbricdə Uolton küçəsindəki 15 milyon funt sterlinq dəyərindəki evi də var.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyev 2019-cu ildə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eks-bankir Cinayət Məcəlləsinin “mənimsəmə və israfetmə”, həmçinin “vəzifə səlahiyyətindən sui-istifadə etmə” maddələri ilə ittiham olunub.