Month: October 2023

  • Bakıda qətl hadisəsi törədilib

    Bakıda qətl hadisəsi törədilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

  • Türkiyə Prezidenti Azərbaycanın Baş prokurorunu qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.

    Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

    Qeyd olunub ki, görüşdə Baş katibi Kubanıçbek Omuraliev də iştirak edib. Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.

    Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

    Qeyd edək ki, K.Əliyev TDT Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.


  • Sumqayıtda 3 yataqxana söküləcək, əraziləri abadlaşdırılacaq

    Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək.

    Median.Az bu barədə Sumqayıt Şəhər İcra hakimiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.

  • Narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşlarına hökm oxunub

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələri ölkə ərazisinə gətirməkdə təqsirləndirilən İran vətəndaşlarıı Şeyx Nya Əli Cəmşid və Əlipur Puya Əliyə hökm oxunub.

    Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında İran vətəndaşlarının hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İstintaq materiallarına əsasən, İran vətəndaşı Şeyx Nya Əli həmyerliləri Əlipur Puya Əli və Səccad adlı şəxs ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməkdə təqsirləndirilib.

    Onlar digər İran vətəndaşları ilə birgə İran ərazisində külli miqdarda narkotik vasitələr olan ümumi çəkisi 6 kiloqramdan çox qurudulmuş marixuananı, 4 kiloqrama yaxın heroini, 5 kiloqrama yaxın metanfetamini və güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddə olan preqabalini qanunsuz olaraq dövlət sərhədini keçib satış məqsədilə Azərbaycana gətirməkdə ittiham olunub.

    Qeyd edək ki, hər iki İran vətəndaşı bu ilin yanvarın 5-də Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçərkən sərhəd naryadı tərəfindən saxlanılıb. Naryadın “dayan” əmrinə məhəl qoymayan Şeyx Nya Əli adlı şəxs sərhəd xidməti tərəfindən zərərsizləşdirilərək həbs olunub.

    Onlara qarşı Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2 (Qaçaqmalçılıq) 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama), 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama), 240.3.2 Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
    //report

  • Министр обороны Китая отстранен от должности

    Министр обороны КНР Ли Шанфу снят с должности главы оборонного ведомства и члена Госсовета.

    Об этом сообщило Центральное телевидение Китая со ссылкой на Постоянный комитет Всекитайского собрания народных представителей.

    “Ли Шанфу снят с должности министра обороны и члена Госсовета КНР”, – сообщило ТВ.

    Ли Шанфу не появлялся на публике с конца августа, когда он выступил на Китайско-африканском форуме по вопросам мира и безопасности. Издание Wall Street Journal 15 сентября со ссылкой на двух американских чиновников сообщило, что он находится под следствием по делу о коррупции и, вероятно, будет отстранен.

  • Çinin müdafiə naziri vəzifəsindən azad edilib

    Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən azad edilib.

    Məlumatı Çin KİV-i yayıb.

    Qeyd edək ki, bir müddət əvvəl onun itkin düşdüyü barədə xəbərlər yayılmışdı. ABŞ kəşfiyyatı onun səlahiyyətlərinin dayandırıldığını və yaxud istintaq altında olduğuna dair məlumat yaymışdı. Li Şanfu təxminən 7 ay əvvəl, martın 12-də müdafiə naziri vəzifəsinə keçib.

    O, 2018-ci ildə Rusiyadan “Su-35” qırıcıları və “S-400” komplekslərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarına məruz qalıb. General Çin lideri Si Cinpinə yaxın adamlardan sayılır. Rütbəlilər arasında onun sürətlə yüksəlməsi bu amillə izah edilir.

  • Пассажиропоток на экспресс-поездах по маршруту Баку-Сумгайыт за неделю превысил 6 тыс. человек

    Экспресс-поезда по маршруту Баку-Сумгайыт-Баку ЗАО “Азербайджанские железные дороги” (АЖД) перевезли за минувшую неделю более 6 тысяч пассажиров.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    Экспресс-поезда курсируют 2 раза в день из Баку в Сумгайыт и обратно, без промежуточных остановок.

  • Bakı-Sumqayıt “Ekspres” qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb

    “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb.

    Median.Az ” bu barədə ADY-yə istinadən xəbər verir.

    “Bu, həftəiçi əlavə olaraq gündəlik 1 000-dən çox sərnişinin təhlükəsiz mənzil başına çatdırılması deməkdir”, – deyə məlumatda qeyd olunub.

    Ekspres qatarlar heç bir aralıq dayanacaq və stansiyada dayanmadan gün ərzində 2 dəfə Bakıdan birbaşa Sumqayıta və əks istiqamətdə hərəkət edir.

  • Avropanın “Top-5” liqalarının rəmzi komandası açıqlanıb

    İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşri ötən həftənin nəticələrinə əsasən Avropanın “top-5” liqalarının rəmzi komandasını açıqlayıb.

    “11-lik”də İtaliyanın “Napoli” klubunda çıxış edən gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya da yer alıb.

    Ümumiyyətlə, rəmzi komandaya İspaniya La Liqasından 3, Fransa Liqa 1-i, Almaniya Bundesliqası, İtaliya A seriyası və İngiltərə Premyer Liqasının hərəsindən 2 oyunçu düşüb.

    Qapıçı: Alban Lafon (“Nant”, Fransa).

    Müdafiəçilər: Dani Karvahal (“Real”, İspaniya), Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Alexandro Qrimaldo (“Bayer 04”, Almaniya).

    Yarımmüdafiəçilər: Aleksandr Qolovin (“Monako”, Fransa), Luis Alberto (“Latsio”, İtaliya), Duqlas Luis (“Aston Villa”, İngiltərə).

    Hücumçular: Antuan Qrizmann (“Atletiko”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə).
    //report

  • Число погибших в Израиле британцев достигло 12 человек

    Число граждан Великобритании, погибших в Израиле в результате нападений и ракетных ударов радикального палестинского движения ХАМАС, достигло 12.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает агентство Reuters.

    Официальный представитель премьер-министра Великобритании Риши Сунака сообщил журналистам о том, что еще пять британцев по-прежнему числятся среди пропавших без вести.

    Ранее глава МИД Соединенного Королевства Джеймс Клеверли, отвечая на вопросы депутатов в Палате общин британского парламента, заявил о том, что ведутся переговоры со всеми сторонами, которые могут иметь влияние на тех, кто захватил заложников.

    “Это ХАМАС, “Исламский джихад” в Палестине и другие структуры. Это крайне сложно, у нас нет прямых каналов связи, однако мы продолжим неустанно работать над тем, чтобы освободить заложников и эвакуировать британских граждан из Газы”, – заявил он.