Month: October 2023

  • HƏMAS-ın hücumu nəticəsində 10 britaniyalı ölüb

    HƏMAS-ın hücumu nəticəsində azı 10 Böyük Britaniya vətəndaşı ölüb, 6 nəfər isə itkin düşüb.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin nümayəndəsi Viktoriya Atkins məlumat verib.

    Bildirilib ki, ölənlər arasında 1 hərbçi və turistlər var.

  • Завтра в Азербайджане ожидается до 25 градусов тепла

    25 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно.

    Как сообщили в Национальной службе гидрометеорологии, утром и вечером на отдельных территориях ожидаются осадки.

    Будет преобладать умеренный северо-западный ветер, который днем сменится северо-восточным ветром.

    Температура воздуха ночью составит 14-17°, днем 18-23° тепла. Атмосферное давление повысится с 759 до 764 мм ртутного столба. Относительная влажность воздуха составит 60-70%.

    В некоторых районах Азербайджана местами ожидаются дожди. В отдельных местах возможны ливни и грозы, в высокогорных районах – снег, к вечеру осадки постепенно прекратятся. Будет преобладать западный ветер.

    Температура воздуха ночью составит 10-15°, днем 20-25° тепла, в горах ночью 3-8°, днем 8-13° тепла.

  • Sabah Bakıda 23, rayonlarda 25 dərəcə isti olacaq

    Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

  • “Bayer 04” – “Qarabağ” oyununun hakimləri bəlli olub

    Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.

    Qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

    FIFA referisi Horatsiu Fesnikə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.

    Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.

    VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.

    Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq “Bayer 04” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • Gəncədə mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Госдума передумала признавать армянские водительские права в России

    Госдума решила досрочно отложить законопроект, который мог бы позволить гражданам Армении в Российской Федерации (РФ) осуществлять трудовую деятельность, основанную на перевозках, по водительским правам своей страны.

    Об этом сказал спикер Госдумы РФ Вячеслав Володин.

    “Что касается Армении, мы видим: нет статуса русского языка, последние решения совершенно не направлены на развитие отношений в этой сфере. Правительство Армении никаких шагов не сделало для закрепления статуса русского языка”, – подчеркнул Вячеслав Володин, комментируя отложение законопроекта, позволяющего гражданам Армении осуществлять предпринимательскую и трудовую деятельность в России по водительским правам своей страны.

    Сам документ о признании национальных водительских прав граждан Армении в России был принят в первом чтении еще в июне 2022 года.

    Источник: URA.ru

  • Dövlət Duması Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması ilə bağlı qərarını dəyişdi

    Rusiya biznes və əmək fəaliyyəti üçün Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq. Dövlət Duması bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

    Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan vətəndaşlarına öz ölkələrinin sürücülük vəsiqəsi ilə Rusiyada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən qanun layihəsinin təxirə salınmasını şərh edərkən bildirib.

    O, Ermənistanda son zamanlar verilən qərarların Rusiya ilə bu sahədə əlaqələrin inkişafına yönəlmədiyini vurğulayıb.

    Qeyd edək ki, Rusiyada Ermənistan vətəndaşlarının milli sürücülük vəsiqələrinin tanınması ilə bağlı sənəd hələ 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilib.

    Mənbə: URA.ru

  • Azərbaycan millisi yenə böyük hesabla uduzdu

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.

    Oxu.Az xəbər verir ki, Serbiyada təşkil olunan matçda Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

    Xatırladaq ki, komanda ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub.

    Qeyd edək ki, milli seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lüksemburq yığmasına qarşı keçirəcək.

  • “Muğan Bank”ın ləğvedicisi təyin edildi

    Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

    Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib.

    Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.

    Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

  • Bakıda avtobusda şok olay: qadına nömrə vermək istədi, cavabın belə aldı – VİDEO

    Avtobusda kişi sərnişinin qadına nömrə vermək istəməsi gərgin anlara səbəb olub.

    Median.Az Day.Az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

    Həmin görüntüləri təqdim edirik: