Month: October 2023

  • Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Əliyev kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Median.Az Firdovsi Əliyev haqqında məlumatı təqdim edir:

    Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub.

    1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

    1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

    Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

    2004-2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb.

    2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    O,2023-cü ilin mart ayından indiyədək ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyib.

  • Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir – Video

    Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunacaq eksponatlar Mərkəzə gətirilməkdədir.

    İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.

    Noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

    Bu sərgi üçün hazırlanan və Ağqoyunlu dövləti dövrünə aid miniatürlərin əks olunduğu xalçalar, eləcə də Uzun Həsənin obrazını əks etdirən çini heykəlçiklər də hazırlanır. Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.

  • Prezident İlham Əliyev icra başçısını işdən çıxardı, yerinə başqasını təyin etdi

    Prezident İlham Əliyev Samux rayonunun icra başçısını dəyişib.

    Bununla bağlı President.az xəbər verir.

    Dövlət başçısının müvafiq sərəncamı ilə Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

  • Poçt xidmətlərinin tarifləri ilə bağlı QANUN dəyişir

    Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən təsdiq ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə, RİNN yalnız universal poçt rabitəsi xidmətlərinin tariflərinə dair təkliflər verə bilərdi.

    Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib.

    Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Müqavilə bağlamayan sakinlərə istilik verilməyəcək – Yeni QAYDA (VİDEO)

    “Azəristiliktəchizat” əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.

    Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.

    “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

    “Azəristiliktəchizat” ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.

    Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.

  • Sumqayıt sakini yüksək dozada narkotik qəbulundan ölüb

    Sumqayıtda 32 yaşlı kişi yüksəkdozalı narkotikdən ölüb.

    APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Səməd Vurğun küçəsi, 45 ünvanında baş verib.

    1991-ci il təvəllüdlü Xəlifə Oruc oğlu Abdullayev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən X.Abdullayev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kreml Moskvada Ermənistanla Azərbaycan arasında danışıqların təşkilində irəliləyiş görmür

    “Kreml hələ də Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü ilə bağlı razılıq əldə edə bilməyib”.

    Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələlik dəqiq anlaşma yoxdur.

    “Rusiya tərəflərlə təmasları davam etdirir”, – deyə o bildirib.

    Bundan əvvəl məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonuna planlaşdırılan Brüssel görüşündən imtina ediblər.

    Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin MDB-nin Bişkek sammitində Moskvanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu və danışıqlara ev sahibliyi edə biləcəyini demişdi.

    Mənbə: MK.ru

  • “Real Madrid”in vitse-prezidenti vəfat etdi

    Вице-президент мадридского “Реала” Фернандо Фернандес Тапиас ушел из жизни в возрасте 84 лет.

    Об этом сообщает пресс-служба клуба.

    Фернандо Фернандес Тапиас работал в “Реале” на разных должностях с 1993 года. С 17 июля 2000 года по 2 июля 2006 года испанский предприниматель и функционер занимал пост председателя совета директоров “Реала”, а с 1 июня 2009 года стал первым в истории клуба вице-президентом.

    За то время, что Фернандо Фернандес Тапиас посвятил мадридскому “Реалу”, “сливочные” завоевали 58 титулов, в том числе шесть раз становились победителями Лиги чемпионов и выиграли три Кубка Европы по баскетболу. Действующим президентом “Реала” Мадрид является Флорентин Перес, занимающий эту должность с 2009 года.

    Источник: “Чемпионат”

  • “Real Madrid”in vitse-prezidenti vəfat etdi

    İspaniyanın “Real Madrid” klubunun vitse-prezidenti Fernando Fernandes Tapias 84 yaşında vəfat edib.

    Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

    Fernando Fernandes Tapias 1993-cü ildən “Real Madrid”də müxtəlif vəzifələrdə çalışıb. 2000-ci il iyulun 17-dən 2006-cı il iyulun 2-dək ispan sahibkar və funksioner “Real Madrid”in direktorlar şurasının sədri kimi fəaliyyət göstərib. 2009-cu il iyunun 1-dən isə klubun tarixində ilk vitse-prezident olub.

    Fernando Fernandes Tapiasın “Real Madrid”ə rəhbərliyi dövründə klub 58 titul qazanıb, o cümlədən 6 dəfə Çempionlar Liqasının qalibi olub və basketbol üzrə 3 Avropa Kubokunu əldə edib.

    Qeyd edək ki, “Real Madrid”in hazırkı prezidenti 2009-cu ildən bu vəzifəni icra edən Florentin Peresdir.

    Mənbə: Championat.com

  • Prezident İlham Əliyev dövlət agentliyinə 4,7 milyon manat ayırdı

    Prezident İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon manat ayrılır.

    Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

    İqtisadiyyat Nazirliyinə sərəncamın icrası üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.